Azərbaycanın 12 bölgəsinə “Bakcell”dən pulsuz 4G internet
İqtisadiyyat26 oktyabr 2018 17:15
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell” şirkəti ölkənin daha 12 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsi ilə tanış olmaq fürsəti qazandırır.
"Bakcell” əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsinə malikdir. Şirkətin 1500-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir və artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzini əhatə edir.
Özünün 4G şəbəkəsinin əhatə dairəsini Azərbaycanın bölgələri üzrə sürətlə genişləndirən Bakcell həmin bölgələrdə yaşayan abunəçilər üçün təşkil edilmiş xüsusi kampaniya çərçivəsində 4G şəbəkəsində istifadə etmək üçün 5 Giqabayt PULSUZ İnternet hədiyyə edir.
Bu dəfə Kürdəmir, Ağdaş, İmişli, Masallı, Şəmkir, Mingəçevir, Hacıqabul, Lerik, Tovuz, Ağcabədi, Daşkəsən və Göyçayda yaşayan abunəçilər pulsuz internet trafiki əldə edib ölkənin ən sürətli və etibarlı mobil şəbəkəni sınaqdan keçirməyə imkan qazanıblar. Qeyd edək ki, bundan əvvəl həmin kampaniya Azərbaycanın digər 20 bölgəsində həyata keçirilib.
4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir.
"Bakcell” şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smartfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində "Bakcell” abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.
Yuxarıda qeyd olunan bölgələrin sakinləri 23 oktyabr – 8 yanvar tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər.
Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir.
Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya "Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər. Həmin bölgələrdə yerləşən diler dükanlarının ünvanları aşağıdakı linkdədir: https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network
5GB həcmində PULSUZ internet yalnız "Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər.
"Bakcell” haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
7000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən "Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).
2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
"Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Oxşar xəbərlər
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Əməkdar artist vəfat etdi
12 aprel 2024 21:21
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 2024 23:21
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Prezident xalqı təbrik etdi
8 aprel 2024 19:18
- Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi
5 aprel 2024 11:04
- Fransa xarici işlər naziri yalan danışır - Prezident
4 aprel 2024 11:54
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya