Deputat-jurnalist Elmira Axundovanın “razmer”i və...
“Yeni Müsavat”ın qış tətilini harada və necə keçirəcəkləri ilə bağlı deputatlar arasında keçirdiyi sorğuda bir məqam diqqətimi cəlb etdi.
Deputat Elmira Axundova sorğuya cavab olaraq bildirir ki, Türkiyə səfərinə hazırlaşır: “ İki həftə Antalyada olacağam. Dostlarımın orda evi var. Antalyada dincəlib, dəniz sahilində gəzib bir neçə məqalə yazıb geri dönəcəyəm. Mənim dörd böyük və çox vacib siyasi, bədii məqalələrim var. Onlar yığılıb qalıb, qış tətilində istəyirəm ki, böyük məqalə və oçerklər yazım. Keçən il Türkiyədə, türk dilində ”Heydər Əliyev. Şəxsiyyət və Zaman" kitabım üç cilddə nəşr olundu”.
E.Axundova sonra bildirir ki, Azərbaycanda və Türkiyədə kitablarının təqdimatını keçirəcək: “Heydər Əliyev haqqında yazdığım kitabın təqdimatını aprelin sonları, mayın əvvəllərində mütləq keçirəcəyəm. Heydər Əliyevin ad günü ərəfəsində inşallah, təqdimat edəcəyəm. Heydər Əliyev qardaş Türkiyəni çox sevirdi. Türklər də onu sevirdilər, amma onu yaxşı tanımırdılar. Mən istərdim ki, bu kitab vasitəsilə türklər onu tanısınlar”.
Bir sözlə, deputat-yazıçı-jurnalist xanım Heydər Əliyevi Türkiyədə tanıtmağı düşünür.
Görəsən, xanım deputat Ümummilli lideri qardaş Türkiyədə necə tanıtmaq istəyir?
Axı, Elmira xanım özü deyir ki, türklər Heydər Əliyevi sevirdi. Sonra da əlavə edir ki, türklər Heydər Əliyevi yaxşı tanımırdı.
Bu ziddiyətli fikri görəsən, E.Axundova necə izah edə bilər ?
Bu sualları buraxaq deputatın öhdəsinə və keçək əsas mətləbə.
Doğrudanmı, xanım Axundova nə dediyinin fərqindədirmi?
Adını unutduğum filosoflardan biri deyir ki, hər bir insan bu dünyaya öz təbii koordinatları, loru dildə desək, öz “razmer”I ilə gəlir.
Axı, Axundovanın “razmer”i ilə Heydər Əliyevin miqyası müqayisəyə gəlməzdir. Görəsən, Elmira xanım bunu başa düşürmü?
Heç kimə sirr deyil ki, qonşu gürcülərdən və ermənilərdən fərqli olaraq biz azərbaycanlılar dünyanın nəhəng ölkəsi olan keçmiş SSRİ-də o qədər də tanınmırdıq. Bunu Rusiyada olan hər bir azərbaycanlı gözəl bilir. Ötən əsrin 80-ci illərində Heydər Əliyevin Siyasi Büro üzvü seçilməsi və sovet hökumətinin rəhbərlərindən biri olması Azərbaycanın tanınmasında çox ciddi rol oynadı. Və həmin dövrün şahidləri gözəl bilir ki, o illərdən başlayaraq Əliyev familyası Azərbaycanın simvoluna çevrildi. Yəni Heydər Əliyev Azərbaycanı dünyanın böyük bir hissəsində və yüz milyonlara tanıtdı. Hətta həmin dövrdə Türkiyə, Almaniya mətbuatı Siyasi Büronun yeni üzvünün kimliyi ilə bağlı xeyli yazılar dərc edib. Yəqin ki, onda Elmira xanımı heç Biləcəridən o tərəfdə tanıyan olmayıb. Bütün bunlar ortada olduğu halda görəsən xanım Axundova hansı əsasla deyir ki, Heydər Əliyevi Türkiyədə tanıdacaq.
Ona görə də, Elmira xanıma məsləhət bilirik ki, həssas və məsuliyyətli məsələlərdən danışanda öz “razmer”ini unutmasın.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
