- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
Tanklar, hücum təyyarələri, zenit kompleksləri… - Belarus Azərbaycana daha nələr satıb?
Bu günlərdə məlum oldu ki, Belarusdan Azərbaycana hərbi texnikanın növbəti partiyasının çatdırılması üzrə yeni müqavilə bağlanıb.
Virtualaz.org xəbər verir ki, yerli 42.TUT.BY nəşri bu kontekstdə Belarusun Azərbaycana indiyə qədər çatdırdığı hərbi texnikanın siyahısını təqdim edib.
Belarus və Azərbaycan arasında silah ticarəti artıq neçə ildir davam edir. Silah sazişləri —məbləğlər və müqavilələrin həcmi çox vaxt gizli saxlanılır. Qeyri-rəsmi informasiyaya görə, on illik əməkdaşlıq ərzində Minsk Bakıya təxminən 500 milyon dollarlıq silahlar, hərbi təyinatlı texnika və avadanlıq satıb.
Amma beynəlxalq sazişlər haqqında məlumatların müəyyən hissəsi BMT-nın Silahsızlaşdırma məsələləri üzrə idarəsinin saytında əlçatandır.
Tanklar briqadası
Bakı Minskdən 2005-ci ildə 19, 2006-da 41, 2012-də isə daha 62 T-72 tankı alıb. Sonrakı illər ərzində texnikanın çatdırılması haqda rəsmi məlumat yoxdur. Əldə olan məlumatlara görə, Belarus Azərbaycana 153 T-72 tankı göndərib. Bu, bütöv bir tank briqadası deməkdir.
T-72 tankları ekipaj üçün yaxşı müdafiəni təmin edir və uğurlu vəziyyətdə PTUR zərbəsinə tab gətirə bilir. Kalibri 125 millimetr, döyüş kütləsi 41 ton, ekipajı 3 nəfərdən ibarətdir.
Ağır artilleriya divizionu
2008-2009 illərdə Belarus Azərbaycana on iki özüyeriyən artilleriya qurğusu (ÖAQ) “Pion” satıb. Bu, bütöv bir diviziondur.
203-millimetrlik ÖAQ "Pion" silahı düşmənin arxasında əhəmiyyətli obyektlərin və hədəflərin kütləvi bombardmanını təşkil etmək üçün yaradılıb.
Maksimum atəş məsafəsi təxminən 47,5 km-dir.
Qurğu 10 dəqiqəlik atəş vaxtı hədəfə 500 kq-dan çox partlayıcı atmağa qadirdir. Qurğu həm adi, həm də nüvə silahlarından atəş aça bilir.
6 diviziondan çox artilleriya qurğusu (“qaubitsa”)
2009 və 2012-ci illərdə Belarus Azərbaycana iki mərhələdə 122 mm kalibirlik 120 D-30 artilleriya qurğusu çatdırıb.
Bu silahları sadəlik, etibarlılıq, atəş imkanı və portativlik baxımından qoşunlarda yaxşı qiymətləndirilir. D-30-u 80 km/saata qədər sürətlə daşımaq mümkündür, onu 1,5−2,5 dəqiqəyə döyüş vəziyyətinə gətirmək olur. Qurğunun komplektinə müxtəlif döyüş sursatları daxildir.
Hücum eskadrilyası
2009-dan 2012-ci ilə qədər Balarusdan on bir Su-25 hücum təyyarəsi alınıb.
Su-25 artıq 40 ildən çoxdur ki, dünyanın müxtəlif ordularının silahlanmasına daxildir. Bu "uçan tank"ın pilotu 12,7, ən təhlükəli istiqamətlər üzrə isə 30 millimetrə qədər kalibrli istənilən lüləli silahdan açılan atəşdən praktik olaraq tam qorunur.
Hücum təyyarəsinin arsenalında digər silah və qurğularla yanaşı, böyük miqdarda idarə olunmayan bomba və reaktiv mərmilər də var.
Zenit kompleksləri
2007-ci ildə Azərbaycan "Osa-AKM" ZRK-sının "Osa-1T" səviyyəsinə qədər müasirləşdirilməsinə dair müqavilə bağlanmışdı. Müasirləşdirmə ilə Belarusun "Tetraedr" müəssisəsinin mütəxəssisləri məşğul oldular və onu üç il ərzində başa çatdırdılar. Müasirləşdirmə nəticəsində "Osa-1T"nin xidmət müddəti daha 15 il uzadıldı.
Azərbaycana, həmçinin sovet kompleksi "Buk-M1”in tam müasirləşdirilmiş "Buk-MB" ZRK-ları çatdırılıb. Onlar 26 iyun 2013-cü ildə Bakıda keçirilən paradda nümayiş etdirilib. 2014-cü ilin sentyabrında isə Azərbaycanın Silahlı Qüvvələri "Buk-MB" ZRK-sının ikinci batalyonunu aldı.
Belarus mütəxəssisləri S-125 ZRK-sının "Peçora-2T" səviyyəsinə qədər müasirləşdirməsində də iştirak ediblər. Dünya Silah Ticarətinin Analizi Mərkəzinin məlumatına görə, 2014-cü ildə Azərbaycan Belarusa hələ 2011-ci ildə sifariş etdiyi S-125-TM "Peçora-2T”nin doqquz divizionunu (27 işəsalma qurğusu) aldı.
Hava Hücumundan Müdafiə komplekslərinin ən müasir alışlarından biri ZRK T38 “Stilet"in iki batareyasının əldə edilməsi oldu. Bu ZRK beş dəqiqə ərzində atış üçün hazır vəziyyətə gətirilir. Kompleks eyni zamanda 48-ə qədər hədəfi aşkar etməyə qadirdir, maksimal məhvetmə məsafəsinin uzaqlığı 20, hündürlüyü isə 0,025-dən 10 kilometrə qədər təşkil edir.
Raket kompleksləri
Hazırda Azərbaycana on "Polonez" raket kompleksinin çatdırıldığı bildirilir. Bu kompleks üzrə bir çox informasiyalar hələ də "məxfi" qrifi altındadır.
Bununla belə, məlumdur ki, “Polonez”in üzərində döyüşə hazır 8 raket var. Sistemin 301 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm-dir, çəkisi isə 750 kq-a çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 “Polonez”dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür.
Kompleks düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.
Polonez”in daha bir üstünlüyü ondan ibarətdir ki, o, çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş MZKT-7930 “Astroloq” adlı təkərli şassi üzərində quraşdırılır. Bu səbəbdən, “Polonez”in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.
...Bu, Belarusun Azərbaycana çatdırdığı silahların bütün spektri deyil. Belarus Azərbaycana 60 zirehli maşın BTR-70 və sayı açıqlanmayan miqdarda tank əleyhinə “Skif” kompleksləri də çatdırıb. Belarus Azərbaycan üçün həmçinin hərbi təyinatlı Belarus avtomobilləri MAZ 6317 və MAZ 5317-lərin quraşdırılmasını qaydaya salıb.
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Əməkdar artist vəfat etdi
12 aprel 2024 21:21
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 08:38
- Əməkdar artist vəfat etdi
12 aprel 21:21
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 12:56