Cinsi nisbətdə fərq nəyə gətirib çıxaracaq?
İdman2 dekabr 2018 14:04
Rəsmi məlumatlara görə, 2015-ci ildə Ermənistanda 114 kişiyə 100 qadın, Gürcüstanda hər 109 kişiyə 100 qadın, Hindistanda hər 111 kişiyə 100 qadın, Çində hər 116 kişiyə 100 qadın, Azərbaycanda isə hər 116 kişiyə 100 qadın nisbəti qeydə alınıb. Bu nisbət Azərbaycanda özünü daha çox 1998-ci ildə büruzə verib. Belə ki, həmin il 118 kişiyə 100 qadın düşüb.
Dövlət Statistika Komitəsinin 2017-ci il məlumatına görə, ailələrdə ümumi nəsil vermə qabiliyyəti 2 uşaq olub. Cins nisbətinin pozulması isə gender bərabərsizliyi, zorakılıq, erkən nikahlar, insan alveri və kriminal səviyyənin artmasına səbəb ola bilər.
Sputnik Azərbaycan ölkədə cins nisbətinin pozulmasının səbəblərini araşdırmağa çalışıb.
Sosioloq Əhməd Mansurovun sözlərinə görə, ölkədə son 55 il ərzində nəsilvermə əmsalı xeyli azalıb. Belə ki, əgər 1961-ci ildə hər ailəyə 5-6 uşaq düşürdüsə, son illərdə bu 3 dəfə azalıb: "Qeyd edək ki, ümumi nəsilvermə əmsalı reproduktiv dövr ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Doğulanlar arasında cins nisbətinin pozulmasına səbəb olan əsas amillər dölün cinsini müəyyən edə bilən texnologiyaların olması, nəsilvermə əmsalının azalması və cəmiyyətdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsidir".
Ekspert qeyd edir ki, Azərbaycanda son on illiklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinədən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.
Psixoloq Fərqanə Mehmanqızı da deyir ki, ailələrdə valideynlər çox zaman oğlan uşaqlarına üstünlük verirlər: "Buna səbəb kimi ailənin qorunması, millətin qorunması, nəslin davam etdirilməsi, soyadın davam etdirilməsi, mülkiyyətin saxlanması, maliyyə dəstəyinin təminatı, ailə üçün əsas cavabdehlik və s. göstərmək olar. Həmçinin valideynlərin vəfatı ilə bağlı adət-ənənələrə riayət üzrə cavabdehlik faktoru da var. Yəni belə hesab edilir ki, oğlan uşaqları valideynlərin dəfn edilməsi və s. işlərdə daha məsuliyyətli hesab edilir”.
"Valideynlər hesab edir ki, qız uşağını maddi cəhətdən böyütmək çətindir. Bura paltar, cehiz, müstəqil olmaq üçün təhsil vermək məcburiyyəti, iş tapmaqda çətinliklər, boşanan zaman valideynlərin evinə qayıtması və s. daxildir” – deyə psixoloq qeyd edir.
Onun sözlərinə görə, bəzən də kişilərimiz belə hesab edirlər ki, "kişinin oğlu olmalıdır, kişi ailənin dirəyidir, qız isə yükdür: "Çox zaman kişilərin qız övladı doğulanda, sanki başsağlığı verirlər, "hələ cavansan, oğlun da olar” – deyə "təsəlli edirlər”. Bu, xüsusilə kənd əhalisinə xas xüsusiyyətdir. Çünki bu ərazilərdə kişilər daha çox sayda oğula sahib olmaq istəyirlər. Qadınların isə etiraz etməyə haqları yoxdur. O ərazilərdə bütün qərarlar kişilər tərəfindən verilir. Hətta bəzi qadınların həyatı oğlu olmadığına görə təhlükə qarşısında da qalır. Oğlu olmadığına görə, o, ətrafındakı insanlar tərəfindən təzyiqlərə məruz qalır".
Psixoloq vurğulayır ki, insanlar çox nadir hallarda qız uşağının valideyn üçün bəzək olduğunu düşünürlər: "Qızı olmayan ana qaşı olmaya üzüyə bənzəyir. İsmətli və qeyrətli qız oğuldan üstündür. Qız ata və ana üçün vacibdir. Bəzən kədərli və xoşbəxt günlərimiz olur. Kədərli günlərdə görürsən ki, oğlun yanında deyil, ancaq qızın sənin kədərini paylaşır. Sən son nəfəsində belə başın üstündə qızın olur".
O, qeyd edir ki, təhsil və məşğulluq sahəsində bərabər hüquqlara dair təminatların olmasına baxmayaraq, özəl həyat sahəsində qadın və kişilər arasında münasibətlər hələ də ənənəvi dəyərlərə söykənir. Ailələrdə qız uşaqlarına daha çox qayğıkeşlik, ev işlərinə kömək etmək, səbirli olmaq, yaxşı ünsiyyət bacarıqları olmasına, narkotik və spirtli içkilərə meylli olmadıqlarına görə üstünlük verilir.
Statistikaya görə, nə vaxtsa, evli olmuş qadınların 54,8 faizi ən azı 1 dəfə abort etdirib. Mütəxəssislərə görə isə abortların sayı şəhər yerlərində daha çox olur. Belə ki, şəhərlərdə 56,2 faiz abort halı baş verir. Valideynlər daha çox 3-cü uşaqdan sonra aborta qərar verirlər. Beşinci və daha çox hamiləliklərin 80,4 faizi abortla nəticələnir.
Ginekoloq Xoşqədəm İbrahimovanın sözlərinə görə, valideynlər çox vaxt müayinə zamanı dölün sağlamlıq durumunu deyil, cinsini öyrənməyə çalışırlar: "Yaxşı olardı ki, dünyaya gələcək uşağın cinsi haqqında məlumat verməyə qadağa qoyulaydı. Belə olan halda valideynlər USM yoxlamalara ancaq dölün vəziyyəti ilə maraqlanmaq üçün gələ bilərdilər. Ancaq hazırda ana körpəsinin cinsiyyətini öyrənmək istəyirsə, onun qarşısını kimsə ala bilməz”.
"Bəzi hallarda elə bir ailə ilə rastlaşırsan ki, dalbadal dünyaya gəlmiş 5 qızı və ya 5 oğlu olur. Ancaq ailə əks cinsdən də bir uşağının olmasını arzulayır. Belə hallarda qadınlar uşaqlarının cinsiyyətini öyrənənə kimi hamiləliyi davam etdirirlər. Əgər uşağın cinsi onların istədiyi kimi olmursa, abort edirlər. Bu dövr də hamiləliyin 13-16-cı həftələridir. USM müayinəsinə gələn qadınların yarısını belə qadınlar təşkil edir” – deyə ginekoloq əlavə edir.
Ginekoloq onu da vurğulayır ki, qadınlar son illərdə kontraseptiv vasitələrdən az istifadə edirlər: "Haradasa 41 faiz qadın hamiləlikdən qorunmaq üçün ənənəvi üsullardan istifadə edir. Müasir üsullardan isə cəmi 14 faiz qadın istifadə edir”.
Sonda qeyd edək ki, BMT-nin Əhali Fondunun müvafiq proqnozlarına əsasən, əgər doğulan uşaqların cins nisbəti davamlı olaraq 116 və ya daha artıq olsa, 2050-cı ilə qədər hər il 12-15 mindən daha çox oğlan uşağı dünyaya gələcək.
Oxşar xəbərlər
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Məmurla həbs olunan iş adamı arasında nə baş verib? - "Restoranda 500 min verdim" (TƏFƏRRÜAT)
10 aprel 2024 18:21
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
Xəbər lenti
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya