- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
- Hermosonu öpən prezident həbs oluna bilər
Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək iki şirkətə qarşı iddia qaldırıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ADY iddia ərizəsində “Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nu cavabdeh tərəf kim göstərib.
Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” bu iki şirkətdən öhdəliklərinə görə yaranmış borcun ödənilməsini tələb edib. Lakin məbləğin nə qədər olduğu bəlli deyil.
Nəsimi rayon Məhkəməsi qətnamə çıxararaq iddianı qismən təmin edib. Bu şirkətlər qərarla razılaşmayıb və apellyasiya şikayəti veriblər.
“Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. İş hakim Elşən Kazımovun icraatındadır.
Məlumata görə, “Trans Qafqaz Transport” MMC 2002-ci ildən “Azərbaycan Dəmir Yolları”nın ali fraxt agenti olub. MMC-nin fəaliyyətinin əsas sahəsi “Azərbaycan Dəmir Yolları” fraxt siyasətinin ərazisində beynəlxalq səviyyədə “Avropa-Qafqaz-Asiya” dəhlizi vasitəsi ilə neft və neft məhsullarının daşınmasının həyata keçirilməsi olub. Bu şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsusdur.
“ADY”nin iddiası ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün internet resurlarında qeyd edilən nömrə ilə əlaqə saxladıq. Bizə bu şirkətin bağlandığı, artıq fəaliyyət göstərmədiyi bildirildi.
“Baghlan Group” FZCO isə Z.Məmmədovun keçmiş ortağı, “Hafka” ləqəbli Hafiz Məmmədova məxsusdur.
Qeyd edək ki, Ziya Məmmədov Nəqliyyat naziri olan vaxt və ondan əvvəlki dövrlərdə Cavid Qurbanov, Hafiz Məmmədov və keçmiş nazir ortaq olublar, uzun illər birgə biznes fəaliyyəti göstəriblər. Sonralar onların arasında yaranan problemlər ayrılıqlara səbəb olub, hətta "Hafka" ilə Z. Məmmədovun qarşıdurması ilə bağlı materiallar da mətbuatda dərc olunub. Ölkənin ən böyük biznes sahiblərindən olan bu üç şəxsdən biri-Hafiz Məmmədov 2010-cu illərin əvvəllərindən müflis olub, Ziya Məmmədov vəzifəsini itirəndən sonra faktiki "Hafka"nın taleyini yaşamağa məcbur qalıb. Üçüncü şəxs Cavid Qurbanov isə daha da dirçələrək keçmiş ortağı Ziya Məmmədovun bir vaxtlar nəzarətində olan “Azərbaycan Dəmir Yolları”na rəhbər gələrək öz imkanlarını genişləndirməyi bacarıb. Görünən budur ki, indi o, keçmiş ortaqları ilə haqq-hesab etmək məcburiyyətində qalıb. Çünki “Azərbaycan Dəmir Yolları” Z. Məmmədovun nəzarətində olan vaxt bu qurumun əsas korrupsiya mənbəyi olması heç kəsə sirr deyildi. Belə çıxır ki, C. Qurbanovun bu məsələləri araşdırandan sonra keçmiş ortaqlarından hesab sormaqdan başqa çıxış yolu qalmayıb.
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54