Camalovların biznesinin siyahısı ŞOK

Azərbaycanda yüksək vəzifə tutmuş şəxslərin, nazir və bəzi deputatların ailələrinin malik olduğu varidatın, sərvətin miqyasını sadə vətəndaşların təsəvvür belə etməsi mümkün deyil. Onların malik olduqları əmlakların, biznes sahələrinin, ticarət və iaşə obyektlərinin sayı bəzən o qədər çox olur ki, yarımçıq siyahısını belə görəndə heyrətlənməyə bilmirsən.
Oliqarx nazir və məmurlar belə böyük sərvətlərə sahib olduqlarını gizlətmək üçün adətən bizneslərinin idarə olunması üçün xüsusi adamlar tuturlar. Bu adamlar onların bizneslərinin rəsmi olaraq idarəçiliyini həyata keçirir, xarici və yerli şirkətlərlə müqavilələr bağlayır, banklardakı maliyyə əməliyyatlarını reallaşdırır, dövlətə məxsus müəssisələri, obyektləri müxtəlif şəxslərin adına özəlləşdirir və sair işləri həyata keçirirlər. Yəni, faktiki olaraq sənəd üzərində oliqarx nazir və məmurlara məxsus əmlak və bizneslərin sahibi kimi görünürlər. Vaxtı gələndə isə, təbii ki, bütün bu sərvəti öz sahiblərinə ötürürlər.
Ona görə də, yüksək vəzifəli şəxslərin ailə biznesini idarə edənlər onların nələrə malik oduqlarını dəqiq bilirlər. Bu adamlar adətən oliqarxların yaxın ətrafından seçildiyindən onların adına sənədləşdirilən sərvətin əsl sahiblərini heç vaxt açıqlamırlar. Ancaq danışanlar da olur. Oliqarx ailələri tərəfindən haqsızlığa uğrayanların, müxtəlif səbəblərdən onlarla yollarını ayıranların içərisində, necə deyərlər, "sandığı açıb, pambığı tökənlər” də tapılır. Uzun illər boyu mərhum Müdafiə sənayesi naziri Yavər Camalovun ailəsinin biznesini idarə etdiyini bildirən Elçin Salamov da belələrindəndir.
O, Camalovlar ailəsinin ona və qardaşlarına qarşı haqsızlıqlara yol verdiyini bəyan edərək, Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib. "AzPolitika.info”-ya daxil olmuş həmin müraciəti qısa ixtisar və zəruri redaktə ilə dərs edirik:
"Cənab Prezident!
Ulu öndər, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olaraq, Azərbaycan üçün seçdiyiniz köklü inkişaf yolunda yürütdüyünüz uğurlu siyasəti, hər bir azərbaycanlı kimi mən də çox yüksək qiymətləndirir və həyata keçirdiyiniz yeni-yeni layihələri dəstəkləyirəm. Məlumdur ki, Azərbaycan Respublikasının inkişaf etmiş dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutması, ölkə daxilində aparılan yenidənqurma, abadlıq işləri, salınan yollar, yeni açılan müəssisələr, məhz Sizin sayənizdə ərsəyə gəlmişdir (bu barədə Feysbuk və İnstaqram səhifələrimdə də zaman-zaman qeydlər etmişəm).
Hörmətli Prezident, Siz hər zaman vətəndaşların hüququnu qorumaqla, məmur özbaşınalığı hallarına qarşı sərt mövqe tutmusunuz. Bunun da nəticəsi olaraq, biz, günahkarların ciddi olaraq cəzalandırılmasının dəfələrlə şahidi olmuşuq…
"Camalovun ailə biznesində işə qəbul edilmişəm, 17 il onlarla çalışmışam”
Möhtərəm Prezident! Mən, Salamov Elcin Zahid oğlu 1965-ci il təvəllüdlü, ali təhsilli (ali təhsilimi qirmizi diplomla başa vurmuşam), ailəli, 4 usaq atasıyam. Bakı şəhərində yaşayıram.
1997-ci ildə mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun ailə biznesində işə qəbul edilmişəm. 17 (on yeddi) il onlarla çalışmışam. Mənə bilavasitə olaraq nazirin oğlanları rəhbərlik edərək, gördüyüm işləri maliyyələşdiriblər”.
Elçin Salamov müraciətində əsas işinin nələrdən ibarət olduğunu aşağıdakı kimi sıralayıb:
Birinci işinin mərhum Yavər Camalovun "AzNeft” İstehsalat Birliyinə (sonralar MSN-nə) rəhbərlik etdiyi dövrdə oğlanlarının tapşırığı ilə həmin quruma lazım olan mal və avadanlıqların (avtomobil və ağır texnika təkərləri, dəmir-metal məmulatları, qazma avadanlıqları, qaynaq avadanlıqları, bir sözlə, istehsal üçün lazım olan hər cür mal və material) təchizatını həyata keçirmək olduğunu bildirib.Bu məqsədlə tez-tez Ukrayna, Turkiyə, Rusiya, Çin, BƏƏ, Gürcüstan kimi ölkələrin bir çox şəhərlərinə səfərlərə göndərildiyini, lazım olan mal və avadanlıqların istehsalçıları ilə danışıqlar apardığını, Camalovlar tərəfindən ona təqdim edilən müxtəlif firmaların adından müqavilələr bağladığını, alınan yüklərin dasınmasını təşkil etdiyini, ünvana çatdırdığını bildirir.
İkinci işi hazırda Camalovlara məxsus olan yaşayış və qeyri yaşayış sahələrini mebel və digər avadanlıqlarla, işçi personalı ilə təchiz etmək, orada biznes fəaliyyətı qurub yüksək gəlir əldə etmək olub. Elçin Salamov bu məqsədlər üçün lazım olan torpaq sahələri və ərazilərin də onun tərəfindən seçilərək alındığını, Camalovların yaxın əhatəsi və qohumlarının adına sənədləşdirildiyini iddia edir. Bildirir ki, müvafiq dövlət qurumlarından lazımi razılıqları aldıqdan sonra, onun rəhbərliyi altında həmin ərazilərdə Camalov qardaşlarının şəxsən tanıdıqları tikinti mütəxəssisləri tərəfindən yaşayış və qeyri-yaşayış sahələri tikilərək və ya təmir edilərək istifadəyə verilib.
Üçüncü işi dövlət qurumlarında (Gömrük Komitəsində, Vergilər Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Baki Şəhər İcra Hakimiyyəti və digər qurumlarda) Camalovları təmsil etmək olduğunu vurgulayıb.
Dördüncü işi ilkin olaraq Camalovlar tərəfindən alınaraq, onun – Elçin Salamovun adına özəlləşdirilmiş "Neftlayihətikinti” ASC-nin sədrinin müavini vəzifəsini yerinə yetirmək olub. Elçin Salamovun yazdığına görə, həmin ASC-ni Camalovlar sonradan öz qohumlari Əiyev Şahin Baratxan oğlunun adına keçiriblər. Bununla da kifayətlənməyib, həmin ASC-nin balansında olan qeyri-yaşayış sahələrinin, satılaraq 100-dən çox səhmdarın arasında bölüşdürülməməsi üçün yaxınlarının adına sənədləşdirməzdən əvvəl "müflis” elan ediblər. Hansı ki, özəlləşdirilmə dövründə balansında Səbayıl, Binəqədi, Suraxanı, Sabunçu, Siyəzən, Şirvan rayonlarında daşınan və daşınmaz əmlakı movcud olub. Bütün bu əmlaklar ASC ilə bərabər Camalovların ixtiyarına keçib.
Beçinci işi ezamiyyətdə olmadığı zamanlarda, Camalovlara məxsus aşağıda adları çəkilən şadlıq saraylarında keçirilən mərasimlərə nəzarət etmək, mərasimlər başa çatanadək iş yerini tərk etməmək olub.
Altıncı işi hər ayın sonu yığılan maliyyə vəsaitlərini Camalov qardaşlarına təhvil vermək, onlar tərəfindən təftiş edilmək olub.
Camalovlar ailəsinin mülkləri, biznes sahələri və obyektləri…
Sonra Elçin Salamov işlədiyi müddətdə Camalovlar ailəsinin hansı mülkləri, biznes sahələrini və obyektlərini əldə etdiklərini açıqlayıb. Siyahı həddən artıq geniş olduğundan, onu rayonlar üzrə qruplaşdırıb. Belə ki, Elçin Salamovun müraciətində yazdıqlarına görə, aşağıdakıların hamısı bir ailənin – Camalovlarındır:
I.Bakı şəhər Nərimanov rayonunda:
1 "KRAL” şadlıq sarayı;
2. "Anatolia” oteli;
3. "Premyer” oteli;
4. "Admiral” oteli.
5. "Ambiance” oteli;
6 "Aksesuar inşaat” mağazası;
7. "Azərbaycan İsrail” klinikası;
8. Nərimanov rayonu ərazısində onlarla qeyri yaşayış və yaşayış sahələri;
9. Teymur Əliyev və Həsən Əliyev küçələrində yerləşən onlarla dəbdəbəli villa.
II . Nəsimi rayonunda:
10.”Ambasador” oteli;
11. "Niaqara” restoranı;
10. "Niaqara” şadlıq sarayı;
11. "Olimpik Star” əyləncə mərkəzi;
12. "Qızıl Tac” şadlıq sarayı;
13. "Niaqara” restoranına bitişik "Araz” marketin binası;
14. "Niaqara” şadlıq sarayına bitişik pullu avtomobil dayanacağı;
15. "Olimpik Star” əyləncə mərkəzinə bitişik böyük sahəyə malik pullu avtomobil dayanacağı;
16. "Vətən” kinoteatrının yaninda ticarət mağazaları;
17. Füzuli kücəsində "Yapıkredibank”-ın fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi;
18. Həsən Əliyev 13 ünvanda yerləşən "Avtomobil Təmiri Mərkəzi”;
19. Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi.
III. Səbail rayonunda:
20. "Neftlayihətikinti” ASC və onun bütün əmlakları;
21. "Fəvvarələr meydanı” deyilən ərazidə yaşayış və qeyri-yaşayış sahələri;
22. Badamdarda bir neçə dəbdəbəli villa, həmçinin özlərinin yaşadıqları iki dəbdəbəli villa.
IV. Yasamal rayonunda:
23. Yasamal rayonu Cəfər Cabbarlı küçəsində "Yapıkredibank”-ın fəaliyyət göstərdiyi 3 mərtəbəli bina;
24. Bakı Apellyasiya Məhkəməsi yaxınlığında 2 ədəd dəbdəbəli villa.
V. Binəqədi rayonunda:
25. "ATRİUM” əyləncə mərkəzi və ona bitişik 1 ha-a yaxın torpaq sahəsi;
26. "VEQAS”idman mərkəzi;
27. 2 mərtəbəli PUB bar;
28. "Vorovski adlanan ərazidə böyük sahəyə malik pullu avtomobil dayanacağı;
VI. Bakıətrafı qəsəbələrdə və rayonlarda:
29. Mərdəkanda "Arzu” restoranı;
30. Buzovna, Türkan, Zirə, Şüvələn qəsəbələrində böyük ölçülü torpaq sahələri və onların içərisində inşa edilmiş çoxlu sayda dəbdəbəli bağ evləri;
31. Şirvan, İsmayıllı (Xənəyə kəndində), Quba (Qəçreş ərazisində), Xacmaz (Nabran qəsəbəsində), Xızı (Altıağac, Qızılqazma) Şamaxı (Çuxuryurd) rayonlarında böyük ölçülü torpaq sahələri. Onların bəzilərində də dəbdəbəli bağ evləri tikilib. (E.Salamov bir çox belə dasınmaz əmlak sahələrinin bilavasitə onun rəhbərliyi altinda ərsəyə gələrək Camalovların ailə biznesinin "balansina” əlavə edildiyin iddia edir).
32. Qusarda – "Şahdağ” Turizm Mərkəzinin ərazisində 1,2 ha. torpaq sahəsi və sair.
"Camalovların ailə biznesinə milyonlarla manat mənfəət vermişəm”
Daha sonra Elçin Salamov yazır ki, adıçəkilən daşınmaz əmlak sahələrinin bir çox hissəsi onun rəhbərliyi altında icarəyə verilib: "Qalan hissəsi isə fəaliyyət növünə uyğun olaraq, mənim tərəfdən işlədilərək idarə olunmuşdur. Ömrümün 17 ilini Camalovlara xidmət etmişəm, həmişə onlara sadiq olmuşam. Dəfələrlə qəfil təftiş edilmişəm. Tərəfimdən heç bir maliyyə pozuntusu hallarına rast gəlinməmişdir. İşlədiyim müddətdə Camalovların AİLƏ BÜDCƏSİNƏ MİLYONLARLA MANAT MƏNFƏƏT VERMİŞƏM.
Və bunun müqabilində hər ay dəyişkən olaraq, butün xərclər daxil 6000-8000 (altı-səkkiz min) manat maaş almışam. Görünür, Camalovlarin AİLƏ BİZNESİNİ tam qurub ərsəyə gətirdiyimdən və bu maaş səbəbindən (inanmıram ki, bu qədər işlər görən, bu qədər xeyir verən hər kəs, başqa bir səbəb, bəhanə qəbul edə bilər) daha kiçik məbləğlə çalışan insanlarla anlaşaraq, 2014 cü ildə məni işimdən azad etdilər.
Pul xətrinə "Kral” şadliq sarayında gizli qoyulmuş transformator vasitəsilə dövlətin elektrik enerjisini talayan məmur qardaşlardan başqa nə gözləyəsənki? Dövlətini talayanlar, işçisinin haqqını yeməkdən çəkinərmi? Mənə başqa bir iş təklif etmədilər və heç bir maddi köməklik də göstərmədilər. Bütün bunlar azmış kimi, Əmək kitabçamda gecə-gündüz çalışdığım bu 17 il barədə heç bir qeydiyyat aparmadılar. Bu səbəbdən də, heç bir yerdə işlə təmin oluna bilmirəm. 4 ildir ki, yaxınlarımın köməkliyi ilə birtəhər dolanıram. Mənim 54 yaşım var və bu yaşda mən yaxınlarımın əlinə baxıram. Halbuki, bu gün Camalovlar üçün qurub ərsəyə gətirdiyim biznesin aylıq gəliri milyonlarla manat səviyyəsində ölçülür. Mənim isə bir neçə banka kredit borcum var. Mən borclu qismində saxlanılsam, azyaşlı uşaqlarımın aqibəti necə olacaq?”
Elçin Salamovun sözlərinə görə, onun işdən çıxarılması azmış kimi, Camalovlar onun qardaşlarını da cəzalandırıb: "Zamanında işlərim çox olduğu üçün, qardaşlarımı da Camalovların xidmətinə cəlb etmişdim. Dəfələrlə Camalovlara etdiyim müraciətlərə cavab olaraq, "Kral” şadlıq sarayına Əmək Müfəttişliyi tərəfindən yazılmış cərimə, qardaşım Salamov Rahim Zahid oğlununun VÖEN-nə yonəldilib. Ödənilmədiyi üçün də məhkəmə tərəfindən ölkədən çıxışına qadağa qoyulmuşdur.
"Niaqara” restoranına yazılmış vergi cəriməsi isə digər qardaşım Salamov Emil Zahid oğlunun VÖEN-nə yönəldilmişdir.
Cənab Prezident, bütün bunlar mənim vətəndaş hüquqlarımın pozulması deyilmi? Gələcəkdə əmək pensiyamın hesablanmasına mənfi təsir göstərməyəcəkmi?
Mənə edilən bu haqsızlığa 4 ildir dözürəm. Və bu 4 ildə ilk olaraq SİZƏ kömək üçün müraciət edirəm. Çünki məhkəmələrin Camalovların tərəfini tutub, "Neftlayihətikinti” ASC-ni süni şəkildə, nəyin xətrinə müflis elan etdiklərini gözəl bilirəm…
Hörmətli Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm ki, Camalovlar üçün gördüyüm o qədər işin müqabilində haqsız olaraq işdən çıxarılaraq 4 il işləməməyimə görə, mənə təzminat ödənilib işlə təmin edilməyimə, Əmək kitabçamda müvafiq qeydlərin qanuna uyğun formada aparılmasına, işəgötürən tərəfdən müvafiq ödəmələrin reallaşdırılmasına köməklik göstərəsiniz. Həmçinin, qərəzli olaraq qardaşlarım Salamov Rahim Zahid oğlu və Salamov Emil Zahid oğluna yönəldilmiş cərimələrin Camalov qardaşları tərəfindən ödənilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”
P. S. Müraciətdəki iddialarla bağlı Camalovlar ailəsinin də mövqeyini işıqlandırmağa hazırıq.
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
7 sentyabr 2025 21:47
- Ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı məlum olub
23 avqust 2025 01:01
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
9 avqust 2025 11:23
- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1 avqust 2025 01:23
- Ustaların pulunu verməyən deputatın biznes SİYAHISI və köməkçisindən -dəyərli- məsləhət
24 iyul 2025 09:41
- Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı
9 iyul 2025 11:16
- Paraşütlə tullanıb... ÖLMƏK neçəyədir?
9 iyul 2025 11:09
- Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi
21 iyun 2025 13:58
- Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi
12 iyun 2025 17:13
- Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
11 iyun 2025 09:53
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43