Professordan yubiley təbriki
Mədəniyyət5 fevral 2019 16:32
Bu gün Azərbaycan mədəniyyəti və ədəbiyyatının, teatr və kino sənətimizin ən parlaq simalarından olan Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur. Bu münasibətlə professor Qulu Məhərrəmlinin öz feysbuk səhifəsində görkəmli sənətkara ünvanlandığı təbrikini diqqətinizə çatdırırıq.
“Zəmanəmizin görkəmli söz adamı, ssenarist, kinorejissor və dramaturq, Azərbaycanın kino və teatr sənətinin korifeyi, xalq yazıçısı, Oskar mükafatçısı Rüstəm İbrahimbəyovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm!
R.İbrahimbəyov ictimai-kulturoloji fenomen kimi çoxşaxəli yaradıcılığı və sənət fəaliyyətilə özünü və dünyanı dərk edən hər bir azərbaycanlı üçün, bütövlükdə müstəqil ölkəmiz üçün qürur mənbəyi, ölkə mədəniyyətinin simasıdır. Təkcə bizdə deyil, keçmiş sovet məkanında bütöv bir nəsil onun kitablarında, bədii filmlərində və pyeslərində qabarıq şəkildə təcəssümünü tapmış fərqli düşüncə, ictimai əxlaq, insan azadlığı və fərdi ləyaqətin vacibliyi haqqında ideyalarla böyüyüb. Bu ideyaları əsərlərindəki çox adi obrazların sadə həyat həqiqətlərində əks etdirən R.İbrahimbəyov milli, ideoloji hüdudları yararaq dünya səviyyəsinə yüksələ bilib.
Müasir dövrümüzün ən böyük azərbaycanlılarından biri kimi R.İbrahimbəyovun parlaq yaradıcılıq uğurları, böyük ölkələrin ən nüfuzlu sənət mükafatlarına layiq görülməsi, populyar sənət festivallarının qalibi olması, adının dünyanın ən böyük kino xadimləri ilə yanaşı çəkilməsi, bu sahədə nüfuzlü söz sahibinə çevrilməsi hər birimizi qəlbən sevindirir. Bu gün Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Polşa, Türkiyə, Gürcüstan, Qazaxıstan, Moldova kimi ölkələrdə R.İbrahimbəyovun sənətinə və şəxsiyyətinə göstərilən maraq onunla bağlıdır ki, Rüstəm müəllimin qələmindən çıxmış bədii əsərlər, ssenari müəllifi olduğu filmlər, pyeslər artıq bir xalqa deyil, dünya mədəniyyətinə məxsusdur. Bu mənada onun Fransanın ən yüksək Ədəbiyyat və Sənət Ordeninə layiq görülməsi, Türkiyənin "Altun portağal" ödülünü alması, Amerika kino akademiyasının üzvü olması, nüfuzlu beynəlxalq kino festivallarda münsiflər heyətində təmsil olunması, Rusiya və MDB kinematoqrafiya komitəsinə rəhbərlik etməsinin rəmzi mənası vardır.
R.İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi”, “Sibir bərbəri”, “Günəşdən usanmışlar”, “Köçərilər” və s. məşhur filmlər dünya ekranlarında dəfələrlə nümyş etdirilərək ən yüksək mükafatlara layiq görülüb. Onun Eldar Quliyev və Rasim Ocaqovla çəkdiyi və Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş “Bir cənub şəhərində”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı” “Park”, “Özgə ömür”, “Ölsəm bağışla...”, “Qətldən yeddi gün sonra”, “Həm ziyarət, həm ticarət” kimi ideologiyadan uzaq filmləri milli kino sənətimizin üz ağlığı sayılan, mədəniyyət tarixində daim qalacaq sənət əsərləridir.
Dünyanın ən ustad və mahir dramaturqlarından biri olan Rüstəm İbrahimbəyovun qələmindən çıxmış pyeslər 100-dən çox ölkənin teatr səhnəsində tamaşaya qoyulub. Onun gözlənilməz dramatik konfliktlərlə yadda qalan “Qum üzərində ev”, “Bağlı qapı arxasında qadın”, “Kaliforniyada dəfn”, “Şirə bənzər” və s. pyesləri bu gün də tamaşaçıların qəlbini fəth etməkdədir.
Əlbəttə, Rüstəm müəllimin şöhrətin zirvəsinə gedən yolu heç də həmişə hamar olmayıb. Qeyri-standart düşüncə tərzi və ləyaqətli adamların başqalarından da ləyaqət umması kimi yanlışlıq ondan da yan keçməyib, zaman-zaman haqsızlıqların ağrısını yaşayıb. “Bir cənub şəhərində”n başlayaraq “İstintaq”a, “Ultimatum”a, və “Qafqaz üçlüyü”nə qədər sərt, bəzən də əcaib tənqidlərə məruz qalıb. Son illərdə isə özünün vətəndaş mövqeyinə görə kütləvi böhtan kampaniyalarına məruz qalmasına baxmayaraq böyük Rüstəm İbrahimbəyov öz mənəvi prinsiplərinə, öz həyat ideallarına və yaradıcılıq üslubuna daim sadiq qalıb.
Nə gözəldir ki, Rüstəm müəllim bu yaşında da gənclik enerjisi ilə çalışır, kino və teatr, bədii ədəbiyyat və publisitika sahəsində virtuoz uğurlar qazanmaqda davam edir. Mən bunu həm ona, həm də Rüstəm İbrahimbəyovu sevənlərə Allahın bir lütfü kimi qiymətləndiririr, yubilyarı bir daha təbrik edir, möhkəm cansağlığı və coşqun yaradıcılıq enerjisi ilə çalışmaqda davam etməsini arzulayıram!!
Hörmətlə: prof. Qulu Məhərrəmli
Oxşar xəbərlər
- ARAZ supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir
28 yanvar 2026 12:19
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Dövlət sirrinin mühafizəsi şöbəsinin rəisi olan mayor xanım kimdir? - DOSYE
1 dekabr 2025 14:35
- Bu gün Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyevin DOĞUM GÜNÜDÜR
26 noyabr 2025 10:30
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
4 noyabr 2025 12:41
- O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür – İlham Əliyev
3 noyabr 2025 15:02
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 2025 00:58
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 2025 10:16
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 2025 11:50
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
