Rusiyada Böyük Vətən müharibəsində Azərbaycanın rolu mövzusunda tədbir keçirilib - FOTO
Rusiyanın Kansk şəhərində "Böyük Vətən müharibəsində Azərbaycanın rolu" mövzusunda tədbir keçirilib.
"Report" xəbər verir ki, Kansk şəhərinin Diyarşünaslıq Muzeyinin elmi işçisi, Rusiyada yaşayan azərbaycanlı Əfsanə Cavidin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd yerli sakinləri azərbaycanlıların, Bakı neftinin Böyük Vətən Müharibəsindəki rolu barədə məlumatlandırmaq olub.
Ziyalıların, media təmsilçilərinin, yazıçıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general mayor Həzi Aslanov haqqında sənədli film nümayiş etdirilib. Təşkilatçı və aparıcı Əfsanə Cavid çıxış edərək müharibə zamanı şücaətləri ilə fərqlənmiş Sovet İttifaqı qəhrəmanları - İsrafil Məmmədov, Qafur Məmmədov, Baloglan Abbasov, Ziya Bünyadov və digər azərbaycanlı qəhrəmanlardan, onların keçdiyi döyüş yolundan söhbət açıb. Bununla yanaşı, azərbaycanlı döyüşçülərin partizan hərəkatındakı rolundan bəhs edib. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, Əhmədiyyə Cəbrayılovun habelə digər azərbaycanlıların faşizmə qarşı mübarizənin ön cəbhəsində olduğunu qeyd edən Ə.Cavid sonda diqqəti SSRİ rəhbərliyinin Azərbaycana, paytaxt Bakıya qarşı haqsızlıqlarına yönəldib.
Azərbaycan xalqının ön cəbhə ilə yanaşı, arxa cəbhədə də fədakarlıq göstərdiyini, həmvətənlərimizin orduya maddi kömək etdiyini, 1941-1945-ci illərdə əhalinin orduya yardım məqsədilə 15 kq qızıl, 925 kq gümüş topladığını, cəbhəyə xeyli sayda ərzaq göndərdiyini vurğulayan natiq Bakıya "Qəhrəman şəhər" statusunun verilməməsini tarixi ədalətsizlik adlandırıb.
Nasist Almaniyasının lideri Adolf Hitlerin Bakı planından bəhs edən çıxışçı qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində sovet tankları məhz Bakı nefti ilə döyüşlərə atılırdı.
Tədbirdə çıxış edən yerli jurnalistlər, yazıçılar Azərbaycan xalqının faşizm üzərində qələbəyə mühüm töhfə verdiyini qeyd ediblər.
Qeyd edək ki, bu, Kansk şəhərində bu qəbildən keçirilən ilk tədbir olub. Kanskda indiyə qədər bu mövzuda tədbir keçirilməyib. Yaxın günlərdə Böyük Vətən Müharibəsi mövzusunda digər tədbirlərin də keçirilməsi planlaşdırılır.
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
