Zeynəb Xanlarova Elçibəyə “peyğəmbər”im deyirmiş
“Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar”.
“Hürriyyət” qəzeti xəbər verir ki, bu sözləri Azərbaycanın xalq artısti Zeynəb Xanlarova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləriylə görüşündə səsləndirib.
Zeynəb xanımın bu sözlərlə hansı prezidentin bostanına daş atdığı bəlli olmayıb. Nədən ki, o, doğrudan da Azərbaycanın bütün prezidentlərini yaxından tanıyıb, amma onların hər biri haqqında ən xoş sözlər deyib.
Sovet hakimiyyətinin son illərini xatırlayanlar, yəqin ki, Zeynəb Xanlarovanın Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov barədə söylədiyi məşhur fikrini unutmayıblar. Zira 5 sentyabr 1991-ci il tarixdə "Azadlıq" meydanında ovaxtkı hökumətin keçirdiyi seçkiqabağı mitinqdə çıxış edən xalq artısti deyirdi: "Mən 20 yanvardan sonra oxumuram. Amma sizə söz verirəm, siz seçkilərdə iştirak edib peyğəmbər kimi təmiz olan Ayaz müəllimə səs verin, mən də bu meydanda sizlərə pulsuz konsert verəcəm".
Maraqlıdır ki, Zeynəb Xanlarovanın “peyğəmbəri” təkcə Ayaz Mütəllibov da olmayıb. O, eyni zamanda ikinci prezident Əbülfəz Elçibəy barədə də eyni “kəlamlarını” təkrarlayıb. Hər halda bunu mərhum Elçibəyin özü etiraf edirdi:
"Zeynəb xanıma xüsusi hörmətim vardı, çünki o, Azərbaycanın səsini dünyaya yayırdı. Bir xahişə gəlmişdi. Elə insanın sözünü yerə salmaq olmaz. Çantasından kiçik bir qutu çıxardı. Saat idi, hədiyyə gətirmişdi. Bir də haqqında yazılan kitabı bağışladı. Kitabın üstündə yazmışdı: “MƏNİM PEYĞƏMBƏR PREZİDENTİMƏ”.
Saatı məcbur çantasına qoydurdum. Dedim, kitabı götürəcəm, amma "peyğəmbər" sözünü sil. Dedi, siz mənim peyğəmbərimsiz. Dedim, olmaz, o sözü sil. Razılaşmırdı. Axır ki, peyğəmbər sözünün üstündən öz əli ilə xətt çəkdirdim. O kitab məndə indi də durur..."
Görünür, Elçibəyin bu dərsindən sonra Zeynəb Xanlarova dinə-imana gəlmiş, ondan sonrakı prezidentlər barədə daha orjinal epitetlər tapmağa çalışmışdır. Xalq artistinin Heydər Əliyevi müqəddəs varlığa deyil, fiziki nəhəngliyi ifadə edən bir məfhuma bənzətməsi bəlkə də bundan qaynaqlanır. Bunu isə xalq artistinin özü 2014-cü ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bir növ etiraf edərək deyirdi:
“Həmişə ona deyirdim ki, sizə dağlar qədər ömür arzulayıram. “Nə üçün dağlar qədər? De, günəş qədər” deyə cavab verərdi. Mənsə həmişə deyirdim:
“Ona görə dağlar qədər deyirəm ki, dağlar həmişə yaşayır, zirvədə olur. Günəş isə sönür, sonra yanır. Siz isə həmişə sönməzsiniz. Odur ki, Sizi ancaq dağa bənzədirəm””.
İndi isə həmin xalq artisti Azərbaycanın hazırkı prezidenti barədə xoş sözlər deyir. Amma nədənsə onu nə peyğəmbərə, nə dağa, nə də günəşə bənzədir. Görəsən, bu, xalq artistinin getdikcə realistləşməsinin, yoxsa prezidentlərə duyduğu sayqı fərqinin göstəricisidir? Ümidvarıq ki, xalq artisti azarkeşlərinin beynində yaranan bu suala aydınlıq gətirəcək.
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 2024 10:44
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Üçüncü sinifdə oxuyanda məni Zeynəb Xanlarovaya verdilər
11 mart 2024 20:08
- Ərləri məmur olan məşhurlarımız (FOTO/SİYAHI)
10 mart 2024 16:54
- ƏLİQANLI OVÇUYA DƏRVİŞ LİBASI GEYİNDİRMƏZLƏR...Kəramət Kəramət yazır
19 fevral 2024 13:55
- Zeynəb Xanlarovanın bacısı oğlundan xəbər var
12 fevral 2024 10:06
- Hacı Zeynalabdin Tağıyevin oğlunun tabutu önündə fotosu
27 yanvar 2024 11:58
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53