Saleh Məmmədovun oğlunun Londondakı biznesi
İqtisadiyyat5 fevral 2019 14:56
Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun Avropadakı biznesi ilə bağlı jurnalist Cavanşir Həsənli araşdırma aparıb.
NUH.az Cavanşir Həsənlinin "facebook” səhifəsinə istinadən həmin araşdırmanı təqdim edir:
Ötən araşdırmamda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avstriyanın paytaxtı Vyanada Sübhan Məmmədli adlı şəxslə şərikli şirkət açdığı barədə məlumat açıqlamışdım. Sənədlərə əsasən adıçəkilən şəxslər 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçiriblər. Hazırda şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir. Ziyəddin Əliyev bu şirkətdə Çexiyada sahib olduğu Az-Servis NR s.r.o. üzrindən 51 faiz payla şərikdir. Şirkəti idarə edən şəxsin, yəni kimliyi barədə qısa da olsa məlumat vermişdim.
Bəs icra başçısının Avstriyadakı şəriki kimdir?
Demə 56 yaşlı icra başçısının şəriki 22 yaşlı gənc imiş. Şirkət açarkən isə onun 20 yaşı vardı. Azərbaycanın "şanlı" məmurlarından birinin 22 yaşlı milyoner oğlu! 20 yaşında Avstriyada, 21 yaşında İngiitərədə şirkət açır, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınır. Təbii ki, o nə Şpiegel, nə Zukerberq, nə də "Stripe"nin sahibidir. O, korrupsiyanın əsas subyektlərindən biri kimi cəmiyyətdə haqlı şübhələr doğuran Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğludur.
Saleh Məmmədovla Ziyəddin Əliyev uzun illərdən bəri "Azəravtoyol"da işləyiblər və yaxın dostluq münasibətləri var. Arayış: Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev kimi o da uzun illər yol təsərrüfatında çalışıb. 2015-ci ildən Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC sədrinin birinci müavini, daha sonra Səhmdar Cəmiyyətin sədri olub.
21 dekabr 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2016-cı il dekabr ayının 1-dən həm də Azərbaycan Həndbol Federasiyasının prezidentidir.
Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King's College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına... Gözəl, amma əslində təhsilmi alırlar? Azərbaycan məmurları ilə bağlı araşdırmalara dayanaraq bu fikri qəti söyləmək olar ki, onların övladlarının böyük əksəriyyəti Avropa ölkələrinə təhsil adı ilə taladıqları sərvətləri daşımaq məqsədilə üz tuturlar. Necə ki, Dövlət Dəmir Yollarının rəsinin 2015-ci ildə Londona təhsil almağa yollanan oğlu 20 yaşında Vyanada, 21 yaşında Londonda "biznes qurur".
Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir.
Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir. Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.
Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir.
Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir.
Beləliklə, 21 yaşlı məmur oğlu Londonun ən iri fotoqrafiya şirkətinin sahiblərindən olur. Bu onun "uğur" hekayəsidir, nə yoğurdu, yə yapdı... Bu "uğurlar"ın altında Nobel çökür, Babək çökür, Bakı çökür...bütün ölkə çökür...
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya