Azərbaycan Dillər Universitetində nələr baş verir?!
Son günlər redaksiyamıza Azərbaycan Dillər Universitetində baş verən qanunsuzluqlarla bağlı həm imzalı, həm də imzasız məktublar daxil olur. Müraciətlərdə universitetə yeni təyin olunan rektor Kamal Abdullaya qarşı ciddi ittihamlar səsləndirilir, ali təhsil ocağının intriqa məkanına çevrildiyi, təhsilin keyfiyyətinin günbəgün aşağı düşdüyü qeyd olunur.
Virtualaz.org xəbər verir ki, 50 ilə yaxın universitetin kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Elmira Baxşəliyeva tərəfindən yazılan, həmçinin ölkə prezidentinə də ünvanlanan açıq məktubda bildirir ki, onu şantaj və təhdid yolu ilə iş yerindən uzaqlaşdırmağa çalışırlar.
Məktubda həmçinin universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının müxtəlif vəzifələrə təyin edildiyi qeyd olunur. Şikayətçinin sözlərinə görə, universitetdə çoxsaylı yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələrə savadsız, təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərə verilir.
“Yaşadığım problemin əsas səbəbi universitetdə yerlərinin boşaldılması, müəssisədə vəzifələrin satılmasıdır. Kamal Abdullayevin rektor təyin olunandan bəri ADU-ya 200-dən artıq işçi qəbul edib. İşə qəbul olunanların nə peşəkarlıq keyfiyyətləri, nə də ki ixtisasları universitetin profilinə uyğun gəlmir. Xarici dil müəllimi hazırlayan universitetdə hazırda dil mütəxəssislərinin sayı nisbi götürüldükdə tədricən azalmaqdadır. Universitetdə hökm sürən qeyri-sağlam mənəvi-əxlaqi mühit, universitet işçiləri arasında ayrı-seçkilik insanları de-motivasiya edir”-şikayətçi bildirir.
E. Baxşəliyeva qeyd edir ki, universitetin təmiri məqsədilə keçən tədris ilində 650 min manat, cari tədris ilində isə 400 min manat xərcləndiyini rektor iclaslarda dəfələrlə qeyd etsə də, kollektiv əsaslı təmirin və təchizatın olmamasına şahiddir.
“Universitetin bütün korpuslarında insan sıxlığından nəfəs almaq artıq mümkün deyil. Vəzifələri hərraca çıxaran Kamal Abdullayev yerini boşaltmaq istədiyi işçiyə əvvəl hədə qorxu gəlir, alınmadıqda şər böhtan atır, bu niyyəti də baş tutmadıqda komissiyalar təşkil edir. Köhnə partokrat olaraq komissiya üzvlərinə təzyiqlər göstərir, zavallı əməkdaşlar çıxılmaz vəziyyətdə qalaraq illərlə yoldaşlıq etdikləri iş yoldaşlarına qarşı qurama fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Hazırda universitetin yüksək rütbəli əməkdaşlarının fəaliyyəti insanlar arasında qarşıdurma yaratmaqdan ibarətdir”, – deyə müraciətdə qeyd olunur.
E. Baxşəliyevanın sözlərinə görə, yeni rektorun Dillər Universitetinə Bakı Slavyan Universiteti və Bakı Multikulturalizm Mərkəzindən gətirdiyi çoxsaylı işçilər ADU-nun kollektivinə yuxarıdan aşağı baxır, bəzən onları ələ salır, bu da onların arasında ikitirəliyin, münaqişələrin yaranmasına yol açır.
Digər məktubda isə ADU-ya Kamal Abdullayevin rektor təyin olunmasından sonra özünə bir neçə müşavir təyin etdiyi qeyd olunur. Bildirilir ki, rektor prokurorluq orqanlarından çıxarılmış Abduləli İsmayılovu icraya nəzarət üzrə müşavir təyin edib. Hansı ki, belə müşavir postunu indiyə qədər nə eşidən, nə görən olmuşdu.
Universitet rəhbərliyinə qarşı ittihamlara cavab almaq üçün ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağa Cəfərli ilə əlaqə saxladıq. O, virtualaz.org-a açıqlamasında universitetin əməkdaşı Elmira Baxşəliyevanın işinin hazırda məhkəmədə araşdırıldığını və ona görə də bu barədə çox danışmaq istəmədiyini dedi.
“Bu xanım işində ciddi nöqsanlara yol verib. Hətta cinayət xarakterli işlər törədib. Hazırda iş məhkəmədə olduğuna görə geniş açıqlama vermək istəmirik. Ancaq onu deyə bilərik ki, bu deyilənlərin hamısı şər və böhtandır. Biz Azərbaycan məhkəməsinin ədalətinə inanırıq və inanırıq ki, bütün həqiqətlər üzə çıxacaq”, – deyə A. Cəfərli bildirib.
Digər anonim məktuba gəlincə isə, universitet rəsmisi onun da böhtan və həqiqətə uyğun olmayan iftiralarla dolu olduğunu deyib . Qeyd edib ki, rektorun bu və ya digər sahə üzrə müşavir təyin etməyə və ya onu işdən çıxarmağa səlahiyyəti var.
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 2024 12:54
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 2024 20:40
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:45
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:20
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- SOCAR Lukoil-dən pul alıb ABŞ banklarına olan 1.3 milyard borcunu ödədi
17 mart 2024 12:27
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 09:44
- Bu gün İlaxır çərşənbədir
19 mart 09:30
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 12:54
- Azərbaycana yaz gəlir: 20 mart, saat 07:06
18 mart 12:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 12:38
- Putin 87,32 faiz səslə liderdir - Yenilənir
18 mart 09:25
- Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü
17 mart 21:58
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 20:59
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 20:48
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 20:40
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 19:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 18:42
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 18:24
- OBA marketdən alınan şirniyyatdan qurd çıxdı - FOTO/VİDEO
17 mart 17:55
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 17:24
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 16:58
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 16:47
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 16:20
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 15:55
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:45
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 15:30
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:20
- Dövlət Baxçalıdan Ərdoğana ÇAĞIRIŞ
17 mart 14:36
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 14:29
- Tramp - Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək
17 mart 14:13