Kollec məzunları bu il universitetə imtahansız qəbul olunacaq
Cəmiyyət3 may 2019 14:29
Ötən il "Təhsil haqqında" Qanunun 22-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən kollec məzunları ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul imkanından yararlana bilərlər. Hər iki təhsil müəssisəsində kredit əsaslı təhsil təşkil olunduğundan, subbakalavr təhsili alan şəxslərin ali təhsil müəssisəsinə qəbul olmaq üçün yenidən müsabiqə mərhələsini keçməsinə ehtiyac yoxdur.
Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov həmin vaxt açıqlamasında bildirmişdi ki, bu qaydalarda müəyyən olunacaq ki, hansı ixtisaslarla hansı ali təhsil müəssisələrinə daxil olmaq olar. Burada toplanan kreditlər ali təhsil müəssisəsində hesablanacaq.
Bundan başqa, nazirlikdən əlavə edilmişdi ki, subbakalavr təhsili olan şəxslər digər tələbələrə nisbətən universiteti daha tez bitirə biləcəklər:
"Unifikasiya ona gətirib çıxaracaq ki, kollecdə keçirilən fənlərin böyük əksəriyyəti həm məzmun, həm də kredit sayı etibarı ilə ali məktəblərdəkilər ilə eyni olacaq.Tələbə bakalavriat səviyyəsi üzrə təhsil almağa başlayanda artıq həmin bakalavriat proqramının bir hissəsini subbakalavrda mənimsəmiş və onlara görə kreditini ödəmiş olacaq. Bunun hesabına da kollec məzunu olmuş və ali məktəbdə təhsil alan tələbənin təhsil müddəti qısalacaq. Yəni tələbə 2,5-3 il müddətinə artıq bakalavriat səviyyəsini bitirmiş olacaq”.
Yeni qaydaların hazırlanması və tətbiqi üçün qurumlara 6 aylıq bir müddət verilsə də, hələ də bu barədə ictimaiyyət məlumatlandırılmayıb.
Bu zaman belə bir sual yaranır: Kollec məzunları üçün bu il qəbul hansı qaydalara əsasən aparılacaq?
Təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda qanunun tətbiq olunması üçün çatışmayan yeganə tərəf formatdır: "Prezident 6 aylıq bir müddət qoymuşdu, ancaq hazırda vaxt bitsə də, qanunun tətbiqi ilə bağlı hər hansı bir iş görülməyib. Aydındır ki, birinci il müraciət kütləvi olacaq. Səhv etmirəmsə, müstəqillik dövründə bu günə kimi kollecləri 700 minə yaxın tələbə bitirib. Hazırda oxuyanların sayı 54 mindir. Bu zaman sual yaranır ki, bu tələbələrin hamısı oxumaq istəsə, vəziyyət necə olacaq? Axı universitetlərin o qədər kadr potensialı, resursu yoxdur. Bundan başqa, hələ də bilinmir ki, qəbul Ali məktəblərə qəbul imtahanından sonra boş qalmış vakant yerlərə ayrılacaq, yoxsa ayrıca plan yeri olacaq?
Mən həm Təhsil Nazirliyinə, Həm də Nazirlər Kabinetinə elektron formada öz təkliflərimi göndərmişəm. Təklif edirəm ki, orta ixtisas təhsilini bitirmiş tələbələrin təhsil aldığı zaman topladığı ümumi bala əsasən orta bal çıxarılsın. Və beləliklə balı yüksək olanlar müsabiqəyə qoşulsun. Bundan başqa, bilirik ki, tələbələrin təqribən 40%-i kolleci fərqlənmə diplomu ilə bitirir.
Tələbələrin yerləşdirilməsi məsələsinə gəldikdə isə, hazırda bir çox kolleclər universitetlərin nəzdində fəaliyyət göstərir. Odur ki, burada bir çıxış yolu var. Hər kəs universitetdə sırf bitirdiyi ixtisas üzrə təhsilini davam etdirsin. Məsələn, pedoqoji kolleci bitirən elə Pedoqoji Universitetə daxil olsun.
Nəyin bahasına olursa olsun, bu il qəbul aparılacaq. Ancaq xeyli cavabı açıq qalmış suallar var.
Əvvəllər kolleclərdə hüquq ixtisası da var idi. Onların qəbulu necə aparılacaq? İxtisası ləğv olunmuş şəxslərin qəbulu necə aparılacaq? Və yaxud tibb bacısı ixtisası üzrə təhsil alanlar Tibb Universitetinəmi daxil olacaq?
Bu yaranmış suallarla bağlı da nazirliyə dəfələrlə sorğu göndərsəm də, cavab ala bilməmişəm. Nazirlər Kabinetindən isə cavab gəlib ki, qanun qəbul edilib, Prezident tərəfindən imzalanıb, sadəcə qaydalar müəyyənləşməyib və üzərində işçi qrupu işləyir.
Bugünkü gündə insanlar narahatdır. Həmin tələbələrin böyük əksəriyyəti qəbul imtahanlarında iştirak etməyib. Fikirləşirlər ki, qanunda edilmiş dəyişikliyə əsasən imtahansız universitetlərə qəbul alacaqlar. Bu təcrübə dünyada var və uğurlu bir addımdır”. ("Qafqazinfo")
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
