Bakıda parklanma müəmması - Gəlir hara gedir?
Son günlər Bakıda avtomobillərin park olunması və dayanma-durma qaydalarının pozulmasının kütləviliyi sürücülər arasında narazılıq yaradır. Vətəndaşlar “Qafqazinfo”ya müraciət edərək “parkovka” sahəsindəki qarışıqlıq və özbaşınalıqdan şikayətlərini bildiriblər.
Belə ki, bu gün küçələrdə qollarına qırmızı bağlayıb əlində çubuq tutan naməlum şəxslər sürücülərdən maşını saxlamağa görə müəyyən miqdarda pullar alırlar. Amma bu şəxslərin kim olduğunu, haranı təmsil etdiyini, vətəndaşlardan yığılan pulun kimin cibinə getdiyini heç kim bilmir. İllərdir bu proses davam edir və ölkənin müvafiq qurumları bu məsələdən baş aça bilmirlər.
Bakı Nəqliyyat Agentliyi açıqlayıb ki, meriya onlara yalnız “Hökumət evi”nin yaxınlığındakı və Qış Parkının altında yerləşən yeraltı dayanacaqları təhvil verib. Prezidentin sərəncamı ilə paytaxtın bütün küçələrində və dövlətin hesabına tikilən dayanacaqlarda bu prosesə nəzarət etməli olan qurum – Bakı Nəqliyyat Agentliyi isə bir ilə yaxındır səlahiyyətləri əlinə almaqda aciz qalıb. Belə ki, bu gün “parkovşik”lərin hardan gəlib, yığdıqları pulları hara apardıqları bilinmir.
BNA rəhbəri Vüsal Kərimli hesabat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin dayanacaqları onlara tam təhvil vermədiyini açıqlayıb. Belə olan halda həmin şəxslərə meriyanın nəzarət etdiyi cavabı ortaya çıxır. Lakin bu qurum da məsuliyyəti öz üzərinə götürmür.
Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, prezidentin sərəncamından sonra dayanacaqlara nəzarət edən qurum da fəaliyyətini dayandırıb: “Bütün dayanacaqlar təhvil verilib. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin balansında heç bir yerüstü və ya yeraltı dayanacaq yoxdur”.
Bakı Nəqliyyat Agentliyi isə bu qarışıq durumdan baş açmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Vüsal Kərimlinin hansı dövlət qurumuna üz tutduğu haqda suala isə agentliyin sözçüsü Mais Ağayev cavab tapmayıb.
Belə ki, “Qafqazinfo” BNA-nın mətbuat katibi Mais Ağayevə sorğu göndərərək bir neçə suallar ünvanlayıb:
1. Bakı Nəqliyyat Agentliyi hazırda hansı ərazilərdə parklanmaya nəzarət edir?
2. Digər küçəkənarı və yerüstü tikili dayanacaqlar kimin nəzarətindədir?
3. Sürücülər qanuni və qanunsuz fəaliyyət göstərən dayanacağı necə müəyyən etməlidirlər? Vətəndaşlar kimə ödəniş etməlidirlər? Hansı dayanacaqda edilən ödəniş dövlət büdcəsindən yan keçir?
Mais Ağayev isə hələlik bu sualların heç birini cavablandırmayıb.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31