Sabiq nazir Azərbaycandakı şirkətlərini xaricə köçürür
Maraqlı1 may 2019 11:42
Sabiq nazirin "Synergy Group”na daxil olan 2 şirkəti ləğv olundu, İSMA-nın mağazaları fəaliyyətini dayandırdı
Sabiq vergilər naziri Fazil Məmmədovun böyük biznes imperiyasının Azərbaycan daxilindəki aktivlərinin "milliləşdirilməsi” prosesi yeni mərhələyə qədəm qoyub. Onun 2010-cu ildə təsis etdiyi "Synergy Group” MMC-yə daxil olan "Blossom Property” və "Blossom House” şirkətlərinin könüllü ləğvi elan edilib. 2013-cü ilin sonunda Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 9 ünvanında, kapitalına 10 min manat qoyulmuş "Blossom” firma adlı 5 şirkət təsis edilib. "Blossom Property” MMC-nin direktoru İlkin Quliyevdir. O, həmçinin Şəmkir rayonunda yerləşən "Synergy Capital Group” MMC-yə rəhbərlik edir. Mürsəl Əliyev "Blossom Mart” şirkətini idarə edir. Bu şəxs "Synergy” qrupuna aid bir çox şirkəti idarə edir. Digər şirkətlərə ("Blossom Capital”, "Blossom House” və "Blossom Group”) direktor təyin edilməyib.
Bundan başqa, Azərbaycanın ilk milli velosiped brendi İSMA-nın mağazaları fəaliyyətini dayandırıb. Bakıda Heydər Əliyev prospektində və "20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazalar bağlıdır. Eyni zamanda isma.az saytının işləməməsi də diqqəti cəlb edir. Faktı İSMA brendinin daxil olduğu "Synergy Group”dan da təsdiq ediblər.

"Synergy Group”un marketinq direktoru Murad Mirzəyev "Marja”ya açıqlamasında bildirib ki, İsmayıllı Velosiped Zavoduna məxsus mağaza fəaliyyətini dayandırıb. Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: ""20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcəkdir. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib". Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində "Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: "Mağazanın anbarında olan velosipedlər ”Maqnit" mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək".

Murad Mirzəyev bildirib ki, zavod fəaliyyətini dayandırmayıb. Zavodun isma.az saytının işləməməsi isə texniki problemdir, tezliklə sayt fəaliyyət göstətərəcək.
Fazil Məmmədov vəzifəsindən çıxarılandan sonra Gəncədəki obyektlərində təftiş başladığı deyilirdi. Hazırda Gəncə Beynəlxalq Xəstəxanasının da Fazil Məmmədovun nəzarətindən çıxarılmasına yönələn prosesin başlandığı da iddia edilir. F.Məmmədov uzun illər Azərbaycanın iri məmur oliqarxları sırasında qərarlaşan əsas fiqurlardan olub. 2000-ci ildə vergilər naziri təyin olunana qədər 1-2 milyonu böyük para hesab edən Fazil Məmmədov 2017-ci ildə vəzifədən çıxarılarkən sərvəti 100 milyonla ölçülə biləcək qədər artmışdı. Onun böyük biznes imperiyası var.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə xəbərlər yayılıb və bu günə qədər təkzib edilməyib. Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var. Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Fazil Məmmədov nazirliyi dövründə Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, "11 Mirrors Design Hotel” adlanır. Kiyevdəki "Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel "Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında "Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır. Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi "qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasında idi. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzi, "Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı. Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı.
Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri "özgəninkiləşdirməklə” əlindən çıxarılmasını önləmək istəyib, lakin yayılan son məlumatlar onu deməyə əsas verir ki, sabiq nazirin böyük biznesinin gizlədilmiş parçaları da "budanma”dan kənar qalmayacaq... Daha bir iddia da budur ki, Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
