Dünyaya hökm edən Rokfellerlərin sirli keçmişi
Dünya16 fevral 2019 15:59
Qlobal siyasətə istiqamət verən ailələrə nəzər salanda qarşıya çıxan ilk ad Rokfellerlər olur. Bu ailənin sirlərlə dolu keçmişi və bu gücü hansı yolla əldə etmələri hər kəsi düşündürür.
Qaynarinfo xarici mənbələrə istinadən Rokfeller ailəsi ilə bağlı maraqlı faktları sizə təqdim edir:
ABŞ-ın Mərkəzi Bankı FED-in qurucularından biri olan Rokfeller ailəsi 1800-cü illərin ortalarında Con Devison Rokfeller tərəfindən qurulub. ABŞ və İsrailin arxasındakı güc olaraq da bilinən ailə çoxlu sayda bank, neft və sənaye şirkətinə sahibdir. Sərvətlərinin 5-15 trilyon dollar olduğu ehtimal edilir. Buna baxmayaraq, ailənin heç bir üzvünün "Forbes" dərgisinin ən varlı insanlar siyahısında adı çəkilmir.
Rokfellerlərin nəsil ağacı
Qeyd edək ki, siyahının başlarında Ceff Bezos, Bill Qeyts, Uarren Buflet kimi şəxslərin adı var. Beynəlxalq siyasəti tənzimləyən ailələr arasında təkcə Rokfellerlərin deyil, digərlərinin də adı bu siyahıda yoxdur.
Rokfeller ailəsi 1860-ci illərdə Amerikada başlayan və bütün dünyanı təsiri altına alan neft hasilatı dövründə ən çox gəlir əldə etmiş ailə olub. Beləliklə, iş dünyasına neft sənayesi ilə sürətli giriş edən Rokfellerlər Amerikanın ilk milyarder ailəsinə çevrilir. Onlar haqqında çox şeylər söylənilib. Hətta Rokfellerləri ABŞ-ın və dünyanın ən çox nifrət edilən, ən çox söyülən ailəsi də adlandıranlar var.
Amerikada vətəndaş müharibəsini fürsətə çevirən Rokfellerlərin neft sənayesində inhisarçı olması üçün ən doğru mühit kapitalizm idi. Təsadüfi deyil ki, bu gün Asiyadan Afrikaya qədər uzanan kapitalizmin yaradıcılarından biri də bu ailədir.
Rodşild və Rokfellerlər bir masa arxasında
Rokfeller ailəsi FED, maliyyələşdirdiyi Dünya Bankı və İMF kimi qurumların vasitəsilə qlobal iqtisadiyyatı özü kimi bir neçə ailə ilə birgə idarə edir və yönləndirir. Onların maliyyələşdirdiyi fondlar və QHT-lər dünya nizamını Amerikanın maraqlarının lehinə şəkilləndirir. Devid Rokfellerin özü isə "Xatirələr" adlı kitabında buna belə izah verir: "Bəziləri mənim və ailəmin ABŞ-ın maraqlarına qarşı çalışan gizli Kabbalizmin bir parçası kimi xarakterizə edə bilər, qlobal iqtisadiyyat üçün konspirativ planlar hazırladığımıza inana bilərlər. Əgər bunlar doğrudursa, mən günahkaram. Lakin bununla qürur duyaram".
Rokfellerləri günahlandıracaq konkret dəlillər yoxdur, amma etdiklərində əxlaqi və insani fəaliyyət motivi də nəzərə çarpmır. Silah ticarəti, maliyyə oyunları, sələmçilik, regional münaqişələrdən mənfəət güdmək ailənin əsas missiyası kimi xarakterizə edilir.
Con Devid Rokfeller
Rokfellerlərin qlobal siyasətə istiqamət verdiklərinə dair bir çox nümunə var. Bunlardan ən yaxşısı Cozef Verner Ridlə bağlıdır. Rokfellerlərin nəzarətində olan Chase Manhattan Banka rəhbərlik edən Rid 1987-ci ildə Dünya Bankında vəzifəyə gətirilir. Bu dönəmdə o, həm də BMT baş katibinin siyasi işlər üzrə köməkçisi də təyin edilir.
CFR (Xarici İşlər Şurası) ABŞ-ın xarici siyasət üzrə mütəxəssislərinin və iqtisadi təşkilatların bir yerə toplaşdığı düşüncə, planlaşdırma və fəaliyyət cəmiyyətidir. Bu qurum Rokfellerlərin dəstəyi ilə 29 iyul 1921-ci ildə Nyu-Yorkda yaradılıb. ABŞ-ın xarici ölkələrdəki maraqları burada müzakirə edilərək həyata keçirilir. Rokfellerlərin neft milyarderi olan Con Devid Rokfeller 1940-cı illərdə şuranın ən böyük maliyyə dəstəkçisi olub. O, 1949-cu ildən qurumun iclaslarına qatılır və 1970-75-ci illərdə CFR-in sədri olur. Henri Kissinger də onun önəmli layihələri hazırlayan məsləhətçi idi. Devid uzun illər şuraya rəhbərlik edir və 2007-ci ildə bu vəzifəyə Peter Peterson gətirilir. Lakin Devid "Fəxri rəhbər" olaraq pərdə araxasında yenə idarəçilik-istiqamətvermə vəzifəsini yerinə yetirir. O, çıxışlarının birində dünyaya baxışını belə dilə gətirir: "Qlobal dəyişikliklərlə qarşı-qarşıyayıq. Böyük böhranlara qarşı doğru addımlar atmalı və "yeni dünya nizamı"nı qəbul etməliyik".
Rokfellerlərin maliyyə qaynaqları
XX əsr boyu ABŞ-ın güclənməsi və XXI əsrin əvvəllərində supergüc dövlətə çevrilməsi Devid Rokfellerin yüni dünya nizamıdır.
Neft sənayesinə sürətli giriş edən Rokfellerlər Asiyadan Latın Amerikasına, Avropadan Avstraliyaya qədər hər bölgə və qitəyə investisiya yatıraraq ən sonda qiymətləri sadəcə özlərinin tənzimləyə biləcəyi bir sistem yarada bilib. Ailə "Standart Oil", "Exxon", "Mobil" və "Chevron" kimi şirkətlərin də yaradıcısıdır.
ABŞ-ın ən böyük banklarından olan Chase Manhattan Bankı Rokfellerlərin ən böyük sərmayələrindəndir. Bankın bugünkü dəyəri 3 trilyon dollardır. Sadəcə bu rəqəm Rokfellerlərin sərvətinin nə qədər çox olmasını göstərməyə kifayət edir.
Qeyd edək ki, ABŞ prezidenti Riçard Nikson vəzifədə olarkən Con Rokfellerin maliyyə naziri olması üçün tam səlahiyyət vermişdi. Lakin ailəsinin təzyiqi nəticəsində o, bu vəzifəni qəbul etməmişdi. Çünki onlar sərvətləri hesabına daha təsirli olacaqlarını bilirdilər.
Rokfeller 1946-cı ildə Chase Manhattan Bankının idarə heyətinə daxil olduqdan sonra bank qısa zamanda dünyanın hər yerində 1000-dən çox yerli bankla əlaqələrini inkişaf etdirib. Chase Bankın tarixi 1798-ci illərə qədər gedib çıxır. Nyu-Yorkun Manhattan məhəlləsində qurulan və inkişaf edən bank 1930-cu illərdən sonra Rokfeller ailəsinin neft nəhəngi "Standart"ın parçalanması nəticəsində ortaya çıxan şirkətlərin sərmayəsi hesabına qısa müddətdə böyüyüb.
Lulov qətliamı
Rokfellerlərin adı Ludlov qətliamında da hallanır. Belə ki, Ludlovda mədənçilər 1914-cü illərdə çox ağır şərtlər altında çalışırdılar. Mədəndə çalışmaq həm təhlükəli, həm də əməkhaqqqı olduqca aşağı idi. Bundan başqa işçilərə ödənilən pul vahidi sadəcə mədən düşərgəsində yerləşən dükanlarda qəbul olunurdu. Qısaca mədənçilər ehtiyaclarını yalnız mədənin sahibi olan Rokfellerdən ala bilirdilər. Bir müddət sonra işçilər etiraz edir və Rokfeller məsələyə silahlı şəxslərlə müdaxilə edərək, onları yenidən çalışmağa məcbur edir. Həmçinin mədənçilərin ailələri evlərindən çıxarılır və çadırda yaşamağa məcbur edilirlər. Bir gecə isə silahlı şəxslər həmin çadırları gülləbaran edir, 2 qadın və 11 uşaq öldürülür. Bu hadisə tarixə Ludov qətliamı olaraq keçir.
Bu günlərdə isə dünya gündəmi Rokfeller Universiteti Xəstəxanasında yaşanmış cinsi istismar qalmaqalları ilə çalxalanır. Bildirilir ki, bir müddət xəstəxanada çalışmış və 2007-ci ildə dünyasını dəyişmiş Reginald Arçibaldın 1940-1982-ci illərdə azyaşlı uşaqları cinsi istismar etdiyi üzə çıxıb. Bunlardan biri də floridalı vəkil Cefri Popel olub. O xəstəxanadakı qeydlərini tələb etsə də, ona müsbət cavab verilməyib. Bu səbəbdən vəkil xəstəxananı məhkəməyə verərək, 5 milyon dollar təzminat tələb edib.
Bildirilir ki, bu haqda şikayətlər ilk dəfə 1990-cı ildə olub, lakin heç bir tədbir görülməyib.
Oxşar xəbərlər
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya