“Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır
Maqazin6 noyabr 2018 17:34

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti yerli startaplara dəstək göstərməyə və özünün AppLab inkubasiya proqramı vasitəsilə innovasiyaları insanların gündəlik həyatına gətirməyə davam edir.
AppLab tərəfindən dəstəklənən layihələrin bir çoxu uğur qazana bilib, maraqlı və unikal məhsulların yaradılmasına nail olub. Belə startaplardan biri olan "Bilik.al” insanlara müxtəlif sahələr üzrə təlim və kurslar tapmağa kömək edən internet səhifəsidir. Bu səhifə sayəsində istifadəçilər "PHP proqramlaşdırma dilini harada öyrənmək olar?”, "ən yaxşı yoqa müəllimi kimdir?” və yaxud "futbol məktəbini harada tapmaq olar?” kimi suallara asan şəkildə cavab tapa bilirlər. Sözügedən platforma İT sahəsindən tutmuş kulinariyaya qədər bir çox sahəni əhatə edən seçilmiş kateqoriyalar üzrə sürətli axtarış imkanını verir. İnternet səhifəsinin mobil versiyası da mövcuddur ki, bu da istifadəçilərə istənilən kursu mobil telefon və planşetlərində rahatlıqla ə tapmaq imkanı verir. Kurslar və təlimlər haqqında məlumatın sayta yerləşdirilməsi tamamilə pulsuzdur. Gələcəkdə "bilik.al” komandası iOS və Android üzərində işləyən cihazlar üçün mobil tətbiqetmə yaratmağı da planlaşdırır.
""Bilik.al” layihəsinin əsas məqsədi şəxsi və peşəkar inkişaf üçün müvafiq kurs və təlim tapıb uğur qazanmaqda insanlara kömək etməkdir. Cəmi 5 ay ərzində kurs və təlimlərin təşkili ilə məşğul olan 40-dan şirkətlə əməkdaşlıq qurulub və hazırda saytımızda aktiv istifadəçi sayı 5 mini ötür. İnanırıq ki, bu layihə istənilən kursu asanlıqla tapmaq üçün ən əlverişli resurs olmaqla gənclərin uğur qazanmaq üçün inkişaf etmək imkanlarını artıracaq. Layihəni rellaşdırmaqda göstərdikləri böyük dəstək və məsləhətlərə görə Bakcell şirkətinə və AppLab mərkəzinə minnətdarıdq” deyə bilik.al layihəsinin təsisçilərindən biri Cavid Abbasov bildirib.
AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
İnnovasiya sahəsində lider olan Bakcell öz innovativ ideyalarını həyata keçirmək üçün gənclərə lazımı şərait yaratmağa və dəstək göstərməyə həmişə hazırdır.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Oxşar xəbərlər
- “Vertolyotla Yevlağa kimi pul səpəcəm....
17 fevral 2019 16:30
- Nazir uşaqlara baş çəkdi - Fotolar
16 fevral 2019 13:49
- Prezident 5 komissiyanın tərkibində dəyişiklik etdi
15 fevral 2019 16:49
- Mehriban Əliyeva körpələr evində - Foto
15 fevral 2019 13:24
- Bakcell və ENGİNET təlimlər keçirib
14 fevral 2019 11:58
- Bakcell Vergi işçilərini təbrik etdi
11 fevral 2019 14:02
- 600 bal toplayan tələbə qızın virusdan öldüyü deyilir
8 fevral 2019 13:27
- “Bakcell” abunəçilərinə təqdim olunan eksklüziv endirimlər
4 fevral 2019 17:17
- Qaraçay-Çərkəz Respublikasının rəhbəri Balaxanı Sənaye Parkında
2 fevral 2019 14:59
- Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib
31 yanvar 2019 17:42
Xəbər lenti
- Amerikada Elçin Xəlilovu öldürən qatil yaxalandı (FOTO/VİDEO)
19 fevral 18:01
- Qoşqar Təhməzli xaricdə biznesinin olmasını təsdiqlədi
19 fevral 17:41
- Prezident yeni nazir müavini təyin etdi
19 fevral 17:20
- “Nar” sosial şəbəkələrdə operativ xidmət göstərir
19 fevral 17:09
- Polşanın Azərbaycandakı Konsulluğu niyə kütləvi viza “OTKAZ”ı verir?
19 fevral 16:53
- Prezident Şamil Ayrımla görüşdü - Foto
19 fevral 13:03
- Azərbaycanda 17 nəfərdə “donuz qripi” virusu aşkarlanıb (RƏSMİ)
19 fevral 12:24
- Azərbaycanlı idmançı Rusiyada adam öldürdü (FOTO)
19 fevral 12:14
- Mehriban Əliyevanın tapşırığıyla Rafiq Hüseynovun barelyefi hazırlandı
19 fevral 12:04
- Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi
19 fevral 11:50
- Bakıya qar yağır - Video
19 fevral 11:32
- Tutanhamonun sərdabəsini açan 20 nəfərin müəmmalı ölümü
18 fevral 19:54
- Prezident Sumqayıt bulvarında - Sakinlərlə səmimi fotolar
18 fevral 19:17
- “AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
18 fevral 16:48
- “İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” - Anar
18 fevral 15:36
- "Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edildi
18 fevral 14:35
- Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı
18 fevral 13:58
- SOCAR-la “KazMunayQaz” arasında memorandum imzalanıb
18 fevral 13:32
- Rüstəm İbrahimbəyov Bakıya gəlib - Fotolar
18 fevral 12:59
- SOCAR: “İdarə rəisinin saxlanıldığı barədə məlumatlar həqiqət deyil”
18 fevral 12:51
- İlham Əliyev Sumqayıtda zavod açılışında
18 fevral 12:20
- Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
17 fevral 17:26
- “Vertolyotla Yevlağa kimi pul səpəcəm....
17 fevral 16:30
- Qadınların sayının kişilərdən çox olduğu ölkələr (SİYAHI)
17 fevral 16:14
- “Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
17 fevral 15:44
- Gəncədə Mehriban Əliyevanın adından ehsan verildi (FOTO)
17 fevral 10:50
- Azyaşlılara qarşı cinsi zorakılıq edən Baş Yepiskopla bağlı qərar verildi
17 fevral 10:41
- Sabiq məmur və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı (FOTO)
17 fevral 10:34
- İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürüb - Video
17 fevral 10:23
- Milli Şura yeni mitinq keçirəcək
17 fevral 10:16
Video & Fotoqalereya
Video
Fotoqalereya