“Bir qəzeti 1000-2000 nəfər oxumursa, bu qəzet onda kim üçün çap olunur?”
“İctimai fikir internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri tərəfindən formalaşdırılır. Amerikada da, Avropada da, Asiyada da, o cümlədən Azərbaycanda da belədir. Düzdür, qəzetin özünəməxsus xüsusiyyətləri var, qəzet salnamədir, hadisələrlə bağlı geniş materiallar verir, maarifçiliklə əlaqədar kifayət qədər işlər görür. Qəzet salnamə olaraq arxivlərdə qalır, tarixdir, 100 il də, 200 il də qalır. Amma ictimai fikir indi qəzetlər, hətta radio və televiziya tərəfindən deyil, məhz onlayn jurnalistika üzərindən formalaşır”.
Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, hazırda insanlar daha çox onlayn mediaya üstünlük verirlər, çünki əllərindəki mobil telefonla bir an içərisində dünyada nə baş verdiyini görürlər: “Köşkə gedib qəzet almaq, qəzet tapıb oxumaq problem yaradır. Belə olan halda, artıq reklamçılar da öz reklamlarını onlayn mediada verməkdə maraqlı olurlar, qəzetlər müəyyən problemlərlə qarşılaşırlar, tirajı azalır, gündəlik çıxan qəzet həftəlik çıxmağa başlayır. Belə olan halda, əsas mövqedə onlayn media dayanır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belədir. Artıq insanlar da onlayn mediaya üstünlük verirlər, Azərbaycan əhalisinin, təqribən, 80 faizi internetdən istifadə edir, təxminən, 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 10 ildir ki, fəaliyyət göstərir. Fondu yaradanda məqsəd ondan ibarət idi ki, KİV-lərə dövlət yardımı tətbiq olunsun və əsasən də, qəzetlərimiz inkişaf etsin, ayrılan vəsait keyfiyyətin, jurnalistlərin peşəkarlığının artmasına sərf olunsun. Artıq 10 il vaxt keçib və fondun son iclasında tələblər dəyişib, daha ciddi tələblər qoyulub. Bundan əvvəl əgər qəzetin 1000 nüsxəsi abunə, satış yolu ilə realizə edilirdisə, artıq bu tələb artıb. Bu da təbiidir. Əgər bir qəzeti 1000 nəfər, 2000 nəfər oxumursa, bu qəzet onda kim üçün çap olunur? Bu tələblər artıb. Kimlər ki, bu tələblərə cavab verəcək, onlar yenə əvvəlki qayda ilə yardım alacaqlar, əvvəlki qayda ilə fəaliyyətlərini davam etdirəcəklər. Kimlər ki, bu öhdəlikləri yerinə yetirməyəcək, artıq o qəzetin rəhbərliyindən, kollektivdən asılı olacaq ki, fəaliyyıtlərini necə qursunlar. Mən əminəm ki, əksəriyyəti onlayın versiyaya üstünlük verəcək və öz media qurumlarını möhkəmlədib inkişaf etdirəcəklər. Belə məlumatlar yayılır ki, qəzetlər bağlanır. Burada qəzetlərin bağlanmasından söhbət getmir, söhbət qəzetlərin fonddan aldıqları yardımdan gedir. Fond yaranana qədər qəzetlər çap olunurdu, yəqin ki, onlar Fonddan yararlanmayandan sonra da öz fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər”.(Report)
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10