ABŞ-da Azərbaycanı təbliğ edən yəhudi əsilli Abramov kimdir?
Müsahibə10 mart 2019 12:16
Bir vaxtlar Azərbaycana pənah gətirən yəhudi xalqı bu diyarda gördükləri isti münasibəti, xoş rəftarı heç zaman unutmurlar. Harada yaşasalar da Azərbaycanı təbliğ edir, soydaşlarımıza sevgi ilə yanaşırlar. Yakov Abramov da miliyyətcə yəhudidir, 24 ildir ki, Nyu Yorkda yaşayır. Amma Azərbaycanla nəfəs alır, necə deyərlər, bütün varlığı ilə bu məmləkətə bağlı insandır.
O, 1955-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində dünyaya gəlsə də, 1973-cü ildə Bakıdakı 18 nömrəli orta məktəbi bitirib. 1973-1978-ci illərdə indiki Azərbaycan Texniki Universitetinin nəqliyyat fakultəsində ali təhsil alaraq mühəndis ixtisasına yiyələnib. Bir müddət o vaxtki Avtomobil Yolları Tikintisi və İstismarı nazirliyinin elmi tədqiqat laboratoriyasında mühəndis, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. 1983-1986-cı illərdə Moskvada SSRİ Nəqliyyat və Tikinti nazirliyinin elmi tədqiqat institutunun aspiranturasında təhsil alıb. 1988-ci ildə geriyə dönərək, 1995-ci ilədək indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin avtomobil yolları kafedrasının laboratoriyasına rəhbərlik edib. 1995-ci ildən ABŞ-da yaşayır. İlk illər burada mühəndisliklə bağlı müxtəlif ixtisasartırma kurslarında oxuyub. 1998-ci ildən "Ammann Whitney" şirkətinin tikinti üzrə layihələr və təftiş şöbəsində çalışır…
…Ömür-gün yoldaşı Həvva xanım ixtisasca fizoterapevtdir. Böyük oğlu Orxanın 34 yaşı var, Amazon online satış şirkətində işləyir. Qızı Dinarə isə marketinq üzrə təhsil alıb və həmin sahədə çalışır...
Deyir ki,- "Biz ABŞ-a gələndə burada azərbaycanlılar çox az idi. Daim axtarırdım, günlərin birində əlimə "Azərbaycan" adlı bir jurnal düşdü. Arxasına baxıb orada qeyd olunan telefona zəng etdim. Bir sıra məlumatları alandan sonra, çox qısa bir zamanda, ötən əsrin 50-ci illərindən fəaliyyətdə olan "Amerika Azərbaycanlıları Asossasiyası"nın prezidenti Tomris Azəri ilə yaxından tanış oldum. Artıq 22 ildir ki, bu təşkilatla əməkdaşlıq edirik. Ümumiyyətlə, Tomris Azərinin Azərbaycanın Amerikada tanıdılmasında böyük xidmətləri var"…
...Yeri gəlmişkən, Amerikada olduğum bu nüçə ildə müşahidələrimin nəticəsini qeyd etməsəm insafsızlıq olar. ABŞ-da vətənimizlə bağlı onlarla təşkilat var. Tomris xanımın rəhbərlik etdiyi asossasiya bu təşkilatların hamısından əvvəl yaranıb. İndiyədək çox işlər görüb, Azərbaycan naminə xeyli layihələrə imza atıb. Necə deyərlər, bu mükəmməl cəmiyyət soydaşlarımızın ABŞ-da yaratdığı bütün təşkilatların anasıdır və yerli hakimiyyətlə, etnik təşkilatlarla sıx əlaqəsi var...
Yakov Abramov XXI-ci əsrin ilk illərində bir neçə soydaşı ilə birlikdə "Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi"ni yaradır. Və bu mərkəz icma tədbirləri ilə yanaşı Azərbaycanla bağlı tədbirlər də keçirməyə başlayır. Bir müddət sonra tədbirlərin miqyasını böyüdərək konfranslar, filmlərin nümayişi, Azərbaycan rəssamlarının sərgiləri, bəstəkarlarımıza həsr olunan gecələr və s. mədəni-kütləvi tədbirlər həyata keçirir. Söylədiyinə görə, həmin tədbirlərə ölkəmizin BMT-dəki rəsmiləri həmişə dəstək olublar. 2003-cü ildən işıq üzü görən, azərbaycan, rus, ingilis dillərində məqalələrlə vətənimizi tərənnüm edən "Yeni Üfüqlər" qəzeti bu gün də oxucuları tərəfindən sevilə-sevilə oxunur. Hər beş ildən bir Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayında iştirak edir...
Hazırda azərbaycan dilinin tədrisi layihəsi üzərində işləyir. İstəyir ki, ABŞ-da yeni gələn nəsillər ana dilimizi unutmasınlar, bu dildə sərbəst danışmağı bacarsınlar. Arzulayır ki, "Qarbağ şikəstəsi" tezliklə Şuşa qalasında səslənsin. Amerikaya köçmək istəyənlərə isə tövsiyyəsi belə oldu- "Hər kəs öz seçimində azaddır. Gəlsinlər, amma milli kimliklərini, soyköklərini unutmasınlar"…
Elman Eldaroğlu,



Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
