Yeni metrostansiyanın açılışı 2020-ə qaldı
1967-ci il noyabrın 6-da istifadəyə verilən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.
“Qafqazinfo” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a tikintisi davam etdirilən stansiya və depolarla bağlı son məlumatları verib.
O qeyd edib ki, hazırda bütün diqqət Bənövşəyi xəttin 3-cü stansiyasının tikintisinə yönəldilib:
“Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, “Papanin” adlanan ərazidə tikintisi davam edən stansiyanın açılışı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrinə nəzərdə tutulub”.
B.Məmmədov bildirib ki, Memar Əcəmi stansiyasından B-3(şərti ad) stansiyasına qədər olan tunellərə müasir qaydada yolun çəkilməsi başa çatmaq üzrədir:
“Həmin tunellər 7 vaqonluq qatar üçündür. Orada ilk dəfə dəmir-beton bloklardan istifadə olunur. Mövcud tunellərimizdə isə ağac şpallardan istifadə edilib. Həmin dəmir-beton blokları özümüz istehsal edirik”.
Qurum rəsmisinin sözlərinə görə, Xocahəsəndə Bənövşəyi xəttin, Dərnəgüldə Yaşıl xəttin ikinci deposunun tikintisi aparılır:
“Xocəsəndəki deponun 1112 metr uzunluğunda sağ tunelinin tikintisi aprelde başa çatdırılıb. Dərnəgüldəki deponun tikintisi davam etdirilir. Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub”.
Qeyd edək ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin hazırda 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə «İçərişəhər» stansiyasından sonra 4, «Həzi Aslanov» stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.
Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.
Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.
Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.
Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Xatırladaq ki, ötən il qurumdan verilən açıqlamada şərti adı B3 olan stansiyanın 2018-ci ilin sonunda istifadəyə veriləcəyi açıqlanmışdı.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31