Çexiya Müdafiə Nazirliyi ilə Əhmədzadələri nə birləşdirir?
Hər şeyin üstü yavaş-yavaş açılır. Məlum olur ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə illərlə dövlətin ayırdığı pullar sədr Əhməd Əhmədzadənin Britaniyada biznes qurmasına xərclənib. Dövlətin təftiş və araşdırması üçün faktlardır, istintaqa zəmindir. Kimsə bu xalqı aldada bilməz, kimsə inandıra bilməz ki, Əhmədzadənin oğlu Cuma Əhmədzadə xüsusi istedada malik biznesmendir, alnının təri ilə İngiltərədə özünə iş qurub.
Bu nağıllar çoxdan köhnəlib, təzəsini danışın. Xalq yaxşı bilir ki, heç bir qeyri-adi biznes qabiliyyəti olmayan, fərqli ideyalarla öz zəhməti hesabına qabağa getməyən məmur uşaqlarından biri də Əhmədzadənin oğludur.
Nə işdirsə, həmişə ən yaxşı biznesi qurmağı bu məmur uşaqları bacarır, başqaları beyinsizdir, savadsızdır, əllərindən bir iş gəlmir, təkcə bunlarınkı dahidirlər.
Əlbəttə, xalqdan, dövlətdən, büdcədən oğurlanmış pullar, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin görəcəyi işlərə ayrılan vəsaitlərdir Əhmədzadənin oğlu Cuma bəyin cibində, İngiltərədə bizim pullar hesabına kef çəkməkdədir.
Əgər Cuma hansısa kənddə birinin oğlu olsaydı, indi Britaniyada biznes qura bilməzdi. Çünki onun buna nə imkanı, nə istedadı çatardı.
Sadəcə, bioloji cəhətdən bəxti gətirib ki, əli korrupsiyaya bulaşmış, ölkənin meliorasiya təsərrüfatını talan etmiş Əhməd Əhmədzadənin övladıdır. Vəssalam.
Hə, ikinci bəxti ondan gətirib ki, ölkənin bir nömrəli bankiri, manatın qətlinə fərman verənlərdən olan, Azərbaycanın maliyyə-valyuta sisteminin “anasını ağladan”, adı uzun müddət Suriyanın bir şirkəti ilə Avstriyadakı rüşvətlə bağlı məhkəmə skandalında hallanan Mərkəzi Bank sədri Elman Rüstəmovun kürəkənidir.
Bu qədər, ata və qaynata sarıdan yarıyan Cuma əfəndi dövlətin milyonlarını Londona daşıyıb, həbsdəki bankir Cahangir Hacıyev kimi özünə şirkətlər qurub.
Həmin sənədləri və faktları təqdim etməzdən əvvəl sadəcə adi bir sual yaranır və bu məqaləni oxuyan Əhmədzadənin işçiləri, E.Rüstəmovun əməkdaşları da pıçıltı ilə də olsa bir-birinə yəqin ki sual edəcəklər – bu milyonlar hardandır, kimin hesabınadır, hardan əldə edilib?!
Görəsən Əhmədzadənin və Rüstəmovun 500-800 manat arası maaşa işləyən işçiləri nə düşünürlər? Doğrudanmı Cuma onlardan istedadlı, bacarıqlı, fərasətlidir?
Bu barədə sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb. Araşdırmaya görə, 2015-ci il devalvasiyasından sonra kredit bataqlığında çabalayan Azərbaycan əhalisindən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb.
Daha dəqiqi, o və qudası Əhməd Əhmədzadə övladları vasitəsi ilə xaricdəki biznes imperiyasının sərhədlərini genişləndiriblər. Bu imperiyanın sərhədləri isə Londondan başlayıb Çexiyada bitir. Hətta iş o yerə çatıb ki, qudalar Çexiya Müdafiə Nazirliyinin balansındakı əmlakı da alıblar.
Jurnalistin araşdırmasına görə, Əhməd Əhmədzadənin oğlu və onun həyat yoldaşı olan Elman Rüstəmovun qızı Günel Rüstəmova uzun müddətdir ki, Londonda yaşayırlar. İddia olunur ki, onlar Avropadakı böyük sərvətə Azərbaycandakı korrupsiya hesabına sahibləniblər.
Məlumata görə, onların Britaniyada sahib olduqları “Gyunel Limited” şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).
2010-cu ilin 26 oktyabr tarixinə qədər “Yosma LTD” adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib.
2010-cu ildən bəri “Gyunel Limited” adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub.
Yayılan sənədlərə görə, 2013-cü ilin sonlarında Ə. Əhmədzadənin oğlu və E. Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər.
2014-cü ilin may ayının 11-də Cümə Əhmədzadə Çexiyanın Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi qüvvələrinə məxsus binanın alınması barədə müqavilə bağlayıb. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Luboşem Hajdukem imzalayır.
Müqaviləyə görə, Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yararsız binanı C. Əhmədzadəyə satır. C. Əhmədzadənin Lipno ilə bağlı layihəsi nə az, nə çox – düz 150 milyon çex kronu, yəni təxminən 7 milyon dollar təşkil edir. \\hurriyyet.org\\
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Ordumuzun əsgəri vəfat etdi
7 aprel 2024 23:12
- Nazir bu xanımı birinci müavin təyin etdi - Vüqar Əsgərovu onun yerinə gətirdi
1 aprel 2024 10:44
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31