Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
“Qafqazinfo”nun məlumatına görə, 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq xalq anladı ki, həm Moskva, həm də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində Sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
7 aprel 2026 13:53
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
7 aprel 2026 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
7 aprel 2026 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
6 aprel 2026 22:51
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
6 aprel 2026 15:28
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
6 aprel 2026 12:12
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
