İki deputatın adı keçən qalmaqal: 26 yaşlı gənci həbsə yollayırlar
Kriminal11 yanvar 2019 13:12
Ötən gün mətbuatda Mingəçevir şəhər məhkəməsi, Ələkbər Hüseynovun hakimliyi ilə 7NEWS.az saytının bölgə müxbiri Yusubov Mirzə Üzeyir oğluna qarşı irəli sürülən həbs ittihamı ilə bağlı yazı dərc olunub. Yazıda qeyd olunurdu ki, Mirzə Yusubovun atası Üzeyir Yusubov (rəhmətə gedib) millət vəkilləri Azər Kərimli və Rüfət Quliyevlə birlikdə karyer işlədiblər. Üzeyir Yusubov rəhmətə gedəndən sonra onun pay hissəsi avtomatik olaraq onun həyat yoldaşına keçib. Bundan sonra anasının təkidi ilə oğlu, 26 yaşlı Mirzə Yusubov karyerin direktoru təyin olunub. Amma bu təyinat daha çox formal xarakter daşıyıb.
Ötən il isə müəssisədə yoxlamalar başlanıb, nəticədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəsisəyə 80 min manata yaxın cərimə yazıb. Maraqlıdır ki, hakim Ələkbər Hüseynovun və dövlət ittihamçısı Vidadi Cabbarovun iştirakı ilə keçirilən məhkəmədə şirkətə deyil, şəxsə cərimə kəsilib. Əgər cərimə şirkətə kəsilərsə, yuxarıda adıkeçən millət vəkillərinin yaxınlarının (Mustafayev Səbuhi Yusif oğlu və Quliyev Adil Qulu oğlu) adlarına rəsmiləşdirilən pay sahibləri- təsisçilər də cəriməyə məsul olardılar. Amma məhkəmə hər şeyi 26 yaşlı gəncin üzərinə yükləyib, üstəlik dövlət ittihamçısı onun mütləq həbs olunmasın istəyir. M.Yusubov isə artıq cərimənin 14 min manatını ödəyib, yerdə qalanını da hissə-hissə ödəməyə hazırdır. Üstəlik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə rəsmi bildiriş göndərərək, cərimənin hissə-hissə ödənməsinə etiraz etmədiyini bildirib.
Amma nə sirdirrsə dövlət ittihamçısı və məhkəmə cərimənin ödənməsində yox, 26 yaşlı gəncin, həm də ağır ürək xəstəsi olan birinin illah da həbs olunmasında israr edir.
Görünür məsələ cərimə yox, karxananın ələ keçirilməsi, və şəriklərdən birinin sıradan çıxarılmasıdır.
Mövzu ilə bağlı M.Yusubovanın anası da kömək üçün Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb:
Müraciəti oxucularımıza təqdim edirik:
"Hörmətli Mehriban xanım!
Mən Yusubova Dilşad Cahangir qızı dul qadın, üç övlad anası, dörd nəvə nənəsiyəm. Sizin də övladlarınız və nəvələrinizə Tanrıdan uzun və xoşbəxt ömür diləyirəm. Həyat yoldaşım Yusubov Üzeyir Mirzə oğlunun 2010-cu ildə qəfil vəfatından sonra ailənin bütün yükü mənim çiyinlərimə düşdü. Ərimin vəfatından sonra ondan bizə miras qalmış karxanananın yükü də bizim üzərimizə düşdü. Ancaq keçən müddət ərzində karxananın fəaliyyətini düzgün nizamlaya bilmədiyimiz, çoxlu sayda yoxlamaların aparılması və s. səbəblərdən müəssisə ziyanla işlədi və 2016-cı ildə tamamilə fəaliyyətini dayandırdı. Prezidentimiz İlham Əliyevin imzasıyla 2015-ci il noyabrın 1-də Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. 31 oktyabr 2017-ci il tarixdə qüvvəyə minən 845-VQD nömrəli Qanunla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilin yanvarın 1-dək dayandırılırmasından sonra müəssisənin həmtəsisçiləri ilə qərara gədik ki, yenidən müəssisənin fəaliyyətini bərpa edək. Beləliklə, 2017-ci ilin iyun ayının əvvəlində rəsmi fəaliyyətə başladıq. Prezidentimiz 17 aprel 2017-ci ildə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində etdiyiniz çıxışınızda bildirdi ki, "Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”. Lakin bütün deyilənlərə baxmayaraq müəssisənin fəaliyyət göstərdiyi bir il ərzində elə ay olmadı ki, müxtəlif dövlət orqanlarının əsaslı yaxud əsassız yoxlaması olmasın. Bu azmış kimi, Mingəçevir Şəhər Bələdiyyəsi də qeyri-qanuni tələb irəli sürərək müəssisənin bələdiyyəyə 26 min borcunun olması iddiasını irəli sürdü lakin məhkəmədə bunu sübuta yetirə bilmədi. Sonuncu yoxlama Baş Prokurorluq tərəfindən aparıldı və nəticədə oğlum Yusubov Mirzəyə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə 192.1, 213.2.2, 247 və 308.2 –ci maddələri ilə cinayət işi açıldı və müəssisənin fəaliyyəti dayandırıldı. Hal-hazırda Mingəçevir şəhər Məhkəməsində işə baxılır və ittihamçı prokuror Vidadi Cabbarov mənə dedi ki sənin oğluna 4 il yarım iş verəcəm getsin türmədə yatsın. Oğlumu dövlətə 74 min ziyan verməkdə, 100 mindən artıq bələdiyyə vergisindən yayınmaqda ittiham edirlər. Biz dövlətimizin gördüyü tədbirlərə qarşı deyilik. Hər zaman dövləti və dövlətçiliyimizi dəstəkləyirik.
Biz hamılıqla 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verdik. Hər zaman dəstəklədik və dəstəkləyəcəyik. Bu məsələdə də, haqq və ədalətin zəfər qazanması üçün sizdən kömək gözləyirik.
Axı 25 yaşlı Mirzənin günahı nədir.
Onun bircə günahı var. Günahı odur ki, atasından ona karxanın bir hissəsi miras qalıb. Əgər bələdiyyəyə borcu varıydısa necə olur ki Bələdiyyə özü qaldırdığı iddiada 26 min borcdan söhbət gedir sonradan rəqəm şişirdilir olur 100 min. Bu addımlar nə üçün atılır? İnsanların prezidentə və Sizə olan inam və sevgilərini sarsıtmaq üçünmü? Biz əlimizdə ovcumuzda nə qədər pulumuz var idi hamısını, yəni 14 min manatı ödəmişik.
Hətta zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi də, ziyanın hissə-hissə ödənilməsinə etiraz etmədiyini bildirib.
Biz sadəcə vaxt istəyirik.
Ancaq prokuror inadla deyir ki, pulu ödəməsəniz oğlunuzu həbs edəcəm. Əgər bizim imkanımız olsa idi, kredit borcumuzu ödəyərdik, qalmazdı.
Hörmətli Mehriban xanım!
Mən dul, başsız qadının tək yetim oğlu həbs olunacaq. Əgər pozuntuya yol verilibsə niyə müəssisənin bütün payçıları eyni qaydada məsuliyyət daşımır. Məlumunuz olsun ki, deputatlar Rüfət Quliyev və Azər Kərimli də bu karxanada pay sahibidirlər. Onlar da, bərabər şəkildə qazanc götürüblər. Lakin nə işdirsə onlar məsuliyyətdən yayınırlar. Deməli həmişə olduğu kimi zəif, imkansız, əzilmiş insanlar əzab çəkməlidir.
Mənim Sizdən bircə xahişim var. Mən yenə də dilənib dolanıb bu pulu ödəməyə hazıram. Oğlumu həbs etməsinlər. Onun heç bir günahı yoxdur. O heç bir vaxt yüngül belə cinayət törətməyib. Ictimai işlərdə fəaldır, bəzi mətbu redaksiyalarda texniki-müxbir işçi kimi ictimai əsaslarla çalışır. Sizin də bir oğlunuz var. Onu gözünüzün qabağına gətirin. Sadəcə vaxt versinlər bizə, tutmasınlar oğlumu.
Hörmətlə, Dilşad Yusubova”
Oxşar xəbərlər
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 2024 20:59
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 2024 19:38
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 2024 18:24
- Kosmosda restoran - Bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO
17 mart 2024 14:06
- QATİL QOÇ yetişdirmək istəyən genetik həbs olundu
17 mart 2024 13:26
- Atəş açandan sonra yerə tüpürüb keçdi...
16 mart 2024 10:38
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Müəllimin bir şapalağı ilə uşağın canı çıxacaq?! Cəhənnəmə çıxsın!
11 mart 2024 21:31
- Bakcell deputatın şirkətini məhkəməyə verdi – Şirkətin 9,4 milyon vergi borcu da var
11 mart 2024 19:19
Xəbər lenti
- İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
19 mart 16:30
- Ölkənin baş notariusu işdən çıxarıldı (FOTO)
19 mart 16:24
- Bakcell maraqlı paylaşım edib
19 mart 16:12
- Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
19 mart 15:59
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 09:44
- Bu gün İlaxır çərşənbədir
19 mart 09:30
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 12:54
- Azərbaycana yaz gəlir: 20 mart, saat 07:06
18 mart 12:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 12:38
- Putin 87,32 faiz səslə liderdir - Yenilənir
18 mart 09:25
- Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü
17 mart 21:58
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 20:59
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 20:48
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 20:40
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 19:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 18:42
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 18:24
- OBA marketdən alınan şirniyyatdan qurd çıxdı - FOTO/VİDEO
17 mart 17:55
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 17:24
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 16:58
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 16:47
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 16:20
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 15:55
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:45
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 15:30
Video & Fotoqalereya
Video
Fotoqalereya