Azərbaycanlı sahibkarın sözlərinə görə, 2015-ci ildə Türkiyədə qurduqları şirkət vasitəsilə dünyanın 4 ölkəsinə mebel ixrac edirlər:
"Son zamanlar Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişafına göstərilən dəstəyi, xüsusən də cənab prezidentin sahibkarlara dəstəyini, bu sahədə aparılan islahatları gördüyümüz üçün qərara aldıq ki, Türkiyədəki şirkətimizin burada nümayəndəliyini açaq. Bu yaxınlarda isə Türkiyədən ilk məhsularımızı ölkəyə gətirdik. Lakin hazırda gömrükdə malların qiymətləndirilməsi ilə bağlı çox ciddi problemlə qarşılaşmışıq. Bu təkcə bizim qarşılaşdığımız problem deyil, sahibkarların əksəriyyətinin üzləşdiyi problemdir”.
"Ölkəyə daxil olan məhsulun qiyməti ixracatçı şirkətə yerli şirkət (mənşə ölkə) tərəfindən verilən hesab-fakturada qeyd olunur” – deyən, həmsöhbətimiz bildirdi ki, bizim gömrük orqanları da beynəlxalq qaydalara riayət edərək bu qiyməti qəbul edirlər: "Ancaq daha sonra gömrük əməkdaşları məlumat bazasına müraciət edirlər və bildirirlər ki, bizim "bazadakı” qiymət sizin təqdim etdiyiniz qiymətdən yüksəkdir. Elə birinci problem budur. Gömrüyün məlumat bazası imkan vermir ki, sahibkarlar ölkəyə daha ucuz məhsullar idxal etsinlər. Biz buna etiraz etdik. Bundan sonra onlar bazar araşdırması apardılar. Bizim məhsul Azərbaycanda cəmi iki şirkətə satıldığı üçün bazarda yoxdur. Ona görə də girirlər "google” axtarış saytına, firmanın adını və markanı yazıb axtarırlar. İkinci ən böyük problem də elə budur. Axtarışı mənşəyi bilinməyən saytlar üzərindən aparırlar. Baxmırlar ki, bu nə saytdır, nə məqsədlə qurulub. Bizim məhsulun axtarışı zamanı cəm bir sayt tapıblar. Orda mənim 400 dollar qiymət qoyduğum bir malın oxşar modelini tapıblar ki, bu məhsulun qiyməti 24 min 500 lirəyədir. Bu da hardasa 5 min dollara yaxın bir məbləğdir. Sonra həmin məlumatı çıxarıb aparıb qoyurlar Bakı Baş Gömrük İdarəsinin rəisinin qarşısına ki, bəs gətirilən məhsulun qiyməti budur, real qiyməti isə bu. Halbuki belə bir hadisə olarsa, bu birbaşa cinayətdir. Mənə deyir ki, sənin rüsumun 30 faiz qalxmalıdır. O zaman ortaya belə sual çıxır. Əgər sən mənim malımın qiymətini mənşəyi bilinməyən bir veb-saytda 10 dəfə baha görürsənsə, onda niyə təklif edirsən ki, rüsumu 30 faiz artıq ödəyim. Məntiqlə rüsumu da 10 dəfə artırmalıyam axı. Bu məntiqsizliyin səbəbini soruşanda da deyirlər ki, biz sizə hörmət edirik”.
Sahibkar Adil Haqverdiyevin sözlərinə görə, mallar gəldikdən sonra təxminən 10 gün onların tələblərinin əsassız olduğunu izah eləməklə keçirmişəm:
"Hətta onların tapdığı veb-sayta zəng edib danışmışam. Bildirirlər ki, sayta belə bir elanın necə qoyulduğunu xatırlamırlar və hazırda onlarda belə bir məhsul yoxdur. Nəhayət biz Bakı Baş Gömrük İdarəsinin rəisinə məktub yazdıq və bildirdik ki, qiymətləndirmə ilə bağlı gömrük əməkdaşlarının irəli sürdükləri iradlar əsassızdır. Bundan sonra bizə bildirdilər ki, malın qiymətini müəyyən etmək üçün ekspertizaya verməliyik. Halbuki, biz həmin malın qiymətini müəyyən etmək üçün lazım olan bütün sənədləri gömrük orqanına təqdim etmişdik. Üçüncü ciddi problem də ekspertiza ilə bağlıdır. Ekspert gəlib TIR-ın içərisində olan 80 fərqli mebel dəstinin içərisindən sadəcə 2 modelin – bir kreslo və bir divanın şəkilini telefonla çəkərək getdi. Soruşanda ki, siz tək şəkillə bu məhsulun qiymətini necə müəyyən edəcəksiniz. Bildirdi ki, mən mebelin rəngindən onun neçəyə satıldığını tapacam. Yəni, məsələyə qeyri-peşəkar yanaşdılar. Elə ekspertin gəldiyi nəticə də gömrüyün nəticəsi ilə üst-üstə düşdü. Dördüncü ən böyü problem kommunikasiya ilə bağlıdır. Gömrük Komitəsinə gedib problemi deyirsən, bildirirlər ki, bu bizlik deyil Bakı Baş Gömrük İdarəsində həll olunmalıdır. Beşinci ciddi problem savadsız və səriştəsiz kadrların olmasıdır. Altıncı problem isə odur ki, mən bir sahibkar kimi Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşüb problemlərimi ona çatdıra bilmirəm. Mənim malım 20 gündən artıqdır ki, ordadır. Yəqin ki, mənim kimi bir-neçə sahibkar da eyni problemlə qarşılaşıb. Lakin, rəhbərlik bir dəfə də maraqlanmır ki, bunların problemi nədir. Niyə bu mallar 20 gündür burda saxlanılır”. yeniavaz.com
Sahibkar Bakı Baş Gömrük İdarəsini özbaşınalıqda ittiham edir
Günün sitatı19 yanvar 2019 13:04
Bakı Baş Gömrük İdarəsində sahibkarlar üçün süni maneələr yaradılır.
Bu barədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sahibkar Adil Haqverdiyev məlumat verib.

Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya