Aslanlı qardaşlarının bankı “batır”
Günün sitatı3 may 2019 15:39
Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının bankı kimi tanınan "Bank Avrasiya” nın maliyyə göstəriciləri getdikcə pisləşir. İlk baxışdan hətta elə gəlir ki, bank yavaş-yavaş "aradan çıxır”. Hazırda bu bankı ölkənin bank sektorundakı ən zəif həlqələrdən biri də hesab etmək olar.
Belə ki, ötən il R.Aslanlı vəzifəsindən uzaqlaşdırılan kimi, bankın ilin sonuna olan maliyyə göstəricilərində zəifləmə müşahidə olunmağa başladi. Bəlkə də bunu təsadüfi hal hesab etmək olardı. Lakin 2019-cu ilin birinci üç ayının maliyyə nəticələri göstərir ki, burada təsadüfi heç nə yoxdur. Ona görə ki, göstəricilər bankdakı geriləmənin daha da artdığını və dərinləşdiyini deməyə əsas verir.
2019-cu ilin 1-ci rübünə olan hesabata baxdıqda görürük ki, bankın cəmi aktivləri və cəmi öhdəlikləri kəskin şəkildə azalıb. "Bank Avrasiya”nın 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin birinci rübündə cəmi aktivləri 6 mln. 869 min manat azalaraq 155 mln. 347 min manata enib. Bankın cəmi öhdəlikləri isə təxminən 9 milyon (8 mln. 697 min manat) həcmində azalıb və cəmi 91 mln. 305 min manat təşkil edib.
Bankın öhdəliklərindəki azalma ilk növbədə müştəri depozitlərinin azalıması ilə əlaqədardır. Belə ki, hesabat dövründə müştəri depozitləri 9 mln. 221 min manat və ya 27 faiz azalaraq, 23 mln. 890 min manata enib.
Bu o deməkdir ki, müştərilər bankdan 9 milyon manatdan artıq pullarını çəkiblər. İstər-istəməz belə təəssürat yaranır ki, R.Aslanlı vəzifəsindən kənarlaşdırılandan və ətrafında yaranan müxtəlif qalmaqallardan sonra müştərilərin banka münasibətində mənfi mənada ciddi dəyişiklik baş verib. Çünki qısa müddətdə 9 milyon manatdan artıq depozitin geri çəkilməsini başqa səbəblə izah etmək olduqca çətindir.
"Bank Avrasiya” nın maliyyə durumunun ürəkaçan olmadığını göstərən daha bir məqam bankın mənfəətinin kəskin şəkildə azalmasıdır. Belə ki, 2019-cu ilin birinci rübündə bankın xalis mənfəəti demək olar ki, 0-a yaxın olub – cəmi 14 min manat.
Qeyd edək ki, "Bank Avrasiya”nın 2018-ci ilin yekunlarını əks etdirən hesabatına diqqət yetirəndə görünür ki, bankın 2018-ci ildə mənfəəti 2017-ci illə müqayisədə 1 milyon 168 min manat azalıb. O cümlədən bankın qeyri-faiz gəlirləri kəskin şəkildə azalaraq, 3 milyon 314 min manatdan 1 milyon 425 min manata enib.
Qeyri-faiz gəlirləri əsasən valyuta mübadiləsindən, kartlardan, komissiya haqlarından və s. yığılan vəsaitlər hesabına formalaşır. Bu o deməkdir ki, ya ötən il bankın xidmətlərindən istifadə edən qurumların sayında, ya da valyuta mübadiləsindən daxil olan gəlirlərdə ciddi azalma olub. İstənilən halda, qeyri-faiz gəlirlərinin 2 dəfədən çox azalması bir bank üçün olduqca mənfi tendensiyadır. Həmçinin, bankın qeyri-faiz xərcləri də artaraq, 4 milyon 634 min manatdan 5 milyon 5 min manata qalxıb.
Xatırladaq ki, rəsmi olaraq, "Bank Avrasiya”nın İdarə Heyətinin sədri olan Fuad Aslanlı Rüfət Aslanlının kiçik qardaşıdır və 2007-ci ildən bu vəzifəni daşıyır.
Elə həmin ilin əvvəlində də Rüfət Aslanlı Milli Bankın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdu və bu dövrü Aslanlının "çiçəklənmə” dövrü hesab etmək olar.
Hazırda isə sabiq məmurun taleyilə bağlı müəmma davam etməkdədir. Çünki vəzifədən kənarlaşdırılan R.Aslanlının ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumatlar yayılandan sonra Baş prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəsmi olaraq, onun barəsində araşdırma aparıldığını bəyan edib.
Mənbə: azpolitika.info
Oxşar xəbərlər
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Nazir onu agentlik sədri təyin etdi
8 yanvar 2026 12:34
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
3 yanvar 2026 12:19
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 2025 01:09
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 2025 10:42
- Ramiz Mehdiyevin Memarlıq İttifaqını ələ keçirməsinin tarixçəsi - Məşhur memar sirləri açdı
11 noyabr 2025 09:26
- Prezident qəbul keçirdi - FOTOLAR
5 noyabr 2025 12:03
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
28 oktyabr 2025 21:32
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 2025 20:39
Xəbər lenti
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
