“Baş nazir olmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir...” - İlham Əliyev

Noyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevin Slovakiya baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü başa çatdıqdan sonra danışıqlar geniş tərkibdə davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən prezident İlham Əliyev deyib:
“Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. İndicə cənab Baş nazirlə ölkələrimiz arasında olan münasibətlər, gələcək planlar barədə çox önəmli və maraqlı söhbətimiz oldu. Bizi ziyarət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Görüşdə dediyim kimi, münasibətlərimizin tarixində bu, Slovakiyanın Baş nazirinin ölkəmizə ilk səfəridir. Digər vacib fakt ondan ibarətdir ki, Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir. Biz bunu hörmət, tərəfdaşlıq və Azərbaycana maraq əlaməti hesab edirik. Biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Biz tərəfdaşlığın genişləndirilməsində böyük potensialı görürük və əminəm ki, səfər zamanı müzakirə olunan məsələlər gələcək tərəfdaşlıq üçün möhkəm zəmin yaradacaqdır.
İkitərəfli münasibətlərlə bağlı çoxlu işlər görülməlidir. Biznes dairələrinin bir araya toplaşması və gələcək planları müzakirə etməsi də bizi məmnun edir. Əlbəttə ki, biz siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Biz daşımalar sahəsində potensialı müzakirə etdik.
Əməkdaşlığımızın vacib hissəsi, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləridir. Bu münasibətlər yaxşı formadadır. Bu il biz “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq və Azərbaycan ilə Avropa İttifaqı arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, nəqliyyat, enerji sahələrini əhatə edəcək yeni razılaşma üzrə danışıqların fəal mərhələsindəyik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı tərəfindən çox mühüm tərəfdaş hesab olunur. Bizim icra etdiyimiz layihələrin qitədə böyük miqyası var. Buna görə, cənab Baş nazir, əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı üçün çox yaxşı imkanlar yaradacaq. Mən Sizə uğurlu səfər arzu edirəm”.
Slovakiyanın Baş naziri Peter Pelleqrini deyib:
“Çox sağ olun, Zati-aliləri cənab Prezident. Sizinlə bu gözəl məkanda şəxsən görüşməkdən məmnunam. Bəli, Siz tamamilə düz qeyd etdiniz, biz istərdik ki, səfərimiz münasibətlərimizin daha dinamik şəkildə inkişafına xidmət etsin”.
Peter Pelleqrini nümayəndə heyəti üzvlərinin Bakıda öz həmkarları ilə hökumətlərarası komissiyanın yaradılması, iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsi ilə bağlı səmərəli danışıqlar apardıqlarını bildirib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, investisiya, təhsil, turizm sahələrində əlaqələrin perspektivləri müzakirə olunub. Söhbət zamanı Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Daha sonra Azərbaycan prezidenti ilə Slovakiyanın baş naziri işçi nahar etdilər.
- Amerikada Elçin Xəlilovu öldürən qatil yaxalandı (FOTO/VİDEO)
19 fevral 2019 18:01
- Qoşqar Təhməzli xaricdə biznesinin olmasını təsdiqlədi
19 fevral 2019 17:41
- Prezident yeni nazir müavini təyin etdi
19 fevral 2019 17:20
- “Nar” sosial şəbəkələrdə operativ xidmət göstərir
19 fevral 2019 17:09
- Polşanın Azərbaycandakı Konsulluğu niyə kütləvi viza “OTKAZ”ı verir?
19 fevral 2019 16:54
- Prezident Şamil Ayrımla görüşdü - Foto
19 fevral 2019 13:03
- Azərbaycanlı idmançı Rusiyada adam öldürdü (FOTO)
19 fevral 2019 12:14
- Mehriban Əliyevanın tapşırığıyla Rafiq Hüseynovun barelyefi hazırlandı
19 fevral 2019 12:04
- Tutanhamonun sərdabəsini açan 20 nəfərin müəmmalı ölümü
18 fevral 2019 19:54
- Prezident Sumqayıt bulvarında - Sakinlərlə səmimi fotolar
18 fevral 2019 19:17
- Amerikada Elçin Xəlilovu öldürən qatil yaxalandı (FOTO/VİDEO)
19 fevral 18:01
- Qoşqar Təhməzli xaricdə biznesinin olmasını təsdiqlədi
19 fevral 17:41
- Prezident yeni nazir müavini təyin etdi
19 fevral 17:20
- “Nar” sosial şəbəkələrdə operativ xidmət göstərir
19 fevral 17:09
- Polşanın Azərbaycandakı Konsulluğu niyə kütləvi viza “OTKAZ”ı verir?
19 fevral 16:53
- Prezident Şamil Ayrımla görüşdü - Foto
19 fevral 13:03
- Azərbaycanda 17 nəfərdə “donuz qripi” virusu aşkarlanıb (RƏSMİ)
19 fevral 12:24
- Azərbaycanlı idmançı Rusiyada adam öldürdü (FOTO)
19 fevral 12:14
- Mehriban Əliyevanın tapşırığıyla Rafiq Hüseynovun barelyefi hazırlandı
19 fevral 12:04
- Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi
19 fevral 11:50
- Bakıya qar yağır - Video
19 fevral 11:32
- Tutanhamonun sərdabəsini açan 20 nəfərin müəmmalı ölümü
18 fevral 19:54
- Prezident Sumqayıt bulvarında - Sakinlərlə səmimi fotolar
18 fevral 19:17
- “AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
18 fevral 16:48
- “İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” - Anar
18 fevral 15:36
- "Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edildi
18 fevral 14:35
- Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı
18 fevral 13:58
- SOCAR-la “KazMunayQaz” arasında memorandum imzalanıb
18 fevral 13:32
- Rüstəm İbrahimbəyov Bakıya gəlib - Fotolar
18 fevral 12:59
- SOCAR: “İdarə rəisinin saxlanıldığı barədə məlumatlar həqiqət deyil”
18 fevral 12:51
- İlham Əliyev Sumqayıtda zavod açılışında
18 fevral 12:20
- Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
17 fevral 17:26
- “Vertolyotla Yevlağa kimi pul səpəcəm....
17 fevral 16:30
- Qadınların sayının kişilərdən çox olduğu ölkələr (SİYAHI)
17 fevral 16:14
- “Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
17 fevral 15:44
- Gəncədə Mehriban Əliyevanın adından ehsan verildi (FOTO)
17 fevral 10:50
- Azyaşlılara qarşı cinsi zorakılıq edən Baş Yepiskopla bağlı qərar verildi
17 fevral 10:41
- Sabiq məmur və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı (FOTO)
17 fevral 10:34
- İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürüb - Video
17 fevral 10:23
- Milli Şura yeni mitinq keçirəcək
17 fevral 10:16