BSU-da Azərbaycan təhsilində dəyərlər sistemi mövzusunda elmi konfrans keçirilib
BSU-da Azərbaycan təhsilində dəyərlər sistemi mövzusunda elmi konfrans keçirilib
22 dekabr 2018-ci il tarixdə Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsilində dəyərlər sistemi” mövzusunda tələbə və magistrantların respublika elmi konfransı keçirilib. Konfransı BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq 2018-ci ilin bütövlükdə kollektiv üçün uğurlu olduğunu, tədris prosesinin keyfiyyətcə yüksəldiyini, universitetin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. O,Ümummilli Lider Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə yaradılmış Bakı Slavyan Universitetinin müstəqil Azərbaycan dövlətinin təhsil siyasətinin həyata keçirilməsində, sağlam mənəvi mühitin yaradılmasında, gənclərin vətənpərvərlik və patriotizm ruhunda tərbiyəsində mühüm rol oynayan ali təhsil ocaqlarından biri olduğunu qeyd edib.
R.Novruzov BSU-nun slavyan ölkələri ilə, o cümlədən Türkiyə Cümhuriyyəti, Yunanıstan Respublikası ilə Azərbaycanın əlaqələrinin genişlənməsində fəal rol oynadığını bildirib. O, bu günlərdə BSU-da 12 ölkənin səfirinin iştirakı ilə keçirilən “ Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” adlı dəyirmi masanın ölkələrimiz arasında sülh və əməkdaşlığa xidmət etdiyini bildirib. O, hazırki elmi konfransı tələbə və magistrantların aktual problemlərə münasibəti kimi dəyərləndirib. R.Novruzov gənclərə üzünü tutaraq hər bir insanın cəmiyyətə fayda verməsi üçün təhsil və elmdən başqa yol olmadığını bildirib. O, Məhəmməd peyğəmbərin “Beşikdən qəbr evinədək öyrənin!” kəlamının bəşəriyyətin cəhalətdən çıxmasında mühüm rol oynadığını vurğulayıb.
Sonra söz çıxışçılara verilib. Bakı Slavyan Universitetinin müəllimi Qənirə Kazımova “Müəllim şəxsiyyəti və pedoqoji dəyərlər”, Həmidə Abdullayeva “Ailə dəyərləri və şəxsiyyətin formalaşmasına onun təsiri”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Könül Mollayeva “Şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına təsir edən amillər” mövzusunda çıxış ediblər.
Sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına həsr olunmuş dəyirmi masa keçirilib.
Konfrans öz işini “Rus dili və onun tədrisi metodikası”, “Azərbaycan dili və onun tədrisi metodikası”, “Ədəbiyyatın öyrənilməsinin təhsildə əhəmiyyəti”, “İbtidai və məktəbəqədər təhsil problemləri”, “Pedaqogikanın müasir problemləri”, “Psixologiya müasir təhsil sistemində”, “Təhsildə informasiya texnologiyalarından
istifadə məsələləri” adlı bölmələrdə davam etdirib.
BSU-nun Mətbuat Xidməti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31