Övladını itirmiş atanın səsinə səs verin.. Prezidentə müraciət. VİDEO

Bakı şəhər Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan İsmayılov Şəmsəddin Abbasəli oğlu məmur özbaşınalığından bezara gəlib..
Redaksiyamızın poçtuna daxil olan şikayət ərizəsinə əsasən İsmayılov Şəmsəddin Abbasəli oğlu bildirmişdir ki, İsmayılov Elsevər Şəmsəddin oğlu 16 oktyabr 2017-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində fəaliyyət göstərən “Metalkonstruksiya Zavodunun” “Metal Quraşdırma” sexində “BCC Group” MMC-də qaynaqçı vəzifəsində işləyərkən, əlindəki körpülü kranın idarə etmə pultunu yanında olan, şirkətdə qaynaqçı işləyən Abışov Vamiq Xanəli oğluna vermiş, sonuncu kranın qarmaqlarını etibarlı şəkildə konstruksiyaya ilməklənməsinə və ətrafda adamların olmamasına əmin olmadan pultun kranı idarəetmə düyməsini basmış, qalxmaqda olanın kranın qarmaqları yaxınlıqdakı KR-34 nömrə çəkili metalkonstruksiyanı bir tərəfdən qaldıraraq, İsmayılov Elsevər Şəmsəddin oğlunun üzərinə aşırdığından, sonuncu konstruksiyanın altında qalaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurması nəticəsində onun sol tərəfi ağ ciyəri ilə ürəyinin zədələnməsi, döş qəfəsi sol yarısının 2, 3, 4, 5, 6, 7-ci qabırğalarını, sol bazu və sol baldır sümüyünün qəlpəli sınıqları, döş qəfəsinin sol yarısının qamçırı və sair xəsarətləri alaraq massiv qan itirməsi səbəbindən yerindəcə ölmüşdür.
Oğlum mərhum İsmayılov Elsevər Şəmsəddin oğlu iş başında olarkən aldığı bədən xəsarətlərindən ölməsini eşidən və bilən mən atası Şəmsəddin İsmayılov bacanağım Məmmədov Elşən İsa oğlu və yeznəm Quliyev Teymur Vəli oğlu ilə birlikdə dərhal hadisə yerinə gələrkən oğlumun başında dəbilqəsi olmadan ağır metalkonstruksiyanın altında yerə uzanmış vəziyyətdə qalmasının şahidi olduq.
Orada dayanan polis əməkdaşları ilə Qaradağ rayon Prokurorluğunun müstəntiqi Yusif adlı şəxslə apardığım söhbətlərimizdən mənə və yaxınlarıma məlum oldu ki, hadisənin baş verdiyi andan uzun müddət keçməsindən sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının həkimi oğlum Elsevər İsmayılovun yerdə uzanıqlı vəziyyətdə olan hərəkətsiz bədənini müayinə edərək, artıq onun ölməsini ətrafda dayanan polis əməkdaşları ilə Qaradağ rayon Prokurorluğunun müstəntiqi “Yusif adlı” şəxsə bildirdikdən sonra, oğlum İsmayılov Elsevərin hərəkətsiz bədənini Qaradağ rayon Prokurorluğunun müstəntiqi Yusif adlı şəxslə birlikdə təcili tibbi yardım maşınına qoyduraraq xəstəxanaya apartdırmaqla orada ona ilkin tibbi yardımın göstərilməsini, mütəxəsis ekspert həkimlərinin vasitəsilə onun dəqiq aldığı bədən xəsarətləri nəticəsində massiv qan itirməsi səbəbindən ölməsinin müəyyən etdirilməsini, məhz ondan sonra mərhum Elsevər İsmayılovun meyidinin morqa təhvil verilməsini təmin etdirmədən, həmin təcili tibbi yardım həkim briqadası oğlum Elsevər İsmayılovun bədənində axan qanını durdurmadan belə onu metalkonstruksiyanın altında qoymaqla gəldikləri təcili tibbi yardım maşınına minərək hadisə yerini tərk etmişlər.
Bu ərəfədə baş vermiş hadisə yerində oğlum İsmayılov Elsevər Şəmsəddin oğlunun istehsalat qəzası nəticəsində aldığı bədən xəsarətləri ilə əlaqədar olaraq onun massiv qan itirməsinə yol verməməklə ölməsinin qarşısını almaq məqsədi ilə oğlum Elsevərin işlədiyi “Metalkonstruksiya Zavodunu” “Metal Quraşdırma” sexinin və ya “BCC Group” MMC-nin rəhbər vəzifəli şəxslərinin hadisə yerinə gələrək ona təcili tibbi yardım xidmətlərinin göstərilməsini, onun təcili olaraq xəstəxanaya çatdırılmasını təmin etdirmədiklərindən, həmin rəhbər vəzifəli şəxslərinin günahları üzündən oğlum Elsevər İsmayılov aldığı bədən xəsarətləri nəticəsində massiv qan itirməsi səbəbindən ölmüşdür.
Metalkonstruksiya Zavodunun “Metal Quraşdırma” sexinin və ya BCC Group” MMC-nin rəhbər vəzifəli şəxslərinin hadisə yerinə gələrək, özlərinin səlahiyyətləri çərçivəsində müvafiq texniki-təhlükəsizlik qaydaları üzrə məsul vəzifəli şəxslərdən ibarət tərkibdə komissiya yaratmaqla insan tələfatı ilə bağlı baş vermiş ağır növ istehsalat qəzasının hansı səbəbdən və tabeçiliklərində olan hansı məsul vəzifəli şəxslərin yol verdikləri vəzifə səhlənkarlıqları üzündən törədilməsini, hadisə yerində ağır yük qaldıran kranı işlək vəziyyətdə qoyaraq gedən kran idarə edənlə yanaşı, kranların iş prinsiplərinə və təhlükəsizlik qaydalarına əməl edilməklə istismarına cavabdeh olan vəzifəli şəxslərin müəyyənləşdirilərək sənədləşdirilməsi barədə müvafiq qanuni tədbirlərin görülməməsi faktının da şahidi olduq.
Mənbə: Detektiv Lyuks
- Ermənilər dünən Xocavənddə faşist liderə heykəl qoydu- VİDEO
27 yanvar 2021 10:06
- “Əli Həsənov mənə dedi ki, çıxıb efirdən Rüstəm İbrahimbəyovu söyüm”
27 yanvar 2021 09:47
- Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar+Video
26 yanvar 2021 19:09
- Bakıda daha bir şəxs özünü hündürmərtəbəli binadan atdı - Video
26 yanvar 2021 15:22
- Xırdalandakı partlayışdan - Fotolar+Video
25 yanvar 2021 21:38
- Icra başçısının otağından 50 min pul oğurlandı - VİDEO
25 yanvar 2021 12:34
- Erməni tarixçi Azərbaycan xalqını təbrik etdi- VIDEO
24 yanvar 2021 21:41
- Nərimanovda gənc qadın özünü binadan atdı - VİDEO 18+
24 yanvar 2021 17:28
- Prezidentimiz, Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə...
23 yanvar 2021 20:58
- ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml qəzəbləndi
23 yanvar 2021 20:49
- Birinci kurs tələbəsi dəm qazından öldü
27 yanvar 21:30
- “Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib
27 yanvar 19:12
- Güclü külək əsəcək, qar yağacaq - Xəbərdarlıq
27 yanvar 18:47
- Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi olacaq
27 yanvar 18:08
- “Ali Baş Komandan Elçibəy qaçırsa, onun adı fəraridir”
27 yanvar 15:53
- Bakıda qadını doğrayıb zibil qutusuna atdılar
27 yanvar 15:31
- “Şagirdlər fevralın 1-də tədrisə başlayacaqlar”
27 yanvar 15:10
- Prezident onu Şuşaya xüsusi nümayəndə təyin etdi
27 yanvar 14:57
- Ramiz Mehdiyevin kürəkəni özünə 300 minlik BMW aldı — FOTOLAR
27 yanvar 10:30
- Ukrayna Xarici Kəşfiyyat Xidməti Putinlə bağlı sensasion məlumat yaydı
27 yanvar 10:22
- Ermənilər dünən Xocavənddə faşist liderə heykəl qoydu- VİDEO
27 yanvar 10:06
- Aygün Kazımova 50 yaşını qeyd etdi - Fotolar
27 yanvar 09:55
- “Əli Həsənov mənə dedi ki, çıxıb efirdən Rüstəm İbrahimbəyovu söyüm”
27 yanvar 09:47
- Putinlə Baydenin telefon danışığı oldu
27 yanvar 09:32
- Qırğızıstanın sabiq Baş naziri saxlanıldı
27 yanvar 09:26
- Prezidentin İşlər idarəsinə hansı əmlaklar və təşkilatlar tabedir
26 yanvar 22:58
- Yeni nazir kimin oğlu və kimin kürəkənidir...
26 yanvar 22:33
- Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi
26 yanvar 22:13
- Azərbaycan - İran : Yeni reallıqlar
26 yanvar 19:22
- Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar+Video
26 yanvar 19:08
- Ramin Quluzadə PA-da İşlər müdiri oldu
26 yanvar 18:46
- Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi
26 yanvar 18:38
- Bakıda daha bir şəxs özünü hündürmərtəbəli binadan atdı - Video
26 yanvar 15:22
- Yeni nazir kimdir?
26 yanvar 13:40
- Prezident YENİ NAZİR təyin etdi
26 yanvar 13:27
- Türk şirkətləri Qarabağda TEKSTİL fabrikləri açacaq
26 yanvar 13:14
- Səmərqənddən Parisə düşən “ulduz” – Azərbaycanl..
26 yanvar 13:05
- Şahin Mustafayev erməni həmkarı ilə görüşəcək - Tarix açıqlandı
26 yanvar 12:51
- Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
26 yanvar 10:21
- Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi
26 yanvar 10:02