20 milyona 1 aylıq yol: "Ciddi araşdırılsa, çox adam tutulacaq"
Maqazin22 yanvar 2019 19:05
Deyirlər ki, hər bir xalqın mədəniyyəti yoldan başlayır…
Ölkəmizdə hər il yol infrastrukturunun möhkəmləndirilməsinə, yenidənqurulmasına büdcədən milyonlarla vəsait ayrılır. Çünki yol tikintisi birbaşa gəlir gətirən sahə olmasa da, dolayısı ilə iqtisadiyyatın inkişafına töhfə verir.
Bəs çəkilən yollar istismar müddəti başa çatana qədər qalırmı?
Son 1 ildə paytaxt Bakıda 4-5 dəfə yol çökməsi hadisəsi ilə qarşılaşmışıq. Hətta 1 yolun 2 dəfə çökməsinin belə şahid olmuşuq. Dedik-güldük, əyləndik, kimlərsə posterlər düzəltdi, bəzilərimiz günahı "Azəravtoyol"un apardığı işin keyfiyyətsizliyində, "Azəravtoyol" isə başqa qurumlarda axtardı. Nəysə ki, 3 gün, 1 həftə sonra məsələ yenə unuduldu, yol təzədən təmir olundu və hərəkət öz bərpa edildi.
Amma sevindirici bir xəbər var ki, ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır - 36-cı yerdə. Dünya Qlobal Forumunun apardığı qiymətləndirməyə əsasən, Azərbaycanda çəkilən yolların keyfiyyəti 4,8 bal həcmində dəyərləndirilib. Halbuki, qonşu Rusiya bu siyahıda 114-cü yerdədir. Türkiyə 30, Gürcüstan 82, Ermənistan isə 85-də... Rusiya kimi dünya nəhəngini bu sahədə qabaqlamışıq. Sevinməyə dəyər...
Maraqlıdır bəs bu yollar niyə çökür? Nə üçün milyonlarla vəsait ayrılaraq təmir olunan yolların ömrü 1-2 ay, uzağı 1 il çəkir?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələlərlə bağlı Qaynarinfo-ya danışıb. O, bunun səbəbini yol çəkilişləri zamanı işlərin koordinasiyalı şəkildə aparılmamasında görür:
"Bizim yol təsərrüfatımızla bağlı vəziyyət hələ də arzuladığımız səviyyədə deyil. Demək olar hər həftə cənab prezident hansısa bir yolun təmiri, yaxud yeni yol çəkilməsi, bərbad yolların abadlaşdırılması haqda sərəncam imzalayır. Bu məsələlər fonunda həmin yolların 1 həftə, 1 ay, 5 ay sonra dağılması isə istər-istəməz narahatlıq doğurur. Hətta yola aidiyyatı olmayan insanlar belə bunu eşidəndə təəssüf hissi keçirirlər ki, necə ola bilər axı, yeni çəkilən yol belə qısa zamanda dağılır?!
Mən hərdən aidiyyatı qurumların əməkdaşları ilə söhbət edirəm və görürəm ki, bu işlər bəzən koordinasiya olunmadan həyata keçirilir. Yol çəkənlər özlərini həm geoloq, həm Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, həm vulkanik-tektonik əraziləri təhlil edən mütəxəssis hesab edirlər. Belə olanda da çəkilən yol qısa müddət sonra dağılır. Yol çəkənin funksiyası yolu çəkməkdir, FHN-in borcu ona rəy verməkdir, geoloqların işi də yerin qatını öyrənib təhlükəsizliyi və davamlılığı haqqında təhlillər aparmaqdır və s. Yəni, hərənin öz işi var. Amma bizim qurumlar fikirləşirlər ki, onlardan ağıllısı yoxdur. Ona görə heç kim heç kimin müraciətini oxumur. Yol çəkilişindən öncə "Azəravtoyol” Dövlət Yol Polisi İdarəsindən yolun bağlanması ilə bağlı icazə almalıdır. Amma dəfələrlə şahidi olmuşam ki, məktub ünvana çatmamış yolu artıq qazmağa başlayıblar. Belə olmaz. Yol çəkiləndə onun geoloji tərəfi öyrənilməlidir, aidiyyatı qurumların nümayəndələri orada müayinələr aparmalı, rəy verməlidirlər. Çünki bura dövlət vəsaiti xərclənir. İnanın ki, hüquq mühafizə orqanları yollarımızın çəkilişi ilə bağlı nə vaxtsa, ciddi bir araşdırma aparsa, çox sayda iş icraçısı həbs olunacaq”.
Ekspert işlər bitdikdən sonra digər qurumların yolu qazaraq başqa işlər aparmalarına da münasibət bildirib:
"Təsəvvür edin bu problemlərin nəticəsi idi ki, prezident İlham Əliyev ötən ilin dekabrın 27-də Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı imzaladı. Həmin proqramda ayrıca bir bənd qeyd olunub ki, yol təsərrüfatı işlərinin həyata keçirilməsi, təmiri və digər məsələlər koordinasiyalı şəkildə həyata keçirilsin. Yəni, ölkə rəhbərliyinə də məlumdur ki, o vaxta qədər işlər koordinasiyalı şəkildə aparılmırdı.
Bəzi yollar var ki, 10 il orda bir çınqıl da tərpənmir. Hətta bəzi piyada xətlərini elə çəkirlər ki, lazım gələndə silmək olmur. Yəni, belə keyfiyyətli yollarımız da var. Amma 3 gün sonra çökən yollarımız da az deyil. Bunun da qarşısının alınması üçün "Azəravtoyol” hardasa yol çəkərkən iş icraçıları arasında nizam-intizam yaratmalıdır. Ola bilər işçilərin hansısa yaxşı işləyir, hansısa yarıtmazlıq edir. Amma hər dəfə günahı yağışın, küləyin, qışın, kanalizasiyanın üstünə yıxmaqla iş bitmir. Camaat buna gülür. Çox təəssüf olsun ki, mətbuat xidməti özünü qurumun rəhbəri kimi aparır. Hər şeyə aqressiv, hay-küylə cavab verir. Bu şəkildə olmaz.
Məsələlərə bir az da obyektivlik prizmasından yanaşmaq lazımdır. Ya cavab vermə, ən yaxşısı sus. Ya da obyektiv ol. Babək prospekti bu dəqiqə də problemlidir. O boyda vəsait xərclənib, iş görülüb, amma əvvəlcədən nəzərdə tutulmuş piyada keçidləri tikilməyib. Fikirləşirlər ki, bundan sonra yeni layihə veriləcək və ola bilsin 2 yeraltı keçid, 4 dənə də piyada zolağı qoyulacaq. Bu yeraltı keçidlər tikiləndə yol yenə zədələnəcək, camaat yenə əziyyət çəkəcək. İş birdəfəlik görülməli idi. Yəqin tikinti işini həmişəki kimi dərs ilinin əvvəlinə, yaxud qızğın bir vaxta salacaqlar. O qurumda adət-ənənə budur. Görürsən ki, məktəblər bağlı olanda bir dənə də iş getmir, amma dərslər başlayan kimi hər tərəfi qazırlar. Bu, necə yanaşmadı, nə psixologiyadı anlamaq olmur”.
Oxşar xəbərlər
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 2024 18:42
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 2024 16:20
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:45
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:20
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- Azərbaycanda uşaqları bu valideynlərindən alacaqlar
17 mart 2024 10:55
- Azərbaycanda ŞOK: 17 milyona nömrə satılır - FOTO
16 mart 2024 22:30
Xəbər lenti
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 09:44
- Bu gün İlaxır çərşənbədir
19 mart 09:30
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 12:54
- Azərbaycana yaz gəlir: 20 mart, saat 07:06
18 mart 12:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 12:38
- Putin 87,32 faiz səslə liderdir - Yenilənir
18 mart 09:25
- Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü
17 mart 21:58
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 20:59
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 20:48
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 20:40
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 19:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 18:42
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 18:24
- OBA marketdən alınan şirniyyatdan qurd çıxdı - FOTO/VİDEO
17 mart 17:55
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 17:24
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 16:58
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 16:47
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 16:20
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 15:55
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:45
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 15:30
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:20
- Dövlət Baxçalıdan Ərdoğana ÇAĞIRIŞ
17 mart 14:36
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 14:29
- Tramp - Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək
17 mart 14:13
Video & Fotoqalereya
Video
Fotoqalereya