Problemli kreditlə bağlı vətəndaşlar hara müraciət etsin?
İqtisadiyyat3 mart 2019 13:01
Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Sözügedən fərman sayəsində minlərlə kredit borcu olan şəxslərə güzəştlər nəzərdə tutulsa da, vətəndaşları maraqlandıran bir sıra suallar hələ də cavabsız qalıb. Başlıca olaraq, insanlar banklara necə müraciət edəcəkləri, hansı sənədləri təqdim edəcəkləri barədə məlumatsızdırlar.
Mövzu haqda Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlixatırladıb ki, Prezidentin fərmanına görə, 15 gün ərzində Maliyyə Nazirliyi və digər əlaqədar qurumlar müvafiq mexanizm təklifləri hazırlamalıdırlar:
"Bu təkliflərin hazırlanmasından sonra əlavə 45 gün də ayrılır. Mexanizm tam hazır olduqda prosesə start veriləcək. Qeyd etdiyimiz 2 ay ərzində mexanizmlərin hazırlanması prosesində bankların vətəndaşlarla birbaşa əlaqə yaratması üçün mexanizm ortaya qoyulacaq. Yəni əslində, banklar özləri vətəndaşlara müraciət etməli olacaqlar”.
İqtisadçı bağlanan banklarla bağlı əhalinin narahatlığına da münasibət bildirib:
"İndiyə qədər 10 bank bağlanıb. Onlarda da problemli kreditlərlə bağlı məsələlər var idi. Hətta məhkəmələrə qədər uzanan işlər var. Bununla bağlı xüsusi mexanizm hazırlanmalıdır. Görək 15 gün ərzində Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar nə təklif edəcəklər. Məntiqlə hər bir bağlanan bankın Ləğvetmə Komissiyası Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabatlıdır. Həmin ləğvetmə komissiyaları bu öhdəlikləri üzərlərinə götürməli, vətəndaşlara kompensasiya ödəməlidirlər. Amma bu, ağır problemdir. Çünki Ləğvetmə Komissiyaları barədə məlumatlılıq azdır. Yaxşı olar ki, Maliyyə Nazirliyi yaxın günlərdə açıqlayacağı mexanizmlərə vətəndaşların işini asanlaşdıran müddəalar daxil etsin”.
N. Cəfərli vətəndaşlara məsləhət görüb ki, problemli kreditlərə güzəştləri tezləşdirmək üçün banklara ərizələrlə müraciət etsinlər:
"Bu sual altındadır ki, bankların yüz minlərlə insana müraciət etməyə marağı olacaqmı? Ona görə, 15 günün tamamından sonra ilkin mexanizmlər açıqlanan kimi vətəndaşlar özləri ərizələrlə banklara müraciət etsələr daha yaxşıdır. Bununla onlar bankları problemin həlli üçün tələsdirmiş olarlar. Çünki fərmanda kommersiya banklarına tövsiyə xarakterli maddələr yer alıb. Bu tövsiyəni həyata keçirmək üçün vətəndaşlar bankların üstünə düşməlidirlər”.
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya