BSU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
BSU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
Bakı Slavyan Universitetində (BSU) Pedaoqoji fakültənin İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Himnin ardından giriş sözü ilə çıxış edən İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva bildirib ki, tədbir “Auditoriya+” layihəsi çərçivəsində keçirilir. Ş.Ağakişiyeva “Auditoriya+” barədə məlumat verərək kafedra tərəfindən layihə çərçivəsində tələbələrin intellektual səviyyəsinin artırılması məqsədilə maraqlı tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.
Fakültənin dekanı professor Flora Naciyeva ana dili ilə bağlı tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə söz alan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədov “Ana dilimiz güvən yerimizdir” adlı məruzə ilə çıxış edib. İ.Məmmədov deyib ki, cəmiyyətdə Azərbaycan dili ilə bağlı müsbət fikir yaratmaq, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat işlərinin aparılması günümüzün aktual məsələlərindən birinə çevrilib. Azərbaycan dilinin tarixi inkişaf yolundan danışan professor qeyd edib ki, hər bir xalqın dili onun təfəkkürü ilə bağlıdır. Xalqın təfəkkürü nə qədər zəngin olarsa, onun dili də bir o qədər zəngin olar. Azərbaycan dilin kifayət qədər zəngin dil olduğunu, bu dildə alınma sözlərə ehtiyac olmadığını vurğulayan İ.Məmmədov şifahi xalq ədəbiyyatının dilimizin zənginləşməsində mühüm rolu olduğunu diqqətə çatdırıb.
BSU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov “Ana dilimizi qoruyaq” adlı çıxışnda Prezident İlham Əliyevin ana dili ilə bağlı apardığı siyasət nəticəsində Azərbaycan dilinin inkişafı məsələsinin daim gündəmdə olduğunu söyləyib. Mətbuatın artıq dilimizə nüfuz etdiyini deyən İ.Qasımov qeyd edib ki, dil sahəsindəki ciddi problemlərdən biri də televiziya kanallarında nitq mədəniyyətinin kobud şəkildə pozulması ilə bağlıdır. Reklamların dilində yol verilmiş dil qüsurları barədə danışan İ.Qasımov bəzi özəl şirkət və kompaniyaların özlərinə uğursuz adlar seçdiyini dilə gətirib.
Tədbirdə çıxış edən Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynov milli mətbuatımızın Ana dilinin təmizliyinin göstəricisi olduğunu deyib, dilin saflığının qorunub saxlanmasında gənclərin qarşısında mühüm öhdəliklər dayandığını diqqətə çatdırıb.
BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri, Türkologiya kafedrasının dosenti Dürdanə Əliyeva “Müəllim və Ana dili” mövzusunda çıxış edərək təhsildə ana dilinin inkişafı ilə bağlı məsələyə toxunub. O bildirib ki, müəllimin öz nitqində dialekt və şivələrdən istifadə etməsi dilimizin nöqsan və qüsurlarla gənc nəslə aşılanmasına gətirib çıxarır.
İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova “Ana dili ruhumuz, eşqimiz, sərvətimizdir” adlı çıxışında milli şüurun və milli kimliyimizin formalaşmasında ana dilimizdə olan sözlərin etnik cəhətdən düzgün araşdırılmasının vacibliyini qeyd edib. Ana dilini milli sərvətimiz adlandıran Ç.Məmmədova gəncləri bu sərvəti yad dillərin təsirindən qorumağa səsləyib.
Tədbirin davamında BSU tələbələri tərəfindən Ana dilinə həsr olunmuş şeirlər səsləndirilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
BSU-nun Mətbuat Xidməti
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04