Məktəbli qızın intiharının dəhşətli təfərrüatı – Oğlanlar təpikləyib, müəllimlər gizlədib
Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin təfərrüatları məlum olub. Özünü məktəbin üçüncü mərtəbəsindən atan qızcığaz uşaqlara xas olmayan qəddarlığın qurbanı olub. O özünə qapılaraq, intihara əl atıb.
14 yaşlı Elina Hacıyevanın anası Sevil Hacıyeva Oxu.Az-a qızının intihara əl atmazdan əvvəl ətrafında cərəyan edən hadisələr barədə danışıb.
Onun sözlərinə görə, məktəbli qızı aprelin dördü, 09:11 radələrində özünü məktəbin dördüncü mərtəbəsindən atıb. Yeniyetmə çoxsaylı ağır xəsarətlər alıb. 12:00-da uşağın anasına zəng edərək baş verən bədbəxt hadisə barədə məlumatlandırıblar. “Qızınız özünü üçüncü mərtəbədən atıb, ancaq narahat olmayın, hər şey yaxşıdır. Onu Kiliniki xəstəxanaya yerləşdiriblər”, – deyə S.Hacıyevaya bildirilib.
“Həkimlər dedilər ki, onun çanaq sümüyü sınıb, döş qəfəsi əzilib, ağ ciyərləri zədələnib. Ancaq məni yanına buraxmadılar”, – deyə S. Hacıyeva söyləyib. S.Hacıyeva baş verən hadisənin şokundan əlavə, məktəb müəllimlərindən ünvanına xoşagəlməz sözlər eşidib. Ananı etinadsızlıqda, laqeydlikdə ittiham edirlər.
“Sən demə, qızım biologiya müəllimi Leyla Mixaylovnanın onunla kobud davranması ilə bağlı rəfiqəsinə gileylənibmiş. Bundan heç xəbərim yox idi. Müəllimlə danışmaq istədim, ancaq zənglərimə cavab vermir”, deyən ana qeyd edib ki, övladının problemlərin 203 saylı məktəbdən bu məktəbə keçən andan başlayıb.
162 saylı orta məktəb Hacıyevlərin qaldığı evin yaxınlığında yerləşir, ona görə uşağı elə ora köçürməyi qərara alıbmışlar. Ancaq nədənsə, qız məktəb yoldaşlarının xoşuna gəlməyib. Onu ələ salmağa və müxtəlif aşağılayıcı adlar qoymağa başlayıblar. Sonradan hücumlar daha aqressiv hal alıb.
Elina özünü müdafiə edə bilməyib və nəticədə özünə qapanıb. Həmyaşıdlılarının ona qarşı münasibətindən anasına bir neçə dəfə şikayət edib. Anası direktorun yanına gedib, məktəbdə baş verənlər, məktəb yoldaşlarının onun qızına qarşı davranışları barədə onunla danışıb. Direktor məsələni araşdırmağa söz versə də, heç bir ölçü götürülməyib.
“Elinanın rəfiqəsi məktəbin tədris şöbəsinin müdiri Lalə Arifovnaya Azərbaycan şöbəsinin 10-11-ci siniflərində oxuyan oğlanların mənim qızımı təpiklədiyini danışıb. Uşaqlar başqalarını da onunla pis rəftara təşviq edib. Şöbə müdiri qızımın rəfiqəsinə tapşırıb ki, bu barədə bizə heç nə deməsin, ona məsələni araşdıracağına söz verib”, – deyə Elinanın anası qeyd edib.
Son iki həftə ərzində Elina dərslərini buraxmağa başlayıb. O, çantasını götürüb, məktəb saatında evdən çıxırmış, vaxtında da evə qayıdırmış. Ancaq sonradan məlum olub ki, sən demə, bu vaxt ərzində məktəbdə nadir hallarda gözə dəyib. Elina təhsilə olan marağını itirib, kafi və qeyri-kafi qiymətlər almağa başlayıb. Ancaq görünən odur ki, bu, təhsil ocağında az adamı maraqlandırıb.
“Sinif rəhbəri Çimnaz Hacıyeva bir dəfə zəng edib, qızımın haralarda olduğunu, dərslərə niyə gəlmədiyini soruşmayıb. O əlinə qolbaq, qulağına sırğa salanda buna müəllimləri o dəqiqə reaksiya göstərirdi. Ancaq qızıma qarşı belə aqressiv davranışlara və məktəblilərin tərbiyəsizliyinə, nədənsə göz yumublar”, – deyə Hacıyeva gileylənib.
Müəllimlər hər şeydə valideynləri günahlandırır. Halbuki bütün bu xoşagəməz hallar məhz məktəbin ərazisində yaşanıb. Niyə uşaqlardan başqa heç kim bu rüsvayçılığa reaksiya göstərməyib?
Məktəb və Təhsil Nazirliyinin bu hadisə ilə bağlı göstərəcəyi reaksiya hamıya maraqlıdır.Yeri gəlmişkən, bu qızın artıq ikinci intihara cəhdi olub. Bir neçə ay əvvəl Elina rəfiqəsi ilə arasında düşən mübahisə ucbatından depressiyada olub. Həmin vaxt valideynləri onunla söhbət aparıb, ona izah ediblər ki, həyat ən böyük dəyərdir və belə ağılsız addımı atmaq olmaz.
Ancaq qızın özünəinam səviyyəsi çox aşağı olub. Məktəbliyə mənəvi yardım göstərmək, onun maraqlarına, istəklərinə hörmətlə yanaşmaq, onu olduğu kimi qəbul etmək əvəzinə, həmyaşıdları ona psixoloji təsir göstəriblər. Anası Elinanın evə qayıtdığını, tez-tez göz yaşı tökdüyünü görüb. Ancaq nə baş verdiyini soruşanda qısa cavablar verib və təfsilata varmayıb. S.Hacıyevanın dediyinə görə, qızını çıxarıb yaxınlıqdakı başqa məktəbə köçürməyə çalışsa da, qızının qiymətlərinin ürəkaçan səviyyədə olmamasına və siniflərin dolu olmasına görə onu qəbul etməyiblər.
Özünü pəncərədən aşağı atmazdan qabaq, qız 30 ketotifen (sakitləşdirici və yuxugətirici – red.) həbi içib. Bu o anlama gəlir ki, Elina qəti şəkildə intihar etmək qərarına gəlib. Səbail rayon prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. İlkin istintaq versiyasına görə, hadisə E. Hacıyevanın bir məktəbdən başqasına keçidi, məhz həmyaşıdlarının ona qarşı olan münasibətləri ilə əlaqədar olub.
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Terror zamanı Müslüm Maqomayevin də muzeyi yanıb ...
23 mart 2024 17:53
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
- İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
23 mart 2024 07:58
- Röya Ayxan Moskvada ölümdən belə qurtuldu - 2 dəqiqədən sonra səhnəyə çıxacaqdım...
22 mart 2024 23:16
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05