“GÜNAY BANK”da nə baş verir?
Kriminal26 yanvar 2019 00:23
Bank 100 milyon manatlıq oğurluğun qurbanına çevrilir?
Ötən ilin yayında hesablarından 100 milyon manata yaxın vəsaitin oğurlandığı bildirilən “Günay Bank”ın vəziyyətinin həddindən artıq ağırlaşdığı məlum olub. Mahmud Məmmədovun bankının 2018-ci ilin nəticələrini əks etdirən hesabatından depozit portfelinin kəskin şəkildə azaldığı görünür.
Xarici valyutadakı depozitlər 2 dəfə, mənfəət isə 3 dəfə azalıb
Bankın maliyyə göstəricilərindən belə məlum olur ki, 2017-ci illə müqayisədə “Günay Bank” böyük sayda şirkət və fiziki şəxs olan müştərilərini itirib. Belə ki, bankın depozit portfelində 2017-ci illə müqayisədə 10 milyonlarla manatlıq azalma var. “Marja”nın məlumatında deyildiyi kimi, “Günay Bank”da 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ildə cəmi depozitlər 15 milyon 600 min manat və ya 18,1% azalaraq 70 milyon 461 min manata düşüb. Hansı ki, 2017-ci ilin sonunda bu bankda depozitlər 86 milyon 61 min manat təşkil etmişdi.
Xüsusi qeyd edilməlidir ki, illik müqayisədə xarici valyutadakı cəmi depozitlər 2 dəfəyə yaxın – 50 milyon 481 min manatdan 27 milyon 283 min manatadək azalıb. Deməli, ötən il ərzində xarici valyutadakı depozitlərdə 23 milyon 198 min manatlıq azalma qeydə alınıb.
İlin maliyyə nəticələrindən görünür ki, həm şirkətlər, həm də fiziki şəxs olan sahibkarlar pullarını “Günay Bank”dan geri götürüblər. Belə ki, 2017-ci illə müqayisədə fiziki şəxslərin tələbli depozitləri 3 dəfəyədək azalaraq, 9 milyon 16 min manatdan 3 milyon 17 min manata düşüb. Hüquqi şəxslərin, yəni şirkətlərin depozitləri isə daha iri məbləğdə azalıb. Onların tələbli depozitləri 49 milyon 424 min manatdan 17 milyon 638 min manata düşüb ki, bu da 60 faizdən artıq – 31 milyon 786 min manatlıq azalma deməkdir və bir bank üçün olduqca acınacaqlı haldır.
O cümlədən, hüquqi şəxlərin xarici valyutadakı tələbli depozitləri 24 milyon 330 min manatdan 3 milyon 972 min manata, fiziki şəxlərin xarici valyutadakı tələbli depozitləri isə 5 milyon 354 min manatdan 1 milyon 421 min manatadək azalıb.
Bank 2017-ci ildə 4 milyon 100 min manat xalis mənfəət əldə etdiyi halda, 2018-ci ilin yekunlarına görə, bu göstərici cəmi 1 milyon 289 min manat olub. Bu o deməkdir ki, “Günay Bank”ın xalis mənfəəti 3.2 dəfə azalıb. Bunun əsas səbəbi isə bankın xərclərinin və ehtiyata ayırmalarının artmasıdır.
Əslində, bank ötən il 7 milyon 304 min manat əməliyyat mənfəəti əldə edib, lakin bu məbləğin 5 milyon 498 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldib. Yənu, bankın aktivləri üzrə riskləri xeyli artıb.
Maraqlıdır ki, bütün bunlarla yanaşı, “Günay Bank”da əhalinin əmanətləri 1,8 dəfə və ya 22 milyon 187 min manat artaraq 27 milyon 621 min manatdan 49 milyon 799 min manata çatıb.
100 milyon manatlıq oğurluğun sədası…
“Günay Bank”dan şirkətlərin və sahibkarların pullarını geri götürmələri müxtəlif səbəblərdən irəli gələ bilər. Ancaq bankın olduqca zəifləmiş göstəricilərinə fikir verəndə, ötən ilin yayında baş vermiş hadisələri xatırlamamaq olmur. Həmin vaxt mətbuatda “Günay Bank”ın İdarə Heyətinin sədr müavini Emin Zeynalovun banka aid 100 milyon manata yaxın pulu ofşor hesablarına köçürdüyü xəbəri yayılmışdı.
O zaman Virtualaz.org-un verdiyi məlumata görə, “Günay Bank” pulları ofşor hesablarına Baltikyanı ölkələrin Vaşinqtonun sanksiyaları altında olan bankları vasitəsilə çıxarıb. Bu məsələdə “Günay Bank”ın müdafiəsinə atılmış Maliyyə Bazarlarına Nəzarət üzrə Palatanın rəhbərlərinin də adı hallanırdı.
Bu işdə Emin Zeynalovla yanaşı, onun təcrübəli bank işçisi olan atası Zakir Zeynalovun və hətta “GünayBank”ın sahibi Mahmud Məmmədovun da əli olduğu iddia edilirdi:
“Bank dairələrində qeyd edirlər ki, təcrübəsiz Emin təkbaşına bu böyüklükdə bank fırıldağını həyata keçirə və məşhur məmurlara məxsus olan onlarla milyon dolları xaricdəki hesablara yollaya bilməzdi. Bütün mənbələr ona işarə edir ki, bu bank fırıldağında cinayətkar qruplaşma fəaliyyət göstərib və həmin qruplaşmaya “GünayBank”ın rəhbərliyi də cəlb olunub…”.
Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə mətbuata açıqlamasında Müşahidə Şurasının sədri və bankın faktiki sahibi olan Mahmud Məmmədovun “GünayBank”dan 100 milyon manatın mənimsənilmədiyini söyləməsinə diqqət çəkib:
“Maliyyə Bazarlarına Nəzarət Palatası da belə bir halın olmadığını açıqladı. Axı mətbuatda bankın rəsmi balansındakı 100 milyon manatın mənimsənilməsindən söhbət getmir! Banka kimlərinsə etibar etdiyi qeyri-rəsmi əmanətlərdən söhbət gedir!
Yəni kimlərsə ”Günay Bank”a pul yerləşdirir və həmin pullar heç yerdə qeydə alınmır. Bankdan çıxarılan da həmin pullardır. Məncə, söhbət bundan gedir. Yəni formal şəkildə 100 milyon manatın mənimsənilməsi yoxdur, faktiki isə var…”.
Əlbəttə ki, bütün bunlar bankın reputasiyasına təsirsiz ötüşə bilməzdi.
Xatırladaq ki, həmin vaxt Mahmud Məmmədov özü mətbuata açıqlama verərək, heç bir oğurluq hadisəsinin və ciddi problemin olmadığını bildirmişdi. Lakin görünür, bankın müştəriləri onun bu açıqlamalarına inanmayıblar. Yəqin elə buna görə də şirkət və sahibkarların vəsaitlərini geri çəkməsi, bunun da nəticəsi olaraq, bankın depozitlərində bu cür kəskin azalma qaçılmaz olub…
Oxşar xəbərlər
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Misirdə Qadın Muzeyi yaradılacaq - Səbəbini Prezident açıqladı
22 mart 2024 11:07
- Körpə övladı yanan ata fəryad edir - Yaralarını bağlamağa bint tapmırıq
17 mart 2024 13:21
- SOCAR Lukoil-dən pul alıb ABŞ banklarına olan 1.3 milyard borcunu ödədi
17 mart 2024 12:27
- Dövlətə 4,1 milyon borcu olan Hüseyn Əmrahov həbs edildi
12 mart 2024 18:01
- Bakcell deputatın şirkətini məhkəməyə verdi – Şirkətin 9,4 milyon vergi borcu da var
11 mart 2024 19:19
- Britaniya məhkəməsi Feyziyevin 85 milyonluq əmlakı ilə bağlı qərarı qüvvədə saxladı
11 mart 2024 19:08
- Ülvi Quliyevin Avropada oğlunun adına olan mülkləri alınır: Oliqarx deputat London Məhkəməsinin hədəfindədir
11 mart 2024 16:43
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya