"Hunter House" restoranı kimi aldadır: müştəriləri, dövləti, yoxsa...? (FOTOFAKT)
Günün sitatı23 oktyabr 2018 14:42
Bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtda fəaliyyət göstərən bəzi restoranlarda müştərilərə adı Azərbaycanın Qırmızı kitabına daxil edilmiş oxlu kirpi ətindən hazırlanan yeməklər verilməsi ilə bağlı məlumat yaymışdı.
Araşdırmamız nəticəsində məlum oldu ki, həmin restoranlardan biri Sabunçu qəsəbəsində yerləşən "Hunter House" restoranıdır. Adından da göründüyü kimi restoranda müştərilərə ov məhsullarından hazırlanan yeməklər təqdim edilir.
"Hunter House"da nəyinki oxlu kirpi əti, eyni zamanda adı Qırmızı kitaba daxil edilən turac, dağ keçisi kimi heyvanların ətindən də yeməklər bişirilir.
Bunu restoranın sosial şəbəkə hesabında paylaşdığı postlardan da görmək olar.
Məsələ ilə bağlı "Hunter House"la əlaqə saxladıq. Restorandan həmin menyunun sadəcə müştəriləri cəlb etmək üçün olduğu, əslində isə quzu ətindən başqa heç bir heyvanın ətindən yemək verilmədiyi bildirildi: "Səhifədə çox şey var. Elə-belə reklam üçündür. Ov əti yoxdu. Hazırda ancaq quzu əti, lülə, tikə və basdırma veririk".
Əgər "Hunter House" bu postları deyildiyi kimi sadəcə müştəri cəlb etmək üçün səhifəsində paylaşırsa, deməli eyni zamanda yalançı reklamçılıqla, müştəriləri aldatmaqla da məşğuldur.
Restoranın administratoru Orxan Məmmədli isə açıqlamasında əvvəllər bu heyvanların ətindən yeməklər verildiyini təsdiqləyib: "Əvvəllər belə yeməklər verirdik. Ovçular gətirirdi. İndi isə belə bir şey yoxdur".
Qeyd edək ki, sonuncu dəfə oktyabrın 10-da restoranın səhifəsində turac ətindən kabab verilməsi ilə bağlı post paylaşılıb.
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ilə də əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında hazırda kirpi əti verən restoranı müəyyənləşdirməyə çalışdıqlarını və qanunsuz ov üçün tətbiq ediləcək cərimələrin miqdarını açıqladı:
"Biz məlumatı internet resurslarından almışıq və çalışırıq ki, dəqiqləşdirək. Müxtəlif məlumatlar gəlir. Müəyyən etsək, təbii ki, tədbir görüləcək. İstənilən restoran və ya iaşə obyektinin sahibi bilmədiyi heyvanın ətindən yemək bişirib, insanlara satmağa görə məsuliyyət daşıyır. Çünki vəhşi təbiətdə çoxsaylı xəstəlik və epidemiyalar var. Eyni zamanda həmin heyvanı vuran ovçu müəyyənləşsə, təbii ki, ovçu ilə bağlı da qanunsuz ov faktına və təbiətə vurduğu ziyana görə 1000 manatdan 2000 manata qədər cərimə, həmçinin heyvanın növünə görə də ayrıca cərimə tətbiq olunacaq".
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü ildə təsdiq olunmuş 176 saylı qərarında turac ovuna görə 300 manat, oxlu kirpiyə görə 10 manat, bezoar keçisinə görə (dağ keçisinin bir növü) 500 manat cərimə nəzərdə tutulub.
Ümid edirik ki, aidiyatı qurumlar flora və faunamızın qorunması naminə müvafiq tədbirlər görəcəklər.
Oxşar xəbərlər
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya