Prezidentin pambıqçılarla maraqlı dialoqu: "100 manat, hər gün bir evə?"
Siyasət6 noyabr 2018 12:11
Noyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olublar.
Qaynarinfo xəbər verir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və pambıqçı Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə prezidentə məlumat verdilər.
Dövlət başçısı pambıqçılarla söhbət edib.
İlham Əliyev: Salam, xoş gördük.
Pambıqçılar: Xoş gəlmisiniz.
İlham Əliyev: Burada yaxşı pambıq yetişdirmisiniz. Məhsuldarlıq yaxşı olmalıdır. Görün, bir qoza nə boydadır. 2016-cı ildə pambığın kiloqramının qiyməti 41 qəpik idi, qaldırdıq 50 qəpiyə. Bu il isə 65 qəpiyə qaldırmışıq. Bunu ona görə edirik ki, siz daha çox pul qazanasınız.
Pambıqçılar: Çox sağ olun, Allah Sizi qorusun.
İlham Əliyev: İndi pambıqçılıq sürətlə inkişaf edir. Bu il bu günədək 200 min ton pambıq tədarük olunub. Keçən il bu vaxt təxminən 160 min ton idi, bu il 200 min ton. Əgər yığım kampaniyamız belə davam etsə, deməli, təxminən 260 min ton pambıq tədarük ediləcək. Pambıqçılıqda 190 min insan işləyir, pul qazanır, həm öz ailə büdcəsini yaxşılaşdırır, həm də dövlətə xeyir verir.
Pambıqçılar: Bəli, Allah köməyiniz olsun. Sizin sayənizdə ailələrimizin yanında alnıaçıq, üzüağıq.
İlham Əliyev: İndi adambaşına orta hesabla nə qədər pambıq yığırsınız?
Pambıqçılar: Bir gündə hərəyə 110-120 kiloqram yığırıq.
İlham Əliyev: Bir gündə 120 kiloqram?
Pambıqçılar: Bəli, cənab Prezident, bir gündə.
İlham Əliyev: 120 kiloqram yığırsınızsa, deməli, nə qədər qazancınız olur?
İcra hakimiyyətinin başçısı Şahin Məmmədov: İyirmi manatdan çox edir - 24 manat. Bir evdən tarlaya beş adam çıxırsa, hərəsi 100 kiloqram yığsa, axşam 100 manat pul aparır.
İlham Əliyev: 100 manat, hər gün bir evə?
Pambıqçılar: Bəli, hər gün.
İlham Əliyev: Yaxşıdır.
Şahin Məmmədov: Keçən il bugünkü tarixə biz 15 min 783 ton pambıq yığmışdıq. Amma bu gün 20 min tona çatmışıq. Keçən ilin müvafiq dövründəkindən təqribən 5 min ton artıq təhvil vermişik.
İlham Əliyev: Sizdə əkin sahəsi 10 min hektardır. Əgər 20 min ton vermisinizsə, deməli, 20 sentneri siz artıq təmin etmisiniz.
Şahin Məmmədov: 20,8 sentner vermişik.
İlham Əliyev: Amma yığım hələ davam edəcək.
Şahin Məmmədov: Bəli, biz bu günədək keçən il bütün mövsüm ərzində yığdığımızdan çox pambıq vermişik. Keçən il mövsüm ərzində 20 min 497 ton pambıq yığmışdıq.
İlham Əliyev: Bəs, ümumiyyətlə, rayon üzrə hektardan məhsuldarlıq nə qədər gözlənilir?
Şahin Məmmədov: Hektardan 27-28 sentner. Ötən il 21,5 sentner idi.
İlham Əliyev: 27-28 sentner, çox gözəl, çox yaxşı. Texnika da var, görürəm, biz yüzlərlə texnika almışıq. Demək olar ki, burada ilboyu iş var.
Şahin Məmmədov: Bəli, ilboyu, şumdur, aratdır, maladır, sonra çiyidin səpilməsidir.
İlham Əliyev: Bəli, həm məşğulluq, həm də yaxşı qazanc.
Pambıqçılar: Bəli, cənab Prezident, qazancımız yaxşıdır.
Oxşar xəbərlər
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya