Bakı sakinləri niyə tez-tez liftdə qalır?
İdman13 fevral 2019 19:20
Bakının lift parkının təxminən 10 faizi yenilənəcək: söhbət paytaxtda "Lifttəmir” İstehsalat Birliyinin balansında olan, istismara yararsız 542 liftdən (liftlərin ümumi sayı 5312 təşkil edir – red.) gedir.
Bu barədə media.az-a Bakı Şəhər İcra hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş mühəndisi Mehti Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hazırda Bakı şəhərində əvəzlənməsi tələb olunan liftlərin siyahısı dəqiqləşdirilir. Mütəxəssis qeyd edib ki, liftlərin yeniləri ilə əvəzlənməsi paytaxtın müxtəlif rayonlarında gerçəkləşdiriləcək. İlk növbədə istismar müddəti başa çatmış və tez-tez sıradan çıxan liftlər nəzərə alınacaq.
Bəzi məlumatlara görə, yeniləmə işləri paytaxtın müxtəlif rayonlarında, o cümlədən, Nizami, Səbail, Nərimanov, Nəsimi, Yasamal, Binəqədi, Xətai və başqa rayonlarında aparılacaq.
Məsələn, Nizami rayonunda "Qara Qarayev”, "Neftçilər” metrostansiyaları, həmçinin, rayonun İcra Hakimiyyətinin binası yaxınlığında yerləşən binalarda liftlərin əvəzlənməsi həyata keçiriləcək.
İstehsalat Birliyinin baş mühəndisi bildirib ki, siyahı tərtib olunan zaman yerli sakinlərin müraciətləri də nəzərə alınacaq və ilkin siyahılar məlumatların araşdırılmasından sonra hazırlanacaq.
Oxu: "Lifttəmir”in yeni direktoru: Heç bir qohumumu özümlə gətirməmişəm - MÜSAHİBƏ
"Hansı liftlərin alınacağı ilə bağlı məsələyə gəlincə, hazırda bu araşdırma mərhələsindədir”, -deyə baş mühəndis əlavə edib.
Qeyd edək ki, Azərbaycan prezidentinin 5 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən, Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatına 40 milyon manat pul ayrılır.
Həmin məbləğ sənədə əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılacaq.
Əlavəyə əsasən, Bakının 146 binasında istismara yararsız liftlərin sayı 542-dir. Onların yenilənməsinə 31 milyon 956,20 min manat ayrılacaq.
Məbləğin dördə üç hissəsi (23 milyon 428, 77 min manat) altı, yeddi, səkkiz və doqquz mərtəbəli binalara ayrılacaq. Hesablamalara görə, belə binaların sayı 103-dür (413 istismara yararsız lift var). Yerdə qalan - dördə bir hissə (8 milyon 527,43 min manat) 43 çoxmərtəbəli binaya ayrılacaq (10, 12, 14 və 16 mərtəbəli binalar). Belə binalarda istismara yararsız 129 liftin olduğu bildirilir.
M.Hüseynovun sözlərinə görə, bu gün şəhərin ən iri lift parkları Xətai rayonunda (təxminən 1830), həmçinin, Binəqədi, Nizami, Suraxanı rayonlarında yerləşir.
"Liftlərin sayına görə Xətai rayonu öndədir, onların təxminən yarısı – hardasa 900 lift bir neçə il əvvəl istismar müddətinin başa çatması ilə əlaqədar əvəzlənib”, - deyə İstehsalat Birliyinin baş mühəndisi qeyd edir.
Onun sözlərinə görə, "Liftəmir”in balansında olan liftlərdə hər hansı problem ortaya çıxanda, İstehsalat Birliyinin mütəxəssisləri onun təmiri ilə məşğul olur və onu yenidən istismara buraxır.
"Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi hər il liftlərin texniki vəziyyətini yoxlayır və hər hansı nasazlıq ortaya çıxanda həmin liftin istismarı nöqsanlar aradan qaldırılana kimi müvəqqəti dayandırılır”, - deyə M.Hüseynov əlavə edib.
Onun sözlərinə görə, İstehsalat Birliyinin balansında olan bütün liftlər işlək vəziyyətdədir. Hansısa texniki nasazlığa görə onlar bir neçə gün durğun vəziyyətdə qala bilər. Ancaq elə hal olmayıb ki, hər hansı lift illərlə təmirsiz qalsın”, - deyə "Lifttəmir”in nümayəndəsi söyləyib.
İstismar müddəti başa çatmış müəyyən liftlər olduğunu təsdiqləyən baş mühəndis bunun istismar müddəti başa çatan kimi onun dərhal yenisi ilə əvəzlənməsi anlamına gəlməməli olduğunu vurğulayıb: onların nə dərəcədə yararlı olub-olmadığı yoxlanılır.
"Əsası təhlükəsizlik parametrlərinin saz vəziyyətdə olmasıdır. Yəni ilk növbədə bu cür liftlər əvəzlənəcək, pultunun bir düyməsi sıradan çıxmış liftlər yox”, - deyə M.Hüseynov diqqətə çatdırıb.
İB baş mühəndisinin sözlərinə görə, adətən, liftlərin çoxu sakinlərin ondan düzgün istifadə etməməsi ucbatından sıradan çıxır.
"Əksər hallarda təmir işləri aparılanda qapıları sınır, ya da maşın şöbəsi üzərindəki çənlərdən su axanda motorlar sıradan çıxır. Misal üçün, bizim mexanik hardasa lifti təmir edir, hansısa ünvanda yaşayan sakin isə liftin qapılarını saxlayaraq içinə yüzlərlə kilo sement qoyub yuxarı qaldırır. Dəfələrlə demişik ki, belə olan hallarda xəbərdar etməlidirlər. Xəbərdar etməlidirlər ki, biz də bu prosesə nəzarət edəcək mütəxəssis ayıraq”, - deyə baş mühəndis qeyd edib.
İnsanların nə üçün tez-tez Bakı liftlərində qaldığına gəlincə, o əksər hallarda (90 faiz) belə insidentlərin elektrikə görə baş verdiyini söyləyib. Belə ki, gərginlik azalan zaman avtomatika işə düşür və lift dayanır.
"Elə bu səbəbə görə, baş direktorun göstərişi əsasında 24 saatlıq dispetçer xidməti bərpa olunub. Xidmət müraciətlərə baxır, liftdə qalan insanlar FHN əməkdaşlarının köməyi ilə çətin vəziyyətdən çıxırlar”, - deyə o bildirib.
M.Hüseynov lift təsərrüfatı ilə bağlı vətəndaşların müraciətlərində müşahidə olunan yeni tendensiyalardan da söz açıb:
"Əvvəllər insanlar sıradan çıxmış liftlərin təmirini tələb edirdilərsə, indi köhnələrin işlək və ya yeni liftlərlə əvəzlənməsini istəyirlər”.
Oxşar xəbərlər
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya