Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” arasında əməkdaşlıq protokolu
Martın 5-də Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb.
NUH.az xəbər verir ki, protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kart, Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan “AzEduNet” şirkəti tərəfindən isə şəbəkənin resurslarına limitsiz çıxış imkanı və texniki dəstək xidməti ilə təmin ediləcək. Tərəflər həmçinin Bakcell şirkətinin təhsil sahəsinə aid korporativ sosial məsuliyyət layihələri çərçivəsində birgə əməkdaşlıq səylərini daha da gücləndirəcəklər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təmin olunmasıdır. Bu baxımdan ölkədə ən böyük daxili təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Nazir müavini qeyd edib ki, son illər şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin rəqəmsallaşdırılması istiqamətləri üzrə işlər həyata keçirilir.
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bu əməkdaşlığın ölkədə təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından strateji xarakter daşıdığını vurğulayıb. Nikolai Beckers diqqətə çatdırıb ki, Bakcell özünün genişmiqyaslı korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqətdə saxlayır və ölkədə təhsilin inkişaf etdirilməsinə töhfə verməyə çalışır. “Bakcell”in baş icraçı direktoru Təhsil Nazirliyi ilə birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib.
Tədbirdə Bakcell və “AzEduNet” şirkətləri tərəfindən ucqar kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinin təmənnasız şəbəkə imkanları ilə təminatı yüksək qiymətləndirilib.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31