“Müştərinin tələblərinə uyğun təkliflərin hazırlanması “Nar”ın əsas strategiyasıdır”
“Nar”-ın növbəti il üçün qarşısına qoyduğu əsas məqsədlərdən biri müştərilərin tələblərinə uyğun təkliflərin hazırlanması, müştərilərə ən sürətli internet təklif etmək üçün həcmi artırmaq, eyni zamanda bölgələrdə 4G şəbəkəsinin əhatə dairəsini daha da genişləndirməkdir”.
NUH.az xəbər verir ki, bunu “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke İctimai TV-yə geniş müsahibəsində deyib. O, bundan sonra da “Nar”-ın bütün təkliflərinin müştərilərin arzu və istəklərinə əsaslanacağını bildirib: “Bu o deməkdir ki, daha sərfəli paketlər, xüsusilə də internet paketləri təklif edəcəyik. Məsələn, müştərilərə təklif edəcəyimiz internet paketinin köməyilə onlar daha sürətli internet çıxışına sahib olacaqlar. Təqdim etdiyimiz xidmətlərin abunəçilər, müştərilər üçün əlçatan olması ümumi strategiyamızın ən müsbət cəhətlərindəndir. Şəbəkə səviyyəsi, qiymətlərin münasib olması “miqyasdan qənaətə” səbəb olduğu üçün növbəti dəfə sərmayə qoymaq imkanımız olur. Bunu elə etmək lazımdır ki, müştərilər tələblərini nəzərə aldığımızı hiss etsinlər”. Qunnar Panke əlavə edib ki, istifadəçi sayını, həcmini artırmaq üçün xidmətlər əlçatan olmalıdır. Buna görə də “Nar”-ın bazar strategiyasının üçüncü sütunu “yaxşı müştəri” və “uyğun təklif paketləri”ndən ibarətdir. 2018-ci il ərzində quraşdırılan baza stansiyaları barədə də ətraflı məlumat verən Qunnar Panke vurğulayıb ki, mobil operatorun əsas strategiyalarından biri Azərbaycanın ən ucqar kəndlərini də şəbəkə ilə təmin etməkdir. Qeyd edək ki, baş icraçı direktor Qunnar Panke müsahibəsində “Nar”-ın qarşıda duran məqsədləri, yeni məhsulları, şəbəkəsini daha da genişləndirməsi istiqamətindəki planları, mobil operatorun ən yeni texnologiyalarının bölgələrdə istifadəsi, eyni zamanda Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühiti barədə ərtaflı danışıb. Müsahibənin tam videosuna aşağıdakı keçiddə baxmaq olar: https://www.youtube.com/watch?v=suHYE5EzLS0&feature=youtu.be “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22