Məmurların general və polkovnik övladları
Reportaj9 noyabr 2018 09:26
Məmurların iş fəailiyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin övladları cəmiyyətin maraq dairəsindədir. Heç şübhəsiz digər vətəndaşlar kimi, müxtəlif dövlət vəzifələrində və özəl sektorda çalışan məmur övladları da var.
azxeber.com hüquq-mühafizə orqanlarında yüksək vəzifə daşıyan məmur övladları ilə bağlı araşdırma aparıb.
General-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun oğludur. 13 ilə yaxındır Fövqəladə Hallar naziri işləyən Kəmaləddin Heydərov bundan öncə uzun müddət Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini daşıyıb.
General-mayor Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oğludur. 20 ildən artıqdır hüquq-mühafizə orqanlarında çalışan Teymur Mehdiyev hazırda Fövqəladə Hallar nazirinin müavinidir. Bundan öncə isə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini işləyib.
General-mayor Emil Usubov Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun oğludur. Uzun müddətdir polis sistemində çalışan E.Usubov Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəisidir. Bundan öncə isə həmin idarəsinin rəis müavini işləyib. Prezident İlham Əliyevin ötən ilin iyun ayında imzaladığı sərəncamla general-mayor rütbəsinə layiq görülüb.
Polkovnik İsmayıl Məmmədov Baş nazir Novruz Məmmədovunoğludur. Polis Akademiyasını bitirən İsmayıl Məmmədov uzun müddətdir polis sistemində çalışır. Hazırda Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisidir. Baş nazirin oğlu paytaxtın Zabrat qəsəbəsində yerləşən bu bölməyə atası Prezident Admistrasiyası Beynəlxalq Əlaqələr şöbəsinin müdiri olduğu zaman təyin edilib.
Polkovnik Emin Həsənov Baş nazirin müavini Əli Həsənovunyeganə oğludur. Son təyinata qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edən Ə.Həsənovun oğlu hazırda Binəqədi rayon Polis İdarəsinin rəis müavinidir. Uzun müddətdir polis sistemində çalışır.
Polkovnik Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi işləyən deputat oğlu bundan öncə Yasamal rayon Yol Polisi İdarəsinə rəhbərlik edib.
Oxşar xəbərlər
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- 10 il Respublika prokuroru olmuş Abbas Zamanovun 100 yaşı olur - Təbriklər cənab general
22 mart 2024 19:02
- Samuxa yeni DYP rəisi təyin edilib
22 mart 2024 15:58
- Onlara yüksək vəzifə verildi
20 mart 2024 15:15
- Atəş açandan sonra yerə tüpürüb keçdi...
16 mart 2024 10:38
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya