Deputatla icra başçısı arasında “30 minlik qalmaqal
“İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör, sadə vətəndaşdan nə istəyir?”
Deputat Adil Əliyevin – qanunverici hakimiyyət qolunun hakimiyyətyönlü üzvünün canlı yayımda (Musavat.com) hətta Azərbaycan reallığı üçün sensasiyalı (Rəsmi şəxslərin belə etiraflarına nadir hallarda rast gəlinir – R.Ə.) açıqlamasından bir neçə gün keçsə də, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən yuxarı instansiyalar hələ də susurlar. Sanki, belə ağır cinayət ittihamı ilə bir deputat yox, yoldan keçən hansısa məsuliyyətsizin biri çıxış edib.
Normal cəmiyyətlərdə isə deputatın belə bir bəyanatı bomba kimi partlayar, həmin ölkənin KİV-ləri tərəfləri, o cümlədən nəzarət orqanlarını “divara dirəyər”, işin bütün hallarını açıb ortaya tökər, nəticədə kimlərsə birbaşa həbsə, kimlərsə ən azı istefaya gedərdi. Lakin “xoşbəxtlikdən” bizdə belə “bombalar partlamır”, hüquq-mühafizə orqanları belə məsələləri bir qayda olaraq “görməzlikdən” gəlir, xalq isə sadəcə başını yelləyib keçir. Çünki ölkədə sözün əsl mənasında ŞƏFFAFLIQDIR! Gizlində heç nə baş vermir. Hər şey göz önündədir. Bir icra başçısının bir deputatdan 30 min rüşvət tələb etməsi kimi…
Amma yenə də adamı maraq bürüyür: deputatdan bir qapının açılmasına görə 30 min rüşvət tələb edən hansı icra başçısıdır?
Adil Əliyev ad çəkməkdən imtina edib. Lakin açıq şəkildə bildirib ki, bu işdən “yuxarıların” xəbəri var, çünkü özü məlumat verib və icra başçısının cəzalandırılmasını xahiş edib. Deputat, kimdən şübhələnməli olduğumuza eyham vurmasa da, kimlərdən şübhələnməməli olduğumuzu adlar çəkərək bəyan edib: Qaradağ, Nərimanov, Nizami, Sabunçu və Xətairayonlarının başçıları deyil.
Belə olduqda, “şübhəlilər” sırasında kimlər qalır?
Bakının 11 rayonu var, yuxarıda adları çəkilənləri çıxsaq, yerdə qalanlar bunlardır: Səbail, Yasamal, Nəsimi, Binəqədi, Suraxanı və Pirallahı. Demək ki, deputatdan rüşvət tələb edən icra başçısı bu rayonlardan birinə rəhbərlik edir.
Həmin icra başçısının kim olduğunu qətiyyətlə söyləmək çətindir. Lakin “AzPolitika”nın bu istiqamətdə araşdırması zamanı bəzi ipucları əldə etmək mümkün olub.
Məlumatlı mənbənin bildirdiyinə görə, deputat Adil Əliyev özünün Salatın Əsgərova – 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib. İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”, – deyə, deputata ismarıc göndərib.
Salatın Əsgərova küçəsi isə Yasamal rayonunun ərazisində başlayıb, Nəsimi rayonunun ərazisinədək uzanır…
Deməli, daha konkret fikir bildirmək üçün sözügedən ünvan ətrafında bir qədər dərin araşdırmaya ehtiyac var.
Mövzuya qayıdacağıq.
AzPolitika.info
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09