Mingəçevir Turizm Kollecində tədbir keçirilib
II dünya savaşının başa çatmasının 74-cü ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans
Mingəçevirin ən böyük təhsil müəssisələrindən biri olan Turizm Kollecində faşizm üzərində qələbənin 74-cü ildönümü silsilə tədbirlərlə qeyd olunub. Öncə bayram tədbiri iştirakçıları II dünya savaşındakı tarixi qələbəyə həsr olunmuş rəsm sərgisinə baxış keçirib, tələbələrin əl işlərindən ibarət tablolarla tanış olublar. Ardınca ayrı-ayrı ixtisas qrupları tərəfindən hazırlanmış divar qəzetlərinin xüsusi buraxılışları sərgilənib. Daha sonra tədbir iştirakçıları “Azərbaycan II dünya müharibəsi illərində” adlı elmi-nəzəri konfransda bir araya gələrək fəal müzakirələrə başlayıb.
Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov konfransı giriş sözü ilə açaraq bildirib ki, İkinci Dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur: “Faşizm üzərində qazanılan tarixi Qələbə asan başa gəlməmiş, hərbi əməliyyatların başlandığı ilk gündən bütün Sovet xalqları ilə birlikdə cəbhəyə yola düşmüş həmvətənlərimizin rəşadəti və hünəri bahasına qazanılmışdır. Müharibədə iştirak edən yüz minlərlə oğul və qızlarımızın təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Onlardan 130-u Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, yüz mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. II Dünya müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət göstərməyə tam qadirdir”.
Natiq onu da diqqətə çatdırıb ki, II Dünya savaşında Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunələri göstəriblər: “Özəlliklə Azərbaycanlılardan ibarət Taqanroq dviziyası müharibə boyu rəşadət göstərərək Berlinə ilk daxil olanlar, hətta Reyxstaq üzərinə ilk qələbə bayrağını sancanlar arasında yer alıb. Hətta bir çox azərbaycanlılar Avropa xalqlarının azadlıq savaşına qoşularaq qəhrəmanlıqlar göstərib. Bununla da dünya və bəşər övladı üçün böyük təhlükə və təhdid mənbəyi olan faşizmın kökü qazılıb. Məhz buna görə bu qələbə xalqımız üçün böyük önəm daşıyır”.
Əyyub Əyyubov onu da qeyd edib ki, sağ qalan müharibə veteranları, eləcə də dünyasını dəyişmiş müharibə iştirakçılarının doğmaları müstəqil Azərbaycan dövləti tərəfindən daim diqqət və qayğıyla əhatə olunub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dönəmindən başlayan bu ənənə, hazırda prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İkinci dünya savaşından bəhs edən video-çarxa baxış keçirildikdən sonra konfransda digər məruzələr dinlənilib. Kollecin müəllimləri Ağa Alıyev, Samir Tağızadə və Ayşən Qasımlı müvafiq olaraq “Qələbənin qazanılmasında Bakı neftinin rolu”, “Azərbycan II dünya müharibəsi illərində” və “İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş həmyerlimiz” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda müharibənin siyasi, sosial, iqtisadi ağırlığı, itkilər, xalqımızın fədakarlığı və ön cəbhədəki qəhrəmanlığı haqqında ətraflı söhbət açılıb.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
Konfransa yekun vuran professor Əyyub Əyyubov belə bir möhtəşəm qələbənin tezliklə xalqımız tərəfindən Qarabağda yaşanacığına əminliyini ifadə edib.

- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Prezident İsrailin xarici işlər nazirini qəbul etdi
26 yanvar 2026 10:40
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
