Allahşükür Paşazadənin iranlı ayətullahla SSRİ-də keçirdiyi konfrans - Ərdəbili Bakıya niyə gəlmişdi? (FOTOLAR)
Reportaj7 aprel 2019 11:37
İnternetdə İranın məşhur siyasi və din xadimi olmuş, ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin 1991-ci ilin əvvəlində Azərbaycana səfəri və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə birgə keçirdiyi mətbuat konfransının videosu yayımlanıb.
Maraqlı kadrların yer aldığı bu səfər hələ SSRİ-nin mövcud olduğu zaman - 1991-ci ilin mart ayında baş tutub.
Bunu sovet Azərbaycanın tarixində İrandan gəlmiş nüfuzlu ayətullahın ilk səfəri hesab etmək olar. SSRİ-nin son illərində sərhədlərin açıldığı və ictimai münasibətlərin yeni müstəvi üzərində formalaşdığı bir məqamda iranlı din xadiminin bu səfəri özünün ictmai-siyasi mesajı baxımından diqqətçəkəndir.
Şeyxülislam Allahşükür Paşazadə ilə birgə keçirdiyi mətbuat konfransında Ərdəbili bir sıra sualları cavablandırıb. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin qaynar vaxtına təsadüf edən bu səfər heç bir halda təsadüfi sayıla bilməzdi. Müxtəlif maraqların diqqətində olan ölkəmiz o zaman ciddi sınaqlar qarşısında dururdu. Bu müstəvidə dini münasibətlərə yeni baxış, etiqad azadlığının siyasi mübarizə kimi yönləndirilməsi cəhdləri ortada idi. Odur ki, iranlı ayətullahın səfəri də ateist cəmiyyətdən çıxmış azərbaycanlılar üçün bir mesaj sayıla bilərdi.
Bu baxımdan mətbuat konfransında Şeyxin siyasi hazırlığı və mesajları diqqət çəkir.
Allahşükür Paşazadə mətbuat konfransıdakı çıxışında hələ ki SSRİ-nin tərkibində olan Azərbaycanla İran arasında olan münasibətlərin təkcə dini deyil, həm də milli olduğunu açıqlayır və hər iki tərəfdə yaşayanların eyni xalq olduğunu vurğulayır.
QMİ sədri dünyada islam dininə qarşı bir mənfi ovqatın yaradılması cəhdindən narahat olduğunu deyir. Onun hələ o zaman nümayiş etdirdiyi mövqeyi elə Azərbaycanın sonrakı siyasətində aparıcı prioritetə çevrilmiş tolerantlıq və dözümlülük prinsiplərinə söykənir:

"Bu gün Qərb dövlətləri islamı mənfi çalarda göstərmək istəyirlər. Hər yerdə xristian dininin təbliğatı gedir. Biz bundan fərəhlənirik. Kilsələri təmir edirlər, biz bunun əleyhinə deyilik. Bizə bunu öyrədən dinimizdir. Amma islam dinində bir dirçəliş olanda tez onların gözünə başqa cür görünür. "İslam fanatizmi”, "islam ekstermizimi” deyilən sözlərlə bizə boyunduruq salmaq istəyirlər. Bu, xalqlardan yox, müəyyən dairələrdən gələn bir fikirdir. Müxtəlif dünlərə məxsus xalqlar bir-birini gözəl başa düşür. Bu gün mən xristianları gözəl başa düşürəm, xristianlar də məni”.
A.Paşazadə çıxışında qeyd edir ki, bu gün dini məsələ ilə milli məsələni bir-birinə qarışdırıb onları qarşı-qarşıya qoymaq çox böyük fəlakət gətirə bilər:
"Biz buna imkan verməyəcyik. Əgər bir xalq özünün əqidə azadlığını istəyirsə, bunu islam ekstremizmi adlandırmaq doğru deyil”.
QMİ sədri bildirir ki, Azərbaycanda milli şüurun yüksəlməsində minillik islamın rolu var. Onu bu gün tamam bir kənara atmaq, qiymətləndirməmək düzgün deyil.
Daha sonra şeyxülislam mühüm bir məqamı açıqlayır. O, müxtəlif qüvvələrin dinə yarlıq vuraraq "İran islamı”, "Türkiyə islamı” kimi ayırmalara etiraz edir: "Burada bəzi adamlar "İran islamı” adından istifadə edirlər. Bu böyük bir səhv olardı. İranın heç vaxt özünün islamı ola bilməz. Türkiyənin, Azərbaycanın da özünün islamı ola bilməz. İslam Quranla bizə çatdırlan Allahın hökmüdür. Dinin necə inkişaf etməsi o dövlətin özünün daxili məsələsidir. Xalqı belə yarlıqlarla qorxutmaq düzgün deyil”.
A.Paşazadə əslində bu bəyanatla məzhəb təbliğatları üçün münbit yer kimi Azərbaycanı seçmək istəynlərin niyyətinə qarşı mövqeyini nümayiş etdirir. QMİ sədri xalqımızın mədəni xəzinəsinin zənginliyini vurğulayır və bu bazada Azərbaycan cəmiyyətinin inkişafı üçün böyük imkanlar olduğunu deyir: "Əgər yenidənqurma keçmişi dağıdıb yenidən qurmaqdırsa, biz onun tərəfdarı deyilik. Biz öz keçmiş tariximizin üzərində yeni tarix qurmağı bacarmalıyıq”.
Sonra çıxış edən ayətullah Ərdəbili İran və Azərbaycan arasında münasibətlərin gələcək perspektivlərinə toxunur.
Jurnalist Zülfüqar Rüfətoğlunun "islamın Azərbaycandakı hazırkı vəziyyətinə necə qiymət veririsiniz” sualını cavablandıran Ərdəbili bildirir ki, SSRİ-də "Azərbaycan xalqının əməllərində, qəlbində islamın kökü qırılmasa da, amma incəlib”.
Daha sonra "Bakinskiy raboçiy” qəzetinin müxbiri "İranda nə qədər azərbaycanlı yaşayır” sualını verir.

Ayətullah Ərdəblinin cavabı maraq doğurur. O bildirir ki, İranda Azərbaycan iki ostana ayrılıb. Bundan sonra Ərdəbili rəqəmləri açıqlayır: "Deyəcəyim rəqəm təqribidir və təqribən 9 il əvvələ aiddir (1980-ci ilə-red.) Biz inqilab etdik. Mən də yeni dövlət üçün hazırlanan qanunvericilik prosesinin içində idim. Biz ölkəni ostanlara bölürdük və hər ostan üzrə deputat sayını müəyyən edirdik. O zaman Şərqi Azərbaycanda yaşayan 4 milyon 500 min azərbaycanlını qeydə aldılar. Qərbi Azərbaycanda yaşayanlar ondan az idi. 2 milyon... Bu iki ostanda cəmi 6 milyon yarım azərbaycanlı var idi o zaman... Bu 8 ildə say xeyli artıb. İndi 10 milyondan çox olar. İranın bir çox əyalətlərində türklər yaşayır. Həmədanda, Xorasanda, Zəncanda... Tehranın özündə də türklər farslardan az deyil”.
Ərdəbili deyir ki, səfəri zamanı iki ölkə arasında mədəni əlaqələrin yaradılması, turizm və dini ibadətgahları ziyarət üçün imkanları müzakirə ediblər. Ərdəbili bildirir ki, gələcəkdə Nizmi adına İran- Azərbaycan Dostluq Cəmiyyətinin yaradılması, Elmlər Akademiyası ilə müştərək əməkdaşlıq, kitab mübadiləsi planı var.
Daha sonra Ərdəbilinin Azərbaycan xarici işləri nazirinin müavini Albert Salamovla görüşü əks olunur. Bu görüşdə dini rəhbər XİN rəsmisindən azərbaycanlıların Məşhədə ziyarətlə bağlı viza məsələsinin həlli yollarını müzakirə edir. A.Salamov bildirir ki, "bizdən nə asılıdır edirik. Xahişlərə baxarıq, imkan daxilində yenə edərik”.
Kadrlarda həmçinin, ayətullah Ərdəbilinin otaqda olanlarla söhbəti yer alıb. Videoda nümayəndə heyəti arasında sonradan İranın müstəqil Azərbaycan Respublikasında səfiri olmuş Əhəd Qəzayi də var.
Qeyd edək ki, Ayətullah Musəvi Ərdəbili 1926-cı ildə Ərdəbildə dünyaya gəlib. Onun əsili Naxçıvandandır. Ordubaddan olan ailəsi sonradan Ərdəbilə köçüb.
Müsəvi Ərdəbili İranın tanınmış siyasi və din xadimi olub. O, İran İslam Respublikasının Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb. 1979-cu il inqilabından sonra Konstitusiyanın yazılmasında Müsəvinin əvəzsiz rolu olub.
İnqilabın ilk illərdində İranın Ədliyyə Nazirliyinə rəhbərlik edib. İslam İnqilabının banisi Ayətullah Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili orada məskunlaşıb.
2016-ci ilin noyabrında, 90 yaşında vəfat edib.
Oxşar xəbərlər
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya







