“Həyat göstərdi ki, Azərbaycan və Rusiyanın bir-birilərinə ciddi ehtiyacı var”
“Hazırda Azərbaycanda kifayət qədər münbit və əlverişli investisiya mühiti mövcuddur”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyalı biznesmen, “Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyatı”nın rəhbəri, Sankt-Peterburq qubernatorunun müşaviri, “Petrovski stroitel” şirkətinin prezidenti Vaqif Məmişov deyib.
– Salam, Vaqif müəlim.
– Salam.
– Azərbaycan və Rusiyanın müstəqillik əldə etdikdən sonra münasibətlərini necə qiymətləndirirsiz? Siyasi və iqtisadi əlaqələrdə hansı dəyişikliklər var?
– Azərbaycanın müstəqilliyinin bərpasından ötən 27 ildə Azərbaycan-Rusiya münasibətlərində ciddi yaxınlaşma var. Bu, tək siyasi-iqtisadi sahəni yox, həm də mədəniyyət sferasını əhatə edir. Azərbaycanın və Rusiyanın müxtəlif şəhərlərində təşkil olunan sosial-mədəni tədbirlər cəmiyyətlərimiz arasında inteqrasiyanın göstəricisidir. O cür tədbirlər Sankt-Peterburqda da tez-tez keçirilir. Bu isə iki ölkə və xalq arasında inteqrasiya proseslərini sürətləndirir.
Azərbaycan-Rusiya münasibətlərindən danışarkən, ildən-ilə genişlənən iqtisadi əlaqələri qeyd etməmək mümkün deyil. Rusiya ilə Azərbaycanı xalqlarımızın ümumi tarixi, əvəzsiz siyasi, iqtisadi və mənəvi potensialı sıx birləşdirir. Həyat da göstərdi ki, Rusiyanın Azərbaycana, Azərbaycanın da Rusiyaya ehtiyacı var. Hazırda bu iki müstəqil ölkənin münasibətləri tərəflərin qarşılıqlı maraqlarına əsaslanan işgüzar, praqmatik xarakter alıb.
– İki ölkə prezidentlərinin Soçi görüşündən sonra Rusiya şirkətlərinin Azərbaycanda neft sektorundan tutmuş aqrar sahəyə qədər müxtəlif layihələr həyata keçirəcəkləri bildirilir. Sizin şirkətin o layihələrdə iştirakı nəzərdə tutulur?
– Rəhbəri olduğum şirkət hələ ki həmin layihələrdə iştirak etmir. Azərbaycandan xaricdə yaşayan iş adamları ölkə iqtisadiyyatına ciddi sərmayə qoyurlar. Hazırda Azərbaycanda kifayət qədər münbit və əlverişli investisiya mühiti mövcuddur. Bunu nüfuzlu beynəlxalq maliyyə qurumları da etiraf edirlər. İş adamı olaraq, mənim üçün Azərbaycanda investisiya qoymağa ən cəlbedici sahərə neft, sənaye və aqrar sektorlardır.
– Sanksiyalarla əlaqədar yaranmış iqtisadi böhran və neftin ucuzlaşması fonunda əsasən, maşınqayırma və tikinti üzrə ixtisaslaşmış şirkətləriniz necə fəaliyyət göstərir? Sanksiyaların sizin şirkətlərə ziyanı dəyib?
– Bizim şirkətimiz ştat rejimində işləyir və xoşbəxtlikdən yeni sanksiyaların mənfi təsirini hiss etməmişik. Ümid edirəm ki, gələcəkdə də iqtisadi zərərlə üzləşmədən uğurlu fəaliyyətimizi davam etdirəcəyik.
– Rusiyada hansı yeni iqtisadi layihələri həyata keçirməyi planlaşdırırsız? Ekspertlər belə hesab edirlər ki, Qərbin iqtisadi sanksiyaları və Rusiya hökumətinin cavab addımları Rusiyalı istehsalçılara geniş imkanlar yaradır. Bu barədə nə deyə bilərsiz?
– İndiki şəraitdə Rusiya ərazisində tikinti sahəsində inkişaf layihələrinin həyata keçirilməsini planlaşdırırıq. Şirkətimizin Rusiya iqtisadiyyatına, müxtəlif sahələrə kapital qoyuluşu davam etdirilir.
– Bildiyimiz qədər, sizin holdinq və əksər müəssisələriniz Rusiyanın Avropaya “dəniz qapısı” sayılan Sankt-Peterburqda və Leninqrad vilayətində yerləşir. Orada fəaliyyət göstərmək şirkətlərə hansı üstünlüyü verir? Axı əksər şirkətlər öz ofislərini Piterdən Rusiyanın işgüzar mərkəzi olan Moskvaya köçürürlər. Bu məsələdə Piter və Moskva hansı cəhətlərinə görə bir-birini üstələyir, yaxud da geri qalır?
– Mən deyərdim ki, bu məsələdə Peterburqun Moskva ilə müqayisədə müəyyən üstünlükləri var. Bu sırada Peterburqun sabit iqtisadiyyatını və biznes fəaliyyətini tənzimləyən liberal qanunvericiliyini göstərə bilərəm. Bundan başqa, Peterburq həm də müxtəlif innovasiya istehsalının və ixtisaslı işçi qüvvəsinin böyük olduğu mərkəzlərdən biridir. Digər tərəfdən, Piter dünya mədəniyyət və incəsənət mərkəzlərindəndir. Bu amil də qiymətləndirmə zamanı nəzərə alınan mühüm faktorlardan biri sayılır. Ancaq Rusiyanın ən böyük şəhəri olan Moskvanın imkanlarını əlbəttə ki, unutmaq olmaz.
– Xeyriyyəçi kimi tanınsaz da, mətbuatda bununla bağlı fəaliyyətinizə toxunulmur. Əksəriyyət bilir ki, gördüyünüz xeyriyyə işləri barədə danışmağı və özünüzü reklam etməyi xoşlamırsız. Gəlin sizin fəaliyyətinizlə maraqlanan oxucularımız üçün bir istisna edək. Çoxları sizin ədəbiyyata, mədəniyyətə və incəsənətə münasibətinizi, mənəvi dəyərlərə qarşı həssaslığınızı bilir. Sizin maddi yardımınızla Peterburqda bir çox tarixi abidələr, kitab evləri, kilsələr, uşaq evləri təmir və restovrasiya edilib. Başqa hansı xeyriyyə layihələrini maliyyələşdirmisiz?
– Muxtariyyatın himayəsi altında artıq neçə ildir ki, dərslərin bazar günü keçirildiyi Azərbaycan məktəbi, “Çinar” uşaq rəqs ansablı fəaliyyət göstərir, “Azəri” qəzeti nəşr olunur, konsertlər, yaradıcılıq axşamları, idman yarışları, maraqlı insanlarla görüşlər keçirilir. Sankt-Peterburqdakı Azərbaycan diasporu təmsilçilərinin dəstəyi ilə XII əsr böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli ucaldılıb. Eyni zamanda, bu dəstək sayəsində Sestroretsk şəhərində sovet idmançısı, futbolçu və xokkeyçi Vsevolod Bobrovun heykəli qoyulub, A.Vəkilovanın “Blokadadakı Leninqradda Nizaminin yubileyi” və Süleyman Əlisanın “Neva sahillərində görüşlər” kitablarının nəşrinə dəstək verilib.
* “Müharibə uşaqları” abidəsi qoyulub.
* Kronştadt Soborunun bərpasına dəstəyimizə görə Patriarx Kiril tərəfindən şərəf və şöhrət ordeni ilə təltif olunmuşuq.
* Bizim təşəbbüsümüzlə Sankt-Peterburq qubernatorunun yanında və müvafiq komitələrdə “Əmək miqrantlarının problemi” mövzusunda müşavirə keçirilib.
* Bu ilin may ayında bizim maddi dəstəyimizlə Bakıdakı Rus Mədəniyyət Mərkəzi təmir olunub. Mərkəzin açılışında Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri V.S.Makarov iştirak edib.
* Bizim diaspor Azərbaycan və Rusiyada keçirilən prezident seçkilərindəfəal iştirak edib. Bu çərçivədə vilayətin və şəhərin 13 rayonunda ziyafətli pulsuz konsertlər təşkil etmişik. Ulduzların iştirakı ilə 25 min nəfərin qatıldığı pulsuz konsert və retro-avtomobillərin sərgisini təşkil etdiyimizə görə Rusiya Prezidentindən təşəkkür məktubu almışıq.
Muxtariyyatın Şurası həmçinin tematik axşamlar, tanınmış insanlarla görüşlər, mini-futbol, şahmat və güləş yarışları təşkil edir. Bir çox festivalların qalibi olan “Çinar” uşaq rəqs ansamblı isə ildən ilə daha da inkişaf edir.
Hər il mühüm tarixlərin qeyd olunmasına xüsusi diqqət yetiririk: 1990-cı il 20 Yanvar hadisələri, 1992-ci il Xocalı Soyqırımı, 1991-ci il 18 oktyabr Müstəqillik Günü, 1993-cü il Qurtuluş Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz Bayramı ilə bağlı tədbirlər təşkil olunur.
Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyatının nəzdində Azərbaycan Gənclər İttifaqı fəaliyyət göstərir. Həmin Mərkəzin fəalları tərəfindən də müntəzəm olaraq müxtəlif mövzularda geniş tədbirlər keçirilir. Mərkəzin fəalları təcili müalicəyə ehtiyacı olan uşaqlar üçün ianə kampaniyasında da fəal iştirak edirlər.
– Bir qədər də Rusiyadakı Azərbaycan diasporu haqqında danışardız… Heç kəsə sirr deyil ki, Piterdəki Azərbaycan diaspora təşkilatlarının Rusiyadakı digər qurumlarımızdan daha güclü və monolit olmasının əsas səbəbi sizin və Sankt-Peterburqdakı həmkarlarınızın birliyi qoruya bilməyinizdir. Burada əlbəttə ki, sizin nüfuzunuz və qazandığınız hörmətin rolu həlledicidir. Ancaq təəssüf ki, Rusiyadakı başqa diaspor təşkilatları parçalanmadan qaça bilmədilər. Sizcə, Rusiyadakı Azərbaycan diasporunun əsas problemi nədir? Bu problem şəxsiyyətlə bağlıdır, yoxsa başqa səbəblər var?
– Mən hesab etmirəm ki, bizim Rusiyadakı diasporumuzun hansısa problemi var. Çünki hər bir təşkilat həyata keçirdiyi mədəni, maarifçilik və Rusiyanın digər xalqları ilə inteqrasiya yönündə fəaliyyətini özü müəyyənləşdirir. Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu yüksək səviyyədə tanınmış şəxsiyyətdir və o, tək Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində deyil, həmçinin Moskvada və Rusiyanın digər regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarımızın bir arada olmalarında çox böyük rol oynayır.
Qafqaz Ömərov
www.yenicag.az
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 2024 12:54
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 2024 20:59
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 2024 20:40
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 2024 18:42
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 2024 16:47
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 12:54
- Azərbaycana yaz gəlir: 20 mart, saat 07:06
18 mart 12:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 12:38
- Putin 87,32 faiz səslə liderdir - Yenilənir
18 mart 09:25
- Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü
17 mart 21:58
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 20:59
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 20:48
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 20:40
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 19:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 18:42
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 18:24
- OBA marketdən alınan şirniyyatdan qurd çıxdı - FOTO/VİDEO
17 mart 17:55
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 17:24
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 16:58
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 16:47
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 16:20
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 15:55
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:45
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 15:30
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:20
- Dövlət Baxçalıdan Ərdoğana ÇAĞIRIŞ
17 mart 14:36
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 14:29
- Tramp - Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək
17 mart 14:13
- Kosmosda restoran - Bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO
17 mart 14:06
- Sumqayıtda TANK MƏRMİSİ haradandır, cənablar ? - FOTO/VİDEO
17 mart 13:46