Şəbnəm Tovuzlunun başına “Edem”də nə oyun açılıb? – Sensasion iddialar
Son 2 ildə “Sipark” İnşaatın rəhbəri Seymur İsayevin adı ən müxtəlif qalmaqallarda hallanır. S. İsayevin adı ilk olaraq müğənni Damla ilə sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin gündəmi oldu. Bu xəbərin səs-küyü tam sakitləşməmiş şirkət başqa bir mövzu ilə özünü “gündəmdə saxlamağı bacardı”.
Bu dəfə təqdim edəcəyimiz yazı isə “Sipark” İnşaatın rəhbəri Seymur İsayevin kriminallaşmış qruplaşmanın üzvü olduğunu isbat edir.
Müğənni Şəbnəm Tovuzlu – Əsədovanın qadın alveri ittihamı ilə Milli Təhlükəsizlik Nazirliyinə aparılaraq orada saxlanılması geniş müzakirələrə səbəb olub.
“Akif Çovdarov məşhur qadın müğənninin evini əlindən alıb” sərlövhəli yazıda Famil adlı bir iş adamının sifarişi ilə Akif Çovdarovun müğənnilərdən birini MTN-ə apararaq orada saxlaması haqda yazmışdıq. Lakin müğənninin kimliyini bəzi etik səbəblərdən açıq yazmamışdıq…
Həmin yazı dərc ediləndən sonra Qafqazinfo.az saytı MTN-ə aparılan müğənninin Şəbnəm Əsədova olduğu haqda xəbər yaydı. Bundan sonra müğənni, onun prodüseri əvvəlcə məlumatı yalanlamağa çalışdılar. Amma ümumilikdə müğənninin evinin əlindən alınmasını, Famil adlı şəxslə problemlər yaşamasını təsdiqlədilər.
Şəbnəm Əsədova “Yeni Müsavat”a bu haqda açıqlama verib. Müğənni deyib ki, xəbərlərdə adı hallanan Famil Xəlilov onun rəsmi nikahla əridi:
“Bizim həm rəsmi nikah sənədimiz var, həm kəbinimiz. Yəni o adam mənim sevgilim deyil. Akif Çovdarvla da əlaqəsi ola bilər. Çünki iş adamıdı, onun hər kəsli münasibətinin olması təbiidir. Sözügedən evə gəldikdə, biz o evi satmışıq, amma kiminsə onu mənim əlimdən zorla alması barədə deyilənlər tam yalandır”.
Müğənninin əri Famil kimdir?
Xanım müğənninin sponsoru olan (özünün iddiasına görə isə əri) Famil adlı şəxsin kimliyi də maraq doğurur. Bu səbəbdən də onun Akif Çovdarovla əlaqələrini də araşdırmaq qərarına gəldik.
Öyrəndik ki, Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan gəlib. Həmin vaxt onunla birgə Bakıya Zaur Rəfael oğlu İmamverdiyev də gəlib. Bakıda F.Xəlilovla Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes ortaqlığına qərar veriblər. “Evrostroy” tikinti şirkətində həmin vaxt S.İsayevlə Hacı Rafael Qarayev şərik olublar.
S.İsayevin şirkətə həmyerlilərini şərik etmək istəməsi R.Qarayevin ciddi narazılığı ilə qarşılanıb. Aralarında mübahisə yaranıb. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisələr sonda S.İsayevin A.Çovdarova müraciəti ilə nəticələnib.
MTN-ə sifarişlə apartdırılan təkcə Şəbnəm Əsədova olmayıb…
Qaynağımız bildirib ki, A.Çovdarov S.İsayevin tikinti şirkətini himayə edib. A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub. S.İsayev şəriki Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar. Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsyevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər.
Akif Çovdarovun həbsindən sonra Famil Xəlilovla Seymur İsayev Azərbaycanı tərk ediblər.
Bundan sonra Şəbnəm Əsədovanın sponsoru Bakıda çoxmərtəbəli binalar tikən şirkətin şəriklərindən birinə çevrilə bilib. Famil Xəlilovla Seymur İsayev Akif Çovdarovun həbsindən sonra Azərbaycanı tərk ediblər. Onların Türkiyədə məskunlaşdıqları haqda da məlumat var. Bildirilir ki, S.İsayev Türkiyədə otelçiliklə məşğuldur, onun “Sipark” adlı oteli var. Şəriklərin Azərbaycanda qazanılan pullarla Dubayda çoxmərtəbəli bina tikintisi ilə məşğul olduqları və Azərbaycana dönmək fikirlərinin olmadığı haqda da məlumatlar var. Qaynağımızın verdiyi məlumatlardan belə aydın olur ki, bunun üçün şəriklərin ciddi əsasları var. Belə ki, onların başına gətirilən xoşagəlməz hallarla bir çox iş adamları da üz-üzə qalıblar. Şəriki Hacı Rəfael Qarayevdən savayı S.İsayevlə bu və ya digər formada narazılığı olan şəxslər Akif Çovdarovun idarəsinə aparılıb. Orada təhdid olunub. Bir çox şəxslərin isə “Evrostoy”un Həsən Əliyev küçəsindəki 7 mərtəbəli binanın zirzəmisinin “qonağı” olduqları da bildirilir.
Şəbnəm Əsədovanın mənzilini əlindən alıb özünü “Edem”ə aparıblar
Ş.Əsədovaya gəlincə isə onun MTN-də 4 gün saxlanıldığı haqda iddia var. Həmin 4 gün ərzində müğənniyə Famil Xəlilovun bağışladığı, Keşlə bazarı ilə üz-üzə “Qafqaz” MTK-nın inşa etdiyi binadakı 3 otaqlı mənzildən zorla imtina etdiriblər. Həmin mənzili isə Famil Xəlilovun adamı Abbas Həsənlinin adına rəsmiləşdiriblər. Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən Seymur İsayevdir.
Guya Seymur İsayev onun MTN tərəfindən həbs edilməsini mətbuatda oxuyub və azad edilməsi üçün Akif Çovdarovdan xahiş edib. Maraqlı məqamlardan biri də budur ki, Şəbnəm Əsədova MTN-ə aparılandan dərhal sonra bəzi saytlarda onun qadın alverçisi kimi həbs edilməsi xəbəri yayılıb.
Bu gün də həmin xəbər saytlarda qalmaqdadır. MTN-dən azad edilən Ş.Əsədova həmin vaxt “Edem” restoranında olan S.İsayevin hüzuruna aparılıb. Orada müğənni ən sərt şəkildə danlanıb… “Yenicağ.az”
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 2025 00:06
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 2025 00:36
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir - Nəriman Nərimanovun oğluna məktubu
6 dekabr 2025 01:02
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Videodakı mənim qızım deyil - Deputat Günay Ağamalı
26 noyabr 2025 20:45
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Hitlerin DNT-si ilə bağlı iddia dünya mediasını silkələdi
14 noyabr 2025 00:39
- Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
11 noyabr 2025 00:21
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
