- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
Tağı Əhmədov 3 milyonu kimə verib?
Kriminal20 aprel 2019 19:04
Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədovun 3 milyon manatını ələ keçirən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə verdiyi ifadəsi məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tağı Əhmədov bildirib ki, Bakı Metropolitenini rəisi vəzifəsindən azad olunduqdan sonra, 2014-cü ilin yaz aylarında əvvəldən tanıdığı Rəsul adlı MTN əməkdaşı ona zəng vurub, Hüseyn Cavid bağında görüşüblər: "Rəsul adlı MTN əməkdaşı Akif Çovdarovun məndən nazirliyə çoxsaylı şikayət ərizələrinin daxil olduğunu dedi. Bu şikayətlərin qarşısını almaq, mənim xeyrimə həll etmək üçün müəyyən məbləğdə pul istədiyini bildirdi. Ancaq konkret məbləğ söyləmədi. Rəsula heç kimə hər hansı məbləğdə pul verməyəcəyimi dedim”.
Tağı Əhmədovun sözlərinə görə, Akif Çovdarovun qanunsuz hərəkətləri barədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məlumat vermək məqsədilə onun iş telefonuna bir neçə dəfə zəng edib və köməkçisi Vüqar Mahmudovla danışıb:
"Özümü Vüqar Mahmudova təqdim etdim, nazirlə danışmaq istədiyimi dedim. Vüqar Mahmudov nazirin məşğul olduğunu söylədi. 5-6 dəfə zəng vurduqdan sonra Vüqar bildirdi ki, nazirlə danışmaq istədiyimi Eldar Mahmudova çatdırıb, nazir də bu məsələni Akif Çovdarova tapşırıb, məsələmi onunla həll etməli olduğumu söyləyib.
Bundan sonra Akif Çovdarovun məndən istədiyi puldan Eldar Mahmudovun da xəbəri olduğunu yəqin etdim”.
Tağı Əhmədov qeyd edib ki, bir neçə gün sonra MTN əməkdaşı Rəsulla yenə H.Cavid parkında görüşüb: "Rəsul Akif Çovdarovun həmin vaxt Xətai rayon Məhkəməsində hakim vəzifəsində işləyən oğlum Rauf Əhmədovu yanına çağırmaq istədiyini bildirdi. Həmin dövrdə bir sıra öyrədilmiş adamlar mətbuatda oğlum haqqında şər-böhtan yazırdılar.
Həmin yazıları Akif Çovdarovun mənə hədə-qorxu gəlmək üçün yazdırdığını düşündüm. Rəsuldan soruşdum ki, Akif Çovdarov oğlumu nə səbəbə nazirliyə çağırmaq istəyir. Rəsul bunun səbəbini bilmədiyini dedi. Yalnız söylədi ki, Akif Çovdarovun sözlərini mənə çatdırır, əlavə etdi ki, Çovdarov Rauf özü nazirliyə gəlməsə, başına torba keçirdərək gətizdirəcəyini bildirib. Ürək xəstəsi olan oğlumun səhhətindən narahat olduğum üçün Akif Çovdarovun məndən nə qədər pul istədiyini soruşdum. Rəsul Akif Çovdarovun 3-5 milyon manat arasında pul istədiyini dedi. Ona 3 milyon manat verə biləcəyimi söylədim.
Rəsuldan ayrıldıqdan sonra evimdə olan 44 illik əmək fəaliyyətim nəticəsində yığdığım həmin məbləğdə pulu düzəltdim. Rəsulla əlaqə saxladım, o da zəng edərək mənə məlumat verəcəyini dedi”.
Tağı Əhmədovun sözlərinə görə, bir müddət sonra Rəsul ona zəng vurub: "2014-cü ilin aprel ayının əvvəlləri idi. Rəsul pulu aprel ayının əvvəllərində, səhər tezdən 20 saylı orta məktəbin yaxınlığında, Müdafiə Nazirliyinin Ordu İdman Klubuna qarşı tərəfdə, Parlament prospektinə düşən küçədə, qara rəngli "CİP” markalı avtomaşında Akif Çovdarovun şəxsən özünə vermək lazım olduğunu dedi.
Akif Çovdarovla görüşmək istəmədiyimdən pulu qardaşım oğlu Əli Əhmədov və oğlum Ruslanın çatdıracağını Rəsula dedim. Akif Çovdarova vermək üçün hazırladığım 3 milyon manatın 1.200.000 ABŞ dolları, 1.500.000 avro, 300.000 isə manat əskinasda olub. Pulların hamısı birgə 3 milyona bərabər idi.
Rəsulla danışandan sonra həmin pulları oğlum Ruslana verdim. Kömək üçün qardaşım oğlu Əli Əhmədovu da çağırdım. Həmin pulları oğlum və qardaşım oğlunun necə qablaşdırmasından, nəyin içinə qoymalarından məlumatım yoxdur.
Əli və Ruslan qeyd olunan pulu aprelin 10-dan 12-nə kimi olan dövrdə, tarixin dəqiq xatırlamadığım zamanda Akif Çovdarova şəxsən veriblər. Pulu verəndən sonra Akif Çovdarov və digərləri ilə hər hansı bir əlaqəm, təmasım olmayıb”.
Tağı Əhmədov bildirib ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov işdən çıxarıldıqdan sonra Rəsula zəng edib və Akif Çovdarovun ondan aldığı pulu qaytarmasını tələb edib: "Rəsul sözlərimi çatdıracağını dedi. Bir müddət sonra cavab verdi ki, Akif Çovdarov heç bir pul görmədiyini, almadığını deyir.
2014-cü ilin aprelində 3 milyon manat pul verməzdən bir-iki gün əvvəl metronun "Koroğlu” stansiyasında işləyən ticarət işçilərindən Elşən adlı şəxsi və qardaşım oğlu Şövqünü Akif Çovdarovun işçiləri qanunsuz olaraq iş yerlərindən nazirliyə aparıb, orada onların hər ikisini döyüblər. İşə qarışandan sonra, yəni nazirin köməkçisi Vüqar Mahmudova zəng vurandan sonra onların hər ikisini buraxıblar.
Akif Çovdarovun belə təzyiqlərindən sonra 2014-cü ilin aprel ayında 3 milyon manatı Akif Çovdarova çatdırmışam. Yalnız bundan sonra Akif Çovdarov məndən və yaxınlarımdan əl çəkib”.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.
Oxşar xəbərlər
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 2025 20:55
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 2025 10:52
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 2025 16:51
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 2025 14:02
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 2025 23:18
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 2025 21:57
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 2025 12:13
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 2025 22:22
Xəbər lenti
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
- Azpetrol şirkəti də Ruslan Eyyubova məxsus imiş
26 dekabr 22:20
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 17:14
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 16:50
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 16:27
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 14:02
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 13:35
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 12:22
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 11:37
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 11:30
- Kadırov da Prezidenti təbrik etdi
26 dekabr 01:11
- 2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı (VİDEO)
26 dekabr 00:35
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 21:34
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 21:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 19:20
- Oqtay Əsədovun qızı vəfat etdi
25 dekabr 18:43
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
20 dekabr 19:42
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
Video & Fotoqalereya
Video
Fotoqalereya
