Azərbaycanda xərçəng xəstəsindən ürəkdağlayan sözlər VİDEO
Dünya28 noyabr 2018 14:47
Deyirlər, xəstəxana divarları məscidlərdən daha səmimi dualar eşidir...
Bəlkə də sağlamlığımızın yerini xəstə hüceyrələr tutanda bu qənaətə gəlirik daha çox. İş masamızı dəmir çarpayılar, yazı qələmlərini inyeksiyalar, ailə üzvlərimizi tibb bacıları əvəzləyəndə anlayırıq əsl duaların dəyərini...
Kəskin "T” hüceyrəli limfoblast (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən biologiya müəllimi Samirə Məmmədova isə xəstəliyindən elə söhbət açırdı ki, elə bil illərdir bu xəstəliklə qidalanır, yatıb-qalxır.
38 yaşlı Samirə Məmmədova bir aya yaxındır ki, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun sakinlərindən biridir. Universiteti bitirdikdən dərhal sonra biologiya müəllimi kimi iş həyatına atılıb. Uzun illərdir şagirdlərinə canlı aləmin yaranışından, bitkilərdən, insanlardan, təbiətdən söhbət açan Samirə müəllimə indi dörd divarın arasında öz xəstə hüceyrələrinə "dərs keçir”. Həm də sözün əsl mənasında. Palataya daxil olanda üzündə gülüşlə qarşıladı bizi. Elə o an anladım ki, qarşımda adi bir xəstə yox, yaşamağa, həyata və sevgiyə aşina olan biri var.
Bir az toxtadım. Çünki gözünü son damla ümidinə qədər həyata dikən biri ilə cəbhənin bu biri tərəfindən – sağlığına ölüm təhdidi olmayan yerdən dayanıb danışmaq mənim üçün asan deyildi.
Samirə müəllimə xəstəliyindən qısa müddət öncə xəbər tutub:
"İşə gedərkən başgicəllənmə, yorğunluq və halsızlıq hiss edirdim. Sonra ayaqlarımın damarları partladı, göyərdi... Dişlərimdə qanama başladı. Kardioloqa müraciət etdim. O isə məni bu instituta yönləndirdi. Analizdən sonra kəskin leykoz aşkar olundu. Həmin andan da müalicəyə başladım. Kimyaterapiyadan sonra özümü çox halsız hiss edirəm. Ancaq bir gün sonra düzəlirəm...”
Həkimin dediyinə görə, Samirənin xəstə vücudu müalicəyə müsbət reaksiya verir. Lakin onun bu xəstəlikdən birdəfəlik qurtulması üçün əməliyyat olunmağa ehtiyac var.
"İlik analizinin cavabları da, təəssüf ki, mənfi çıxdı. Bu xəstəlik iliyimdə də aşkarlandı. Düzdür, müalicələrin müsbət nəticəsi var, amma xəstəlik hər an yenidən baş qaldıra bilər. Buna görə də əməliyyat olunmaq vacibdir. Şükür ki, iki qardaşım var. Onların ilik analizlərindən müsbət cavab alsaq, donorum olacaqlar. İlik köçürülsə, xəstəlikdən tam azad olmaq ehtimalı var. Amma köçürülməsə, ömür boyu kurs-kurs müalicələr edilməlidir”, - deyir, Samirə müəllim.
Samirənin yaxınları bu əməliyyatla bağlı xarici ölkələrlə də maraqlanıb. Deyilənə görə, Azərbaycanda bu sahədə ixtisaslaşmış cərrah yoxdur, lakin:
"Əməliyyat Belarus və Türkiyədə münasib qiymətə oluna bilər. Azərbaycanda isə donor tapdıqdan və əməliyyata hazırlıq gedəndən sonra Talassemiya mərkəzimiz Belarusdan bir-iki günlüyünə xüsusi həkimlər dəvət edir. Əməliyyat Almaniyada da mümkündür. Ancaq orada çox bahadır”.
Müalicəsinin gedişatından razı qalan Samirə əksər insanların gözləntilərinin əksinə olaraq, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan xeyli razılıq etdi:
"Burada çox yaxşı baxırlar hər birimizə. Xəstəliyimi öyrənəndə psixoloji çöküntü yaşadım. Çox ağır diaqnozla daxil olmuşdum xəstəxanaya. Həkimim mənimlə söhbətlər etdi və məni hər şeyin yaxşı olacağına inandırdı. Kimyaterapiyada istifadə olunan dərmanlar və digər ağır pereparatlar var ki, həqiqətən bahalıdır. Ancaq onları dövlətimiz Almaniyadan özü gətirir və bizə pulsuz verilir. Xidmət də çox yaxşıdır”.
Samirənin palata yoldaşı da onun razılıqlarına qoşuldu. Samirəni isə tərif etməkdən doymadı:
"Samirə çox güclü insandır. O, buraya təzə gələndə bütün sutka sistemin altında olurdu. Heç nədən xəbəri olmurdu. Sistemdən sonra saatlarla qusurdu, amma onunla belə yemək yeyirdi. Çünki yaşamaq, xəstəliyə qalib gəlmək istəyir. O qədər çətin proseslərin öhdəsindən gəlirdi ki... Amma yenə də ona çətindir”.
Həmişə saçı daraqlı, sığallı bir qadının indi tüksüz başını yaylıq altında gizlətməsi kimə asan ola bilər ki?
Samirə deyir ki, bu savaş yolunda ona ən böyük dəstəyi ailəsi və övladlarıdır:
"İki azyaşlı qızım var. Bu xəstəliklə ən çox da onların xatirinə savaşıram. Onlar biləndə ki, saçlarımı kəsiblər, çox pis oldular. Ancaq o kiçik ürəkləri ilə mənə dəstək çıxdılar. Böyük qızım dedi ki, ana, sən saçsız da, qaşsız da, kirpiksiz də gözəlsən. Çünki analar hər halı ilə gözəl olur...”
İndi Samirənin içində apardığı müharibədə qalib gəlməsi üçün 100-200 min manat civarında məbləğ tələb olunur. Ancaq onun üçün ən böyük dəstək ona edilən dualardır. Hazırda onun adına bank hesabı açılıb və ianələr oraya toplanır. Samirə deyir ki, qohumları ilə yanaşı, onu tanımayanlar da maddi dəstək göstərirlər. Lakin öz maddi gücləri hesabına bu səddi aşmaq çox çətin məsələdir.
Bu inadkar qadın onunla eyni cəbhədə savaşan insanlara tövsiyələrini də çatdırdı:
"Bütün xəstəliklər kimi, bu xəstəliyin də yox olması 80-90 faiz insanın özündən asılıdır. Bunu bütün səmimiyyətimlə deyirəm. Ruh yüksəkliyi, mübariz olmaq hər şeydən vacibdir bu xəstəlik qarşısında. Mən buna ən böyük nümunəyəm. Çünki xəstəxanaya daxil olanda mənə iki gün ömrüm qaldığını demişdilər. Ancaq artıq bir aydır ki, buradayam, yaşayıram, mübarizə aparıram. Çünki, inanıram...”
Mənbə: publika.az
Oxşar xəbərlər
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya