“Məqsəd məmur kimi məni nüfuzdan salmaqdır”
“Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya xarici ölkələrə üz tutub anti-Azərbaycan qüvvələrin nəzarəti altında öz dövlətinə qarşı mübarizə aparan ünsürlərin heç bir reallığa uyğun gəlməyən iddialarına artıq adət edib və tam səmimi demək olar ki, artıq buna əhəmiyyət də vermir. Lakin düşünürəm ki, bəzi hallarda onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar”.
“Qafqazinfo” xəbər verir ki, bunu prezidentin köməkçisi Əli Həsənov facebook səhifəsində yazıb. O, qeyd edib ki, tam məsuliyyəti ilə bildiririr ki, özünü “hüquq müdafiəçisi” adlandıran və hər açıqlaması ilə mənəvi-əxlaqi durumunun son dərəcədə acınacaqlı olduğunu nümayiş etdirən Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı baş vermiş hadisənin hakimiyyətlə və şəxsən onunla bağlamaq cəhdləri növbəti ucuz şoudur: “Kiminsə təhqir olunması mənim nə rəsmi statusuma, nə əxlaqıma və mənəviyyatıma, nə psixi-əqli durumuma, nə də ki hansısa formada ictimai maraqlarıma uyğun deyil. Şübhəsiz, bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır. Məqsəd, bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır. Çünki mənim nüfuzum və cəmiyyətdəki reputasiyam mövcud iqtidarın informasiya siyasətinin və təbliğatının ictimai yükünə və effektivliyinə birbaşa təsir göstərir.
Ancaq son faktı əsas götürərək diqqət etmək lazımdır ki, bu iddiaları irəli sürənlər kimlərdir və məqsədləri nədir?! Azər Kazımzadə adlı şəxs xarici ölkələrdə fəaliyyət göstərən və etnik separatizm toxumu səpməyə çalışaraq Azərbaycan dövlətçiliyinə və milli birliyimizə həmişə sədaqət nümayiş etdirmiş talış xalqını çaşdırmaq istəyən Əlikram Hümbətov, İsmayıl Şabanov, Fəxrəddin Abbaszadələrin dəyirmanına su tökənlərdən biridir. Onun və digər bu kimi ünsürlərin milli hisslərini, mənəvi-əxlaqi keyfiyyətlərini tam itirdiyinə heç bir şübhəm yoxdur. İşğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərə və yaxud xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllallarına Azərbaycan cəmiyyətinin münasibəti barədə yazmağı isə artıq hesab edirəm.
Mən heç vaxt onların iddialarına, mənə qarşı irəli sürdükləri barmaqdansorma ittihamlarına onların əxlaqına uyğun formada cavab verməmişəm və bundan sonra da belə bir fikrim yoxdur. Həmişə hesab etmişəm ki, siyasətdə qeyri-etik davranış, mənəviyyatdan kənar ifadələr, yalan, təhqir, şantaj heç kimə, o cümlədən mənim siyasi silahdaşlarıma heç bir xeyir gətirməz. Bu yolu tutanlar heç vaxt cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə bilməzlər. Onların etdikləri isə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir və bu artıq heç kimə sirr deyil.
Buna görə də əminəm ki, xarici ölkələrdə gizlənərək mənim xalqıma, dövlətimə, ölkə başçısına və onun ailəsinə, məmur və ziyalılarmıza, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimiləri qanun qarşısında cavab verməlidirlər”.
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 2024 20:59
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 2024 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 2024 19:38
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 2024 18:42
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 09:44
- Bu gün İlaxır çərşənbədir
19 mart 09:30
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 12:54
- Azərbaycana yaz gəlir: 20 mart, saat 07:06
18 mart 12:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 12:38
- Putin 87,32 faiz səslə liderdir - Yenilənir
18 mart 09:25
- Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü
17 mart 21:58
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 20:59
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 20:48
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 20:40
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 19:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 18:42
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 18:24
- OBA marketdən alınan şirniyyatdan qurd çıxdı - FOTO/VİDEO
17 mart 17:55
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 17:24
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 16:58
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 16:47
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 16:20
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 15:55
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:45
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 15:30
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:20
- Dövlət Baxçalıdan Ərdoğana ÇAĞIRIŞ
17 mart 14:36
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 14:29
- Tramp - Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək
17 mart 14:13