"Eldar Həsənov mənə 50.000 manat gətirdi ki, ölkədən gedim" - VİDEO
Elçibəy dövrünün Daxili İşlər naziri İsgəndər Həmidovla "Azadlıq salnaməsi”ndə bu müsahibə ötən ilin dekabr ayında götürülüb.
İsgəndər Həmidovla nazir işlədiyi dövr haqqında danışmışıq. O dövrün ən ziddiyyətli məmurlarından biri kimi Elçibəy dövründə baş verənlər, polis orqanlarının fəaliyyəti, aparılan islahatlar və digər məsələlər haqqında bir də bu günün pəncərəsindən o illərə baxmışıq. Maraqlı, maraqlı olduğu qədər də ibrətamiz məqamlar ortaya çıxıb. İsgəndər Həmidov işə götürdüyü və indi general rütbəsi daşıyan adamlardan tutmuş, keçmiş və indiki nazirlərə qədər çox şeydən danışıb. Zamanın artıq hamı tərəfindən bilinən "jurnalistdöymə” hadisələrinə də aydınlıq gətirib və bu aydınlıq bir çox tərəfləri ilə yenidən gündəmə damğasını vuracaq mahiyyətdədir. Sabiq nazir Eldar Həsənovdan, Rəsul Quliyevdən, Eldar Mahmudovdan, Mədət Quliyevdən maraqlı hadisələr danışır və onları bəzən şərh edir. Bu da tarixlə maraqlanan Oxucular üçün ilk əldən informasiya mənbəyidir.
Bütün hallarda zamanın vəzifəli adamları danışdıqca, tarixin qatlarının açıldığı hiss olunur. İş başında çox qısa müddətdə qalsalar da, dövr o qədər zəngin hadisələrlə dolu olub ki, bəzi detalların aydınlaşdırılması illər alır. Zənnimizcə, bu müsahibə də o aydınlaşmaya xidmət edən müsahibələrdən biridir.
Müsahibənin bu qədər gecikməsinin obyektiv səbəbi var. Dekabrın əvvəllərində götürdüyümüz müsahibənin hazırlanması İsgəndər Həmidovun təşkilatçılığı ilə başlanan Azərbaycan Xalq Hərəkatının təşkilatlanması dövrünə təsadüf etdi. Ona görə də prosesə təsir etməsin deyə, İsgəndər bəyin özünün də təklifi ilə müsahibənin dərcini bu günlərə qədər gözlədik. Ümid edirik ki, digər müsahibələrimiz kimi, bu müsahibə də Oxucularımız və tamaşaçılarımız tərəfindən qiymətini alacaq – istər müsbət, istərsə də mənfi mənada. Əlahəzrət hakim tamaşaçıdır və qiyməti onun təqdiri verir.
Beləliklə, "Azadlıq salnaməsi”nin 30-cu qonağı Əbülfəz Elçibəy dönəminin Daxili İşlər naziri, general İsgəndər Həmidovdur. Buyurun, dinləyin. Onunla çox maraqlı məqamlardan danışmışıq...
İsgəndər Həmidov "Azadlıq salnaməsi”ndə deyir ki:
- Korrupsiya cinayəti ancaq hakimiyyətə bağlı cinayətdir, onu vətəndaş edə bilməz.
- 1990-cı ildən korrupsiya ilə mübarizə aparıram
- 1990-cı ilin yanvarına qədər Əbülfəz Elçibəyin tapşırığı ilə kölgədə qalmalı oldum.
- Ruslar öz səfirliklərini vurmaq istəyirdilər – hərəkatı gözdən salmaq üçün
- Yaqub Məmmədovun fərmanı ilə Daxili İşlər naziri oldum – Əbülfəz bəy əlini masaya vurdu ki, sən Daxili İşlər naziri olmalısan
- Elçibəy hökumətinin ilk naziri mən oldum
- İxtiyar Şirini respublika prokuroru, Dadaş Rzayevi isə Müdafiə naziri qoyanda nəinki etiraz eləmişəm, hətta yazılı Əbülfəz bəyə müraciət eləmişəm – onların əleyhinə
- Hacı Əbdül süpürgə götürüb Meydanı süpürürdü
- AXC-dən hakimiyyətdə iki nəfər vardı – biri Əbülfəz Elçibəy idi, biri mən
- Yatsam yuxuma girməzdi Daxili İşlər naziri olacağam
- Bakatinə salam vermədim ki, əlin mənim xalqımın qanına batıb
- Məni mühakimə edən hakim dedi ki, sənə iş verəcəm və çox iş verəcəm, amma çalışacam ki, güllə olmasın – mən də güldüm
- Mədət Quliyevi işə mən götürmüşəm
- Eldar Həsənovu Gəncədə işdən mən çıxardım. Onunla yaxın qohum olmuşam. Eldar Həsənov mənim başımın üstündən yuxarı adamlara çıxmışdı. Mən DİN-ə gedənə qədər Əbülfəz Elçibəy mənə zəng elədi. Dedim, o zaman mən çıxıram.
- Novella xanım mənə həbsimdən bir gün əvvəl zəng edib dedi ki, səhər səni həbs edəcəklər, Azərbaycandan çıx. Həmin gecə Eldar Həsənov bax bu evə gəlib dedi ki, səhər səni həbs edəcəklər, Azərbaycandan çıx. Dedim ki, mənim həbs sanksiyamı sənə verdirib səni respublika prokuroru qoyacaqlar. Dedi, yox, mən Əli Ömərovla yaxın dostam. Dedim, mən səni yaxından tanıyıram, Əli Ömərovun başını yeyəcəklər.
- Eldar Həsənov mənə 50.000 manat gətirdi ki, ölkədən gedim
- Məni İstanbula konsul təyin etmişdilər
- Mədət Quliyev çox cəsarətli və ürəkli adamdır
- İşə qoyduğum adamlardan 7-si indi generaldır
- Eldar Mahmudovu sal murdar suya iç, amma...
- Hamı bilirdi ki, Eldar Mahmudov 10 ildir MTN-də pul yığır
- Mənə Ayaz Mütəllibovun dövründə Milli Təhlükəsizlik naziri vəzifəsi təklif edib, qəbul etməmişəm
- Əbülfəz Elçibəy mənə həm Milli Təhlükəsizlik Nazirliyini, həm də Müdafiə Nazirliyini təklif etdi, istəmədim
- Rəsul Quliyevə qarşı cinayət işi qaldırdım. Rəsul Quliyevin cinayətlərinə görə verdiyim hər təqdimatda Rəsul Quliyevin vəzifəsini artırdılar.
- Hüquq mühafizə orqanlarının İstintaq İdarələrinin hamısının birləşdirilib prezidentə bağlanmasını təklif etmişdim
- İşlədiyim zamanda 5 böyük əməliyyat oldu
- Ələkrəm Hümmətova həbsxanada hər gün Azərbaycanın himnini oxudurdum
- Hər zaman oğru aləminə hörmət eləmişəm
- "Qızıl Amnistiya” ilə türmələri boşaltdıq
- Mahal İsmayıloğlu mənə dedi ki, Rəsul Quliyevlə Babək Hüseynoğlu məni məcbur etdilər ki, yaz ki, İsgəndər məni döyüb
- Kaş Zərdüşt Əlizadəni döyməyəydim, öldürəydim
- Canlı yayına ona görə müdaxilə etdim ki, Kəlbəcərin harayını çatdırım
- İstefamın səbəbi Kəlbəcər oldu
- Elə söhbətlər var ki, mənimlə məzara gedəcək
- Kaş ki, Pənah Hüseynlə münasibətlərim indiki kimi olaydı - hakimiyyətdən getməzdik
- Bizim hakimiyyətin 1-ci cinayəti müstəqilliyə nail olmaq, 2-ci cinayəti xalqını sevmək, 3-cü cinayəti ərazi bütövlüyümüzü bərpa etməyə çalışmaq, 4-cü cinayəti test imtahanlarını gətirmək, 5-ci cinayəti rus ordusunu çıxarmaq, 6-cı cinayəti - ən böyük cinayətimiz idi – vəzifələrə pulsuz adam qoymaq idi.
- Cinayətkarı da tutanda Əbülfəz Elçibəy "balası var, gör nə edirsiniz, kömək edin” deyirdi
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
