“Nar” sosial şəbəkələrdə operativ xidmət göstərir
Ölkənin ən gənc mobil operatoru olan “Nar” abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin 30%-ə qədəri 1 dəqiqə, 60%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılır. Ümumilikdə, “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 6 dəqiqə ərzində cavab verilir. Son 1 il ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 218 mindən çox müraciət daxil olub.
Şirkətin mətbuat xidmətindən NUH.az-a daxil olan məlumata görə, “Nar” sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk telekommunikasiya şirkətidir. Mobil operatorun abunəçiləri hər hansı sual yarandıqda çağrı mərkəzinə getmədən, alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksəkkeyfiyyətli xidmətdən (balans haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, “Nar”-ın xidmətləri, tarifləri, internet paketləri haqqında ərtaflı məlumat, nömrələr üzərində əməliyyat, gələn mesajlar haqqında ətraflı məlumat, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər. Belə ki, “Nar” abunəçiləri “Facebook”, “Twitter” və “Instagram”, eyni zamanda, elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlayır və qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavab alırlar. Bununla da abunəçilər vaxtlarına qənaət edərək istənilən zaman və məkanda “Nar” məhsul və xidmətlərinə dair sorğularına ətraflı cavab ala bilirlər.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
7 may 2024 00:32
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
1 may 2024 15:55
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25