Qatil olduğu əsla sübuta yetirilməyən Lizzi Borderin həyat hekayəsi (FOTOLAR)
1892-ci ilin avqustunda ABŞ-ın Massaçuets ştatında dəhşətli qətl törədilir. Əyalətin ən zəngin insanlarından olan Endryu və həyat yoldaşı Ebbi Borden evlərində başları balta ilə yarılmış halda tapılır. Hadisənin birinci dərəcəli şübhəlisi isə Endryunun birinci həyat yoldaşından olan qızı Lizzi Borden idi...
Qaynarinfo bu vaxta qədər üstü açılmamış cinayətin və şübhəli Lizzi Bordenin qəribə hekayəsini sizə təqdim edir: Anasını kiçik yaşlarında itirən Lizzi atası Endryu, ögey anası Ebbi, bacısı Emma və evin xidmətçisi Bricit Sallivan ilə birlikdə yaşayırdı. Yaşına görə "evdə qalmış qız" münasibəti görən Lizzi atasının xəsisliyi ucbatından böyük sıxıntı çəkirdi. Qonşuları Lizzi və Emmanın halına acıyır, onlar isə pulları az olsa belə rahat həyat sürən qonşularına qibtə edirdilər. Lizzi başqalarına aid olan şeyləri götürmək istəyirdi. Belə ki, son zamanlarda getdiyi dükanlardan xırım-xırda şeylər oğurlamağa başlamışdı.
Lizzi kleptoman (Kleptomaniya və ya Oğurluq - Ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur) idi, amma düşündüyünün əksinə atası bunun fərqində idi. Onun oğurladığı şeylərin pulunu hər ay atası ödəyirdi. Borden xüsusilə qəsəbənin ən böyük dükanından oğurluq etməyi sevən qızının bu hərəkətini onun üzünə vurmur və oğurladığı hər şeyin qəbzinin ona göndərilməsini istəyirdi. Endryu cəmiyyət tərəfindən çox da sevilmirdi. Bunun da səbəbi xəsis olması idi. Buna baxmayaraq o, Lizzinin oğurluqlarının üstünü örtməyə çalışır və bundan heç kimə bəhs etmirdi. Lakin qızına belə qayğı ilə yanaşan ata evinin ehtiyaclarını görməzlikdən gəlir və ibtidai şərtlərlə yaşamağa davam edirdi. Təqaüdçü iş adamı olan Endryu Bordenin evlərindən savayı azı 500 min dollarlıq sərvəti vardı. Lakin onun evi sökülüb-tökülürdü, hətta evdə tualet belə yox idi. Artıqlar vedrələrə yığılır və sonra da çölə atılırdı. Lizzi və Emma isə bu vəziyyətdən çox narahat idilər. Onlar daha yaxşı yaşaya biləcəkləri halda belə bir vəziyyətdə olmalarını heç cür qəbul edə bilmirdilər. Bu səbəbdən ataları ilə tez-tez dalaşırdılar. Bir dəfəsində dava o qədər böyümüşdü ki, qızlar evi tərk etmiş və uzun müddət geri dönməmişdilər. Cinayətdən öncə evdə böyük bir oğurluq hadisəsi baş vermişdi. Hadisə Lizzi, Emma və Bricetin evdə olduğu vaxtda olmuş və oğru heç kimin xəbəri olmadan 50 min dollar və zinət əşyalarının bir qismini götürərək qaçmışdı. Hadisənin günün günorta çağı baş verməsi, bütün diqqətləri Lizziyə yönəltmişdi. Lakin Endryu yenə hadisənin üstünü ört-basdır edərək, oğurluğun düşmənləri tərəfindən edildiyini deyib, məsələni bağlayır. Cinayətdən 2 gün öncə yenə qəribə hadisə yaşanır. Avqustun 2-də qarın ağrısı ilə yatan Endryu və yoldaşı Ebbi kiminsə onları zəhərlədiyini iddia edərək, evə həkim çağırırlar. Lakin həkim bu iddianı ciddəyə almır və böyük ehtimalla ucuz yeməklər səbəbindən qida zəhərlənməsi olduğunu düşünür. Həmçinin Bordenləri müayinə edən həkim də zəhər izinə rast gəlməyib. Hadisənin ertəsi günü Lizzi əczəxanaya gedib, böcək dərmanı olaraq istifadə etmək üçün borik turşusu istəyir, lakin əczaçı onun istəyini yerinə yetirmir. Elə Lizzini cinayətin birinci dərəcəli şübhəlisinə çevirən səbəblərdən biri də bu idi. Çünki onun ailəsini zəhərləmək istədiyini düşünmüşdülər. Avqustun 3-də Lizzinin dayısı Con Morse Bordenlər ailəsini ziyərətə gəlir. O, Endryu Borden ilə iş danışmaq və Borden ferması ilə bağlı onunla məsləhətləşmək istəyirdi. Həmin günün axşamı Lizzi qonşusu Alisi görməyə getmiş və evin ətrafında şübhəli şəxslərin olduğundan bəhs etmişdi. O, kimlərinsə atasına zərər verməsindən qorxurdu. Cinayət günü Con və Endryu erkən saatlarda çölə çıxmışdılar. Evdə isə Ebbi, Bricet və Lizzi qalmışdı. Ebbi və Bricet təmizliklə məşğul olur, Lizzi isə otağında oturmuşdu. Ebbi Bricetə çölə çıxıb şüşələri silməsini söyləyib, onu yollamışdı. Bricet təxminən 1 saat orada qalmışdı. Endryu 11 radələrində evə qayıdır. Qapını xidmətçi Bricet açır və o ərəfədə yuxarıdan gülüş səsləri eşidirmiş kimi olur. Aşağı enən Lizzi ögey anasının harada olduğunu soruşan atasına xəstə bir rəfiqəsini görmək üçün getdiyini deyir. Bundan sonra o, balıq ovlamaq üçün lazımlı avadanlıqları götürmək üçün əl evinə gedir. Qayıdanda isə tükürpədici hadisə ilə qarşılaşır. Atası başı parçalanmış vəziyyətdə divanda yatırdı. Lizzi qışqıraraq, otağında istirahət edən Briceti çağırır, qonşulara və polisə xəbər verirlər. Bu hadisənin ardından isə Ebbinin cansız bədəni otağından tapılır. İki cinayət arasında 2 saat vaxt var idi. Cinayət silahı isə baltaydı. Evin zirzəmisində sapı qırılmış bir balta tapılır, lakinin onun cinayət silahı olub olmaması dəqiq deyildi. Cənazə mərasimindən sonra Lizzi həbs olunur. Çünki bütün dəlillər onu göstərirdi. İddia etdiyi kimi Ebbiyə çağırış gəlməmişdi və gəlsə belə ortada dəlil yox idi. Birdən-birə balıq tutmağa həvəslənməsi də şübhələri artırırdı. Həmçinin həm atasının, həm də ögey anasının evdə olduğu saatlarda təkcə Lizzi onlarla bərabər idi. Atası və ögey anası ilə münasibətləri də məlum idi. Lakin Lizzi cinayətlə heç bir əlaqəsi olmadığını söyləyir. Özünü məhkəmədə müdafiə etməsi üçün şəhərin ən məşhur iki vəkilini tutan Lizzi bir anda mətbuatın da diqqət mərkəzinə düşür. Qonşusu Alis Rassel ifadəsində Lizinin cinayətdən 3 gün sonra üzərində qırmızı ləkələr olan mavi bir donu yandırdığını söyləyir. İstintaq materiallarına görə, bu Lizzinin cinayət günü geyindiyi libas idi. Lakin nə Lizzinin kleptoman olması, nə atası ilə münasibətləri, nə də hər kəsin gözü önündə yandırdığı və cinayət günü üzərində olmayan o mavi don yetərli dəlillər deyildi. Çünki Lizzi qatil idisə, geyimi nə üçün gizlincə deyil, hamının gözü önündə yandırmışdı. Bu, heç bir məntiq sığmırdı. O, ifadəsində geyimin boyalı olduğunu və rəngi çıxmadığı üçün yandırdığını söyləmişdi. Həmçinin Alisin qatı katolik olduğunu və məhkəmədə yalan söyləyə bilməyəcəyini də bilirdi. Bunu bilə-bilə onun gözü önündə bu şeyi etməsi məntiqli deyildi. Cinayət silahı da sübut deyildi, çünki baltanın sapı olmadığından barmaq izləri müəyyən edilə bilmirdi. Lizzi məhkəmə müddətində bir çox insandan dəstək görür. İnsanlar onun günahsız olduğunu və sərbəst buraxılmasını istəyirdilər. Daha sonra məhkəmə Lizzinin günahsız olduğuna dair qərar qəbul edir. Buna ilk ifadəsində yanında vəkilinin olmaması və bütün ifadələrinin təxminən eyni olması təsir etmişdi. O, ömrünü valideynlərindən miras qalan sərvətlə başa vurur və bir hissəsini də heyvanları mühafizə dərnəklərinə bağışlayır. Cinayəti kimin törətdiyi isə hələ də məlum deyil.
Çingiz Səfərli
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 2024 10:44
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41