“100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram”
Şəhid ailələrinin problemləri yenidən Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Oktyabr ayının ortalarından bəri təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Prezident Administrasiyasının binaları qarşısında aksiya keçirirlər. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatın ödənilməməsindən şikayət edirlər.
Reyting.az-ın məlumatına görə, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun və Dünya Azərbaycanlıları İttifaqının Prezidenti Fizuli Məmmədov bu narazılıqları məyyusedici hal kimi qiymətləndirib.
O, azunion.org saytında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci ildən 2 avqust 1997-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyü üçün ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında fərman imzalayıb. Birdəfəlik ödəmələrin verilməsinə 9 oktyabrdan başlansa da, bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilib.
F. Məmmmədov hesab edir ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə Azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər: “Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Buna görə də hamımız bu qadınlar qarşısında borcluyuq”.
F. Məmmədov qeyd edib ki, biznes nümayəndələri vətənpərvərlik nümayiş etdirməli və şəhid ailələrinin problemlərinin həllində fəal iştirak etməlidirlər. “Bunun üçün Azərbaycan hökuməti şəhid ailələrinə təzminatların ödənilməsi problemini həll etmək məqsədilə imkanlı azərbaycanlı iş adamlarını cəlb etmək üçün sərəncam verməlidir. Şəxsən mən bu problemin həllində fəal şəkildə iştirak etməyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə övladlarını itirmiş 100 şəhid anasına 11 min manatdan ödəmə etməyə hazıram. Hər bir şəhid anası mənim üçün doğmadır, anam və bacımdır, onlara maddi kömək göstərməyə hazıram”.
Tanınmış iş adamı Azərbaycanın vətənpərvərlərinə, ilk növbədə imkanlı iş adamlarına müraciətində bildirib ki, ondan nümunə götürsünlər və digər şəhid ailələrinə də kömək etsinlər.
“Qarabağ müharibəsi - yalnız şəhid ailələrinin ağrısı deyil, bütün Azərbaycan xalqının dərdidir və hamımız bu yaranı sağaltmalıyıq”,-deyə F. Məmmədov müraciətində vurğulayıb.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41